Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1160/2023 04.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Zərərçəkmiş şəxs - X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Onun müdafiəçisi Şimal Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1988-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanında yaşayan Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində qonşuluqda 53-cü mənzildə yaşayan X4 ilə aralarında olan mübahisə zamanı sonuncunu itələyərək ona xəsarət yetirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.4-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə qismən təqsirli bilməyərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən 13:00 radələriridə yaşadığı evin çölündə olduğu zaman binanın dəhlizində səs-küy oldiğunu eşitmişdir. Qızının ayaqqabıları binanın arxasına düşdüyü üçün ayaqqabıları götürüb yuxarı qalxanda qonşu tərəfindən pişiklərin içməsi üçün qoyulmuş suya ayağı dəyərək suyu dağıtmışdır. Bu zaman qonşunun anası və qonşu uşağa nəsə demiş, o da ağlayaraq anasının üstünə qaçmışdır. Həyat yoldaşı Şəbinə qapını açaraq dəhlizə çıxmışdır. O dəhlizə çıxanda qızının ağladığını, dəhlizdə olan və onlardan aşağı mərtəbədə yaşayan iki qadının həyat yoldaşını təhqir etdiyini görmüşdür. Bu zaman həyat yoldaşı ilə həmin iki qadın bir-birindən tutduqları üçün o onların qollarından tuttub itələyərək ayırmış və həyat yoldaşından evə keçməsini tələb etmişdir. O, Sevinc adlı qadını tələməişdir, lakin ona heç bir xəsarət yetirməmişdir. Hal-hazırda zərərçəkmiş şəxs X4 ilə barışmışdır. Ona görə də, barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 bildirdi ki, 06 (altı) aya yaxın müddətdir ailə üzvləri ilə birlikdə kirayəşin olaraq həmin binada yaşayır. Yaşadığı evin qapısına pişiklər gəlir. O, küçə heyvanlarının ac və susuz qalmaması üçün yaşadığı evin qapısının çöl hissəsinə qabda su qoyur və onuda gün ərzində yoxluyur. X1 bir neçə dəfə mənzilin qapısının gözlük hissəsindən baxarkən oraya qoyduqları suyun qonşuluqda yaşayan Naim adlı şəxsin qızının həmin suyu dağıtmasını şahid olmuşdur. xx.xx.2023-cü il tarixdə o evdə olarkən blokda səs-küy olmasını eşitmiş, evdən çıxıb üst mərtəbəyə qalxmış, anasının Naim adlı şəxsin anası və həyat yoldaşı ilə mübahisə etməsini görmüşdür. Anasından bu barədə soruşduqda anası ona Naimin qızının suyu yenə dağıtmasını demişdir. Bundan sonra o Naimin həyat yoldaşına iradını bildirmişdir. Həmin vaxt Naimin həyat yoldaşı onu itələmiş, o Naimin həyat yoldaşının üzərinə getmək istəyərkən Naim onun qolundan tutub pilləkənlərə doğru itələmiş və həmin vaxrt onun alın nahiyyəsi tutacağın dəmirinə dəymişdir. Hal-hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır və ona dəyən 100 (bir yüz) manat zərər onun tərəfindən ödənilmişdir. Ona görə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X4 məhkəməyə ərizə təqdim edərək, Şəxs ilə barışdığını və ona dəyən 100 (bir yüz) manat zərər onun tərəfindən ödənilmişdir. Ona görədə, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki, əməli törədən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qəbul olunmuş qərarın surəti Sumqayıt ŞPİ-nin 4-cü PB-nə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X8 Sumqayıt şəhər MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli, 387 nömrəli rəyindən görünür ki, X2 bədənində olan xəsarətlər sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə inzibati xətaya dair materialları, tərəflərin izahatları ilə birlikdə araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu iş materialları ilə tam təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışmışdır və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9, 114, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən xitam verilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilən Şəxs Şimal Vəkil Bürosunun vəkili Vəkilnın göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Şimal Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-1160/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1160/2023
04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver