Məhkəmə qərarları › İş №3(060)-1166/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1166/2022

12.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1166/2022 12.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi ilə, Sumqayıt ŞPİ-nin DYPŞ tərəfindən tərtib olunmuş EQ ******* nömrəli, 12.03.2022-ci il tarixli inzibati qərarın ləğv edilməsinə dair X1 oğlu tərəfindən verilmiş şikayət ərizəsinə baxaraq müəyyən etdi: X1 oğlu Sumqayıt ŞPİ-nin DYPŞ tərəfindən tərtib olunmuş EQ ******* nömrəli, 12.03.2022-ci il tarixli inzibati qərarın ləğv edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Sumqayıt ŞPİ-nin DYPŞ tərəfindən tərtib olunmuş EQ ******* nömrəli, 12.03.2022-ci il tarixli inzibati qərarın ləğv edilməsi barədə X1 oğlu tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, Sumqayıt ŞPİ-nin DYPŞ tərəfindən tərtib olunmuş EQ ******* nömrəli, 12.03.2022-ci il tarixli inzibati qərarın X1 oğlu tərəfindən hansı tarixdə alınması barədə sübutlar təqdim edilməmişdir. Həmçinin şikayət vermə müddətinin üzürlü səbəbdən buraxıldığı barədə vəsatət şikayət ərizəsinə əlavə edilməmişdir. Ona görə də, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İnzibati Xətalar Məcəlləsinin 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub olmamasının məsələlərini həll edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118, və 132-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: Sumqayıt ŞPİ-nin DYPŞ tərəfindən tərtib olunmuş EQ ******* nömrəli, 12.03.2022-ci il tarixli inzibati qərarın ləğv edilməsinə dair X1 oğlu tərəfindən verilmiş şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ X1 oğluna izah edilsin. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar