Məhkəmə qərarları › İş №3(060)-1165/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1165/2022

11.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1165/2022 11.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun Vəkil, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru – X4 iştirakları ilə, xx.xx.1985-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən 11 may 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Goranboy rayon Məhkəməsinin 2 (045)-1583/2021 saylı 13.12.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 4000 (dörd min) manat əsas borc, xidmət haqqı üçün ödənilmiş 30 (otuz) manat, hüquqi xidmət üçün ödənilmiş 300 (üç yüz) manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, cəmi 4360 (dörd min üç yüz altmış) manat məbləğind pulun alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. İcra sənədi üzrsüz səbəbdən icra edilməmişdir və nəticədə Şəxs 4360 (dörd min üç yüz altmış) manat aliment borcu yaranmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş icra sənədi üzrə tələbkar məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 Məhkəmə iclasında çıxış edərək bildirdi ki, Goranboy rayon Məhkəməsinin 2 (045)- 1583/2021 saylı 13.12.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 4000 (dörd min) manat əsas borc, xidmət haqqı üçün ödənilmiş 30 (otuz) manat, hüquqi xidmət üçün ödənilmiş 300 (üç yüz) manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, cəmi 4360 (dörd min üç yüz altmış) manat məbləğind pulun alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. Borclu icra sənədi üzrə heç bir ödəniş etməmiş və nəticədə 4360 (dörd min üç yüz altmış) manat borcu yaranmışdır. Borclunun qediyyatda olduğu ünvanda yaşamaması səbəbindən barəsində axtarış qərarı qəbul edilmişdir. Odur ki, onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. İcra sənədi üzrə borclu Şəxs bildirdi ki, onun Goranboy rayon Məhkəməsinin 2 (045)-1583/2021 saylı 13.12.2021-ci il tarixli icra sənədindən xəbəri olmamışdır. Özü “İİ Qarabağ müharibəsi” iştirakçısı olmuşdur və bununla bağlı məhkəməyə təqdim etdiyi hərbi biletdə də müvafiq qeydlər edilmişdir. Aldığı xəsarətlərlə bağlı Hərbi Hospitalda müalicə də almışdır. Hal-hazırda qeydiyyatda olduğu ev də atasının dostunun evidir, onları qeydiyyata almışdır. İcra vərəqəsindən xəbəri olmamışdır. Ona görə də, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Müdafiəçi İsayev X3 Ramin İslam oğlunun üzrsüz səbəbdən icra sənədini icra etməmək niyyəti olmamışdır, bunu icra məmuru da qəbul edir, imkanı çatdıqda ödəniş edir və edəcəkdir. Ona görə də, onun hərəkətlərində inzibati xəta tərkibi olmaması əsası ilə icraata xitam verilməlidir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, vəkilin çıxışını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati işin materiallarında olan Goranboy rayon Məhkəməsinin 2 (045)- 1583/2021 saylı 13.12.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 4000 (dörd min) manat əsas borc, xidmət haqqı üçün ödənilmiş 30 (otuz) manat, hüquqi xidmət üçün ödənilmiş 300 (üç yüz) manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, cəmi 4360 (dörd min üç yüz altmış) manat məbləğində pulun alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. İşin araşdırılan hallarından görünür ki, borclunun icra hərəkətlərinin həyata keçirilməsindən xəbəri olmamış, buna dair hər hansı sübut iş materiallarında aşkar olunmamışdır. Əksinə icra məmuru tərəfindən bocluya bildiriş təqdim edilməmiş, onun qeydiyyatda olduğu hərbi hissədə olmadığı səbəbindən göndərilmiş məktub geri qaytarılmış, bu səbədən borclunun axtarılması haqqında qərar qərar qəbul edilmiş, 11 may 2022-ci il tarixdə Sumqayıt şəhər Pİ-nini 1-ci PB-nin əməkdaşları tərəfindən borclunun İcra idarəsində iştirakı təmin edilmiş, həmin tarixdə borcluya icra vərəqəsi barədə məlumat verilmiş və müvafiq olaraq izahat alınaraq barəsində inzibati protokol tərtib edilib məhkəməyə gətirilmişdir. Belə olan halda borclunun qərəzli olaraq məhkəmə qərarının icrasında yayınmaq niyyətinin olması sadalanan xüsusatlara əsasən öz təsdiqini tapmır. Borclu Şəxs izahatında qeyd etdiyi hallar əlavə edilmiş sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının «İcra haqqında» Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının «İcra haqqında» Qanununun 3-cü maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materialları, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin və icra məmurunun çıxışından göründüyü kimi Şəxs ödəniş etməməsi qərəzli xarakter daşımadığını göstərir. Məhkəmə hesab edir ki, borclu şəxsin məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmək kimi bir niyyəti olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi (№ AZ 50AİİB400170C**********214 VÖEN: **********) Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətə Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar