Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-116/2021 17.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs- Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol X12 Patrul Xidməti inspektoru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakları ilə, 26.12.1996-cı il Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş 06.12.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 14.12.2020-ci il tarixdə şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş 06.12.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 izahat verərək bildirdi ki, Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi Yol Patrul Xidməti İnspektoru polis sıravisi X7 tərəfindən 06 dekabr 2020-ci ildə barəsində AR İXM-nin 211.2-ci maddəsinə əsasən İXP ******* saylı protokol tərtib edilmişdir. Həmin protokol əsasında 06.12.2020-ci il tarixində TP ******* saylı qərar qəbul edilmiş, AR İXM-nin 211.2-ci maddəsi ilə 100 manat (yüz) manat cərimə edilmişdir. Barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarla razılaşmır. Belə ki, 06 dekabr 2020-ci il tarixdə o, avtomaşınla hərəkətdə olarkən tibbi maskadan istifadə etmişdir. Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi Yol Patrul Xidməti İnspektoru polis sıravisi X2 08:29 radələrində Komendat saatı ilə əlaqədar olaraq avtomaşını saxlatmışdır. Polis əməkdaşına komendat saatının saat 21:00-dan 06:00-dək olduğunu dedikdə isə, polis əməkdaşı protokol və qərar tərtib etdikdən sonra bildirmişdir ki, protokol və qərarı guya o, tibbi maskadan istifadə etmədiyi üçün tərtib edilmişdir. O, tibbi maskadan istifadə etmişdir. Həmin tarixdə qanunazidd heç bir hərəkət etməmişdir. Buna görə də şikayətinin təmin olunmasını və barəsində inzibati xətaya dair iş üzrə icaraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən protokolu tərtib etmiş şəxs- Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol X12 Patrul Xidməti inspektoru X7 izahat verərək bildirdi ki, 06.12.2020-ci il tarixdə saat 08:29 radələrində X1 “Bakı” küçəsində Epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələbləri pozduğuna görə İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və tərəfimdən protokol tərtib edilmişdir. Odur ki, X3 şikayətinin təmin olunmamasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində çıxış edən X9 bildirdi ki, o, Rüfətlə “Əşya Bazarı” deyilən ərazidən maşını ilə gələrkən onları polis əməkdaşları saxlamışlar. Polis əməkdaşı onlardan sənədləri istəmiş, onlar da sənədlərini polis əməkdaşına təqdim etmişlər. Polis əməkdaşı sənətlərini götürərək onlara maşında guya qoruyucu vasitə olan maskadan istifadə etmədikləri üçün protokol tərtib etmişdir. Onlar polisə maska taxdıqlarını desələr də polis əməkdaşı buna əhəmiyyət verməmişdir. DYP-nin maşını ilə üzbə-üz çıxanda maşının içərisində kamera olduğunu görmüşdür. O, qeyri-qanuni yazılmış protokola görə “Asanpay” elektron ünvana şikayət yazıb göndərmiş, Rüfət Mehdizadə isə Sumqayıt şəhər Məhkəməsinə şikayət etmişdir. İş materiallarında olan 06.12.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 06.12.2020-ci il tarixli, TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tututlmuş inzibati xətanı törətdiyinə görə onun barəsində 100 (yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə inzibati xətaya dair iş üzrə obyektiv araşdırmanı təmin etmək məqsədilə 04 fevral 2021-ci il tarixdə Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinə sorğu göndərərək, inzibati tənbeh vermə haqqında 06.12.2020-ci il tarixli, TP ******* saylı qərar üzrə inzibati xəta hadisəsinin baş verdiyini və nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitə ilə çəkilmiş foto və video materialları Sumqayıt şəhər Məhkəməsinə təqdim etməyi xahiş etmişdir. Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi həmin sorğuya 17.02.2021-ci il tarixdə cavab olaraq bildirmişdir ki, 06.12.2020-ci il tarixdə vət. X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi üzrə törədilən inzibati xətanı təsdiq edən videogörüntü materialları arxivdə saxlanılmadığı üçün Məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. İnzibati işin materiallarından görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin məcəllənin 8.2-ci maddəsinə əssaən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-116/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-116/2021
17.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver