Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1163/2022 12.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialının X5 barəsində qəbul etdiyi 12 yanvar 2022-ci il tarixli, 49 saylı qərarının ləğv edilməsinə dair Həmid Həşimovun şikayətinə baxılmağa hazırlanması məsələsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X5 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialının qəbul etdiyi 12 yanvar 2022-ci il tarixli, 49 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayətçi tərəfindən məhkəmə aidiyyəti pozulmaqla Sumqayıt Şəhər Məhkəməsinə şikayət verildiyindən şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, X2 mübahisələndirdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialının qəbul etdiyi 12 yanvar 2022-ci il tarixli, 49 saylı qərarı inzibati aktdır, həmçinin qərarı qəbul edən orqan da inzibati orqandır. İnzibati orqanların qəbul etdiyi inzibati aktların mübahisələndirilməsi isə İnzibati məhkəmələrin səlahiyyətindədir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialının X5 barəsində qəbul etdiyi 12 yanvar 2022-ci il tarixli, 49 saylı qərarının ləğv edilməsinə dair Həmid Həşimovun şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə X3 geri qaytarılsın. X3 izah olunsun ki, aidiyyət qaydalarına riayət etməklə müvafiq İnzibati Məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququ vardır. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1163/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1163/2022
12.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver