Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1167/2025 22.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Rahib Rufullayev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan Rahib Rufullayev şikayətlə məhkəməyə müraciət edərək inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Rahib Rufullayev şikayətini onunla əsaslandırmışdır ki, İXP ******* saylı xx.xx.2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ilə İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat 3 bal məbləğində cərimə olunmuşdur. İXM 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi yanarkən hərəkətin davam etdirilməsinə, yolayrıcının keçmə qaydalarının pozulmasına görə 100 manat 3 bal məbləğində cərimə edilmişdir. O, Sumqayıt şəhər Yol Polis İdarəsinə çağırılmış, burada ona xx.xx.2025-ci il tarixli videogörüntü göstərilmişdir. Videodan görünür ki, o, burada günahsızdır. Qeyd edir ki, Yol polis əməkdaşı **-YP-*** nömrəli avtomobillə onu saxlamış və o, özünün günahsız olduğunu bildirmişdir. Lakin buna baxmayaraq barəsində protokol tərtib edilmişdir. Halbuki ona göstərilən görüntüdən tam olaraq təqsirsiz olduğunu müəyyən etmək mümkündür. xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Sumqayıt ŞPİ Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştriakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərardan şikayət verən Rahib Rufullayev şikayətini müdafiə edərək bildirdi ki, o, 5 may 2025-ci il tarixdə yol polisi əməkdaşı tərəfindən saxlanılmışdır. Belə ki, Sumqayıt şəhəri 6-cı mikrorayon dairəsindən üzü 13-cü mikrorayona doğru hərəkətdə olarkən “Stop” nişanının tələblərinə riayət edərək qarşıdan gələn nəqliyyat vasitələrinin keçib getməsi üçün tormozlama edərək dayanmış, 5-6 saniyə gözlədikdən sonra qarşıdan gələn avtomobillər keçdikdən sonra yoluna davam etmişdir. Belə ki, o, sağdan, yəni Şərq Bazarı istiqamətindən gələn “TOYOTA PRİUS MİNİK” markalı avtomobilə yol vermiş, bundan sonra təhlükəsiz şəraitdə yoluna davam etmişdir. Hadisə 4 may 2025-ci il tarixində baş versə də, protokol 5 may 2025-ci il tarixində tərtib edilmişdir. Polis İdarəsinə şikayət edən zaman ona görüntü göstərilmiş, o həmin görüntü ilə razılaşmamışdır. Qeyd edir ki, taksi fəaliyyəti ilə məşğul olur və “NİSSAN NOTE” markalı avtomobili aylıq yol vərəqəsi əsasında idarə edir. Qeyd olunanların nəzərə alınmasını və mübahisələndirdiyi qərarın ləğv edilməsini xahiş edir. İş materillarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Məhkəmə iclasında Sumqayıt ŞPİ-nin DYPŞ-indən işçi qaydasında əldə edilmiş 01 ədəd DVD diskdə olan videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, görüntülər DYP-nə məxsus xüsusi təyinatlı avtomobilə quraşdırılmış videoqeydiyyatçıdan götürülmüş görüntülərdir. Görüntü günün işıqlı vaxtı qeydiyyata alınmışdır. Belə ki, “Nıssan Note” minik markalı, ** YX *** dövlət nömrə nişanlı, ağ rəngli avtomobil nizamlanan yol ayrıcına daxil olur, həmin vaxt o, yol ayrıcında quraşdırılmış “Stop” nişanının tələblərinə riayət etmədən, yəni dayanmadan keçməməli olduğu halda, o, qarşıdan gələn avtomobillərin keçməsini, yəni yolun tam olaraq boşalmasını gözləmədən hərəkətini davam etdirmişdir. Belə ki, görüntülərdən görünür ki, “Nıssan Note” minik markalı avtomobil yolayrıcını keçəndən dərhal, yəni heç bir saniyə keçməmiş “Mıtsubıshı Pajero”, “Opel Vectra” və “Chevrolet Cruze” minik markalı 03 ədəd avtomobil qayda pozan avtomobilin arxa hissəsindən keçərək yollarına davam edirlər. Məhkəmə qərardan şikayət verən şəxsi dinləyib, şikayətə əlavə edilmiş və məhkəmə tərəfindən əldə edilmiş sübutu tədqiq edərək hesab edir ki, şikayət əsasız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 11-ci bəndinə əsasən yolayrıcı dedikdə yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazi başa düşülür. Həmin Qanunun 1-ci maddəsinin 12-ci bəndinə əsasən nizamlanan yolayrıcı dedikdə hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyənləşdirilən yolayrıcı başa düşülür. Həmin Qanunun 1-ci maddəsinin 13-cü bəndinə əsasən nizamlanmayan yolayrıcı dedikdə nizamlayıcının olmadığı, svetoforun qurulmadığı və ya söndürüldüyü, yaxud yanıb-sönən sarı rəngli işıq siqnalının işlədiyi yolayrıcı başa düşülür. Həmin Qanunun 77-ci maddəsinin 1-ci bəndinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Məhkəmə Rahib Rufullayevin şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə Rahib Rufullayevin məhkəmə iclasında verdiyi izahatına tənqidi yanaşaraq hesab edir ki, o, məsuliyyətdən yayınmaq məqsədilə bu məzmunda izahat vermişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş videogörütüdən müəyyən edilir ki, Rahib Rufullayev tərəfindən həqiqətən də qanunun yuxarıda göstərilən tələbi pozulmuşdur. Belə ki, o, ikinci dərəcəli yolda hərəkət etməsinə baxmayaraq baş yolla hərəkət edən markaları yuxarıda qeyd edilən avtomobillərə onlar yolayrıcına daxil olduqda yol verməli olduğu halda yol vermədən yol ayrıcına daxil olaraq hərəkətinə davam etmişdir. Beləliklə məhkəmə tərəfindən şikayətdə göstərilən hallar yoxlanıldı. Müəyyən olundu ki, işə baxılarkən İXM-nin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Ona görə də, Rahib Rufullayevin inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərarın qəbul edilməsi üçün həmin məcəllənin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. İXM-nin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Hadisənin baş vermə görüntüsünü özündə əks etdirən 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1167/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1167/2025
22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver