Məhkəmə qərarları › İş №3(060)-1168/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1168/2025

30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1168/2025 30.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi ilə, X1, Qərarından şikayət verilmiş şəxs Sumqayıt ŞPİ-nin X8 Şöbəsinin yol patrul xidməti inspektoru polis serjantı Nümayəndə iştirakları ilə, Sumqayıt ŞPİ-nin X8 Şöbəsinin yol patrul xidməti inspektoru polis serjantı Nümayəndə tərəfindən qəbul edilmiş 23 aprel 2025-ci il tarixli İXP ******* seriyalı protokol əsasında tərtib olunmuş inzibati tənbeh vermə haqqında TP7197454 nömrəli qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt ŞPİ-nin X8 Şöbəsinin yol patrul xidməti inspektoru polis serjantı Nümayəndə tərəfindən qəbul edilmiş 23 aprel 2025-ci il tarixli İXP ******* seriyalı protokol əsasında tərtib olunmuş inzibati tənbeh vermə haqqında TP7197454 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, İXP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında TP7197454 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 (qırx) manat məbləğində cərimə olunmuşdur. Qeyd edilən maddəyə əsasən (327.1) yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi halına yol verdiyi iddia edilərək, xx.xx.2025-ci il tarixdə Sülh küçəsi ilə Heydər Əliyev küçələrinin kəsişməsində YPX inspektoru tərəfindən saxlanılmış və yolayrıcına çəkilmiş yol səthində olan 1.1 nişanlanma xəttini tapdaladığını iddia edilərək ona cərimə yazılmışdır. Həmin yol ayrıcına 1.1 xətti çəkilməyib, orada 1.3 xəttinin sonu ilə işarələnmə aparılmışdır. Əlavə olaraq, 1.1 xətti sağ tərəfə kəsib keçdiyinə görə heç bir cərimə tətbiq oluna bilməz. YPX inspektoru polis serjantı Nümayəndə qanunvericiliyin tələbi ilə qərarsız protokol tərtib etməyini bildirsə də, qərar çıxarılaraq protokol qərarlı yazılmışdır. Məhkəmə iclasında iştirak edən X2 ərizəsinin mahiyyətinə uyğun çıxış edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, heç bir qayda pozuntusuna yol verməmişdir. O, dəfələrlə DYPŞ-dən onun yol vermiş olduğu qayda pozuntusuna dair video görüntü tələb etsə də, videogörüntü ona təqdim olunmamış qərar qəbul edilmişdir. Qərar əsassız tərtib olunduğu üçün ləğv olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş şəxs Sumqayıt ŞPİ-nin X8 Şöbəsinin yol patrul xidməti inspektoru polis serjantı Nümayəndə şikayətlə razılaşmayaraq bildirmişdir ki, sürücü X3 və Heydər Əliyev küçələrinin kəsişməsində 1.1 nişanlanma xəttinin tələbini pozaraq birinci hərəkət zolağından ikinci hərəkət zolağına keçmişdir. Yol hərəkəti haqqında qanunun 69.1.7-ci hissəsinə əsasən yol nişanlanma xəttinin 1.1, 1-1 və 1.3-cü bəndinin tələblərinə əsasən yol nişanlanma xətlərini kəsib keçmək qadağandır. Yol hərəkəti haqqında qanun 69-cu maddəsinin 6-cı bəndinin 1-ci hissəsinə əsasən 1.1 nişanlanma xətti əks istiqamətli yolların, yolun təhlükəli zolaqların sərhədini müəyyən edir. Şikayətçi yol nişanlanma xəttinin tələbini pozduğu üçün tərəfindən saxla əmri verilmiş və qayda pozuntusu haqqında ona məlumat verilmişdir. Həmin şəxs onunla razılaşmayaraq tənqidi ifadələr işlətmiş, hətda onu savadsız aldandırmışdır. Şikayətçinin qayda pozuntusu zamanı səs yazısı qeydə alınıb. Həmin səs yazısında düz xəttin tələbini pozmasını etiraf etsə də, yol nişan tələbinin düzgün qoylmadığını bildirmişdir. Göstərilən halları nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 23 aprel 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında protokoldan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Beləliklə də, müəyyən edilmişdir ki, X5 xx.xx.2025-ci il tarixdə saat 08:40-da Sumqayıt şəhəri Sülh və Heydər Əliyev küçələrinin kəsişməsində “Kia Sportage” minik markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməmişdir. Qeyd edilən səbəbdən də hazırda mübahisələndirilən qərarla Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. X2 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, “Kia Sportage” minik markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi (idarə edən) X5 tərəfindən Sumqayıt ŞPİ-nin X8 Şöbəsinin yol patrul xidməti inspektoru polis serjantı Nümayəndə tərəfindən Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə onu təqsirli bilərək inzibati cərimə edilməsinə dair qərar qəbul etməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin X8 Şöbəsinin yol patrul xidməti inspektoru polis serjantı Nümayəndə tərəfindən qəbul edilmiş 23 aprel 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin X8 Şöbəsinin yol patrul xidməti inspektoru polis serjantı Nümayəndə tərəfindən qəbul edilmiş 23 aprel 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan X4 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X4 şikayəti təmin edilməsin. Sumqayıt ŞPİ-nin X8 Şöbəsinin yol patrul xidməti inspektoru polis serjantı Nümayəndə tərəfindən qəbul edilmiş 23 aprel 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar