Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1160/2024 30.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokolu tərtib edən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis kapitanı X7, Zərərçəkmiş şəxs – X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1981-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə 10-cu mikrorayon ərazisində X6 döyərək bədən xəsarətləri yetirmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında protokolu tərtib edən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis kapitanı X12 məhkəmə iclasında bildirdi ki, xx.xx.2024-cü il tarixdə X11 ərizə ilə Sumqayıt ŞPİ-nə müraciət edərək Şəxs tərəfindən döyüldüyünü bildirmiş, təhqiqat araşdırması zamanı qərar qəbul olunmuş və qərara əsasən Şəxs barəsində İXM-nin 157ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirdi ki, bir neçə aydır Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən “Miss Hause” gözəllik salonunu icarə olaraq işlədir. Həmin salonun qarşısında taksilər dayanır. Onun da özünə məxsus avtomaşını vardır və həmin maşını salonun qarşısında saxlayır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında işə gəlmiş, avtomaşını saxlamış, bu zaman tanımadığı taksi sürücüsü ona avtomaşını salonun qarşısında saxlamağına irad bildirdi. O, heç bir söz deməmiş, sonra maşının qapısını açan zaman qapı cüzi olaraq taksiyə toxunmuş, bu zaman həmin sürücü onu təhqir etməyə başlamış və sonra aralarında mübahisə yaranmışdır. Həmin şəxs avtomaşından düşərək ona yaxınlaşmış və ona bir dəfə sillə ilə zərbə endirmişdir. O, polisə məlumat verəcəyini demiş, bu zaman həmin şəxs ona yenidən bir dəfə də sillə zərbəsi endirmiş və sonra o, polisə məlumat vermişdir. Bundan sonra bir qədər də mübahisə davam etmiş, sonra işçisi Şəbinə gələrək onu salona aparmışdır. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 bildirdi ki, o, Sumqayıt şəhəri 10-cu mikrorayonda yerləşən ərazidə taksi fəaliyyəti ilə məşğul olur. Onun işlədiyi yerin yaxınlığında gözəllik salonu vardır və həmin gözəllik salonun icarədarı ilə aralarında mütəmadi mübahislər yaranır. Buna səbəb isə həmin qadının orda dayanan taksi sürücüləri ilə mütəmadi mübahisə yaratması və salonun qarşında dayanmaqlarına maneçilik etməsidir. xx.xx.2024-cü il tarixdə o, həmin yerdə duran zaman həmin qadın avtomaşını saxlamış və qapını açan zaman qapısı onun avtomaşına toxunmuşdur. O, ona irad bildirmiş, bu zaman həmin qadınla aralarında mübahisə yaranmış, sonra həmin qadın ona yaxınlşaraq əl-qol atmış və avtomaşında olan spirt qabını onun üstünə atmışdır. Sonra onu təhqir etmiş, yaxında olan Nadir adlı taksi sürücüsü gəlmiş və onu aralaşdırmışdır. Lakin həmin qadın yenidən onu təhqir etməyə davam etmiş, üzünə tüpürmüş, ona sillə vurmuş, eynəyini sındırmış və DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, xx.xx.2024-cü il tarixdə 10-cu mikrorayon ərazisində səhər saatlarında Nadir adlı şəxslə dayanan zaman 20-25 metr aralıda bir avtomobilin dayandığını, qapını açarkən digər avtomobilə dəydiyini və xanımın avtomobildən düşərək digər avtomobilə yaxınlaşdığını görmüşdür. Bu zaman avtomobildə oturan sürücü avtomobildən düşən zaman xanım həmin şəxsi əli ilə vurdu. Yerdə 02 (iki) ədəd eynək olduğunu və xanımın həmin eynəkdən birini ayaqlayaraq sındırdığını bildirdi. Sonra yaxınlaşıb onları sakitləşdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 da şahid X1 göstərdiyi xüsusatları təsdiq edərək onun izahatına oxşar izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən “Miss Hause” gözəllik salonunda işləyir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında salonda olarkən çöldə səs-küy eşitmiş, taksi sürücüsü ilə salonun icarəçisi Şəxs mübahisə etdiyini görüb onların yanına yaxınlaşmışdır. Kişi nalayiq ifadələrlə Firəngiz xanımı təhqir etdiyini, onu sillə ilə vurduğunu və Firəngiz xanımın kişini vurmadığını bildirdi. Bu zaman Firəngiz xanım DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Olqa Güseynova da şahid X2 göstərdiyi xüsusatları təsdiq edərək onun izahatına oxşar izahat vermişdir.dir. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsinin xx.xx.2024-cü il tarixli, 557 saylı ekspert rəyindən müəyyən olunur ki, X5 bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş materiallarından olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs və X5 əməlində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan, onun barəsində inzibati tənbeh tətbiq edilməsi üçün qərarın surəti tədbir görülməsi üçün aidiyyatı xidmət sahəsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə inzibati xətaya dair materialları, proses iştirakçılarının izahatlarını, vəkilin çıxışını dinləyib Şəxs məhkəmə iclasında verdiyi izahatına tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi izahat özünü müdafiə xarakteri daşıyır. Belə ki, ekspert rəyinə əsasən zərərçəkmiş şəxs X5 bədəni üzərində xəsarət və xəsarət izləri olmaması göstərilsə də, zərərçəkmiş şəxs və şahid izahatlarından müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Şəxs zərərçəkmiş şəxs X11 ilə mübahisə edərək əli ilə onun üzündən vuraraq fiziki ağrı yetirmişdir. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə uyğundur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilən Şəxs müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-1160/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1160/2024
30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver