Məhkəmə qərarları › İş №3(060)-1169/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1169/2021

05.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1169/2021 05.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, İş üzrə tələbkar X4 nümayəndəsi X1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X8 tərəfindən 05.04.2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair barəsində protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6454/2019 saylı, 15.08.2019-cu il tarixli icra sənədinə əsasən 05 iyul 2019-cu il tarixdən başlayaraq X2 10.05.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulub X7 ödənilməlidir. Hazırda 2720 (iki min yeddi yüz iyirmi) manat borc yaranmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6454 saylı, 15.08.2019-cu il tarixli icra sənədinə əsasən 05 iyul 2019-cu il tarixdən başlayaraq X2 10.05.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160(bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulub X7 ödənilməlidir. Şəxs maddi imkanı aşağı olduğundan ödəniş edə bilmədiyini, hal-hazırda heç bir yerdə işləmədiyini, işlə təmin olunması üçün Məşğulluq İdarəsinə müraciət etdiyini, lakin Məşğulluq İdarəsindən heç bir iş təklif edilmədiyini bildirdi. İnzibati xəta haqqında iş üzrə tələbkar X4 nümayəndəsi X6 bildirdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6465/2019 saylı, 15.08.2019-cu il tarixli icra sənədinə əsasən 05 iyul 2019-cu il tarixdən başlayaraq X2 10.05.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulub X7 ödənilməlidir. Şəxs vaxtında ödəniş etmədiyini, hər ay vaxtında ödəniş edilməsini və yığılmış borcu tam tələb etdiyini bildirdi. Məhkəmə iclasında Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X8 tərtib etdiyi protokolu müdafiə etdiyini bildirdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 100.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokolda, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı göstərilir. Məhkəmə Şəxs izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər üzrə İcra idarəsinə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında Şəxs məşğulluq İdarəsində qeydiyyatda olubolmaması, əməlin qərəzli olub-olmaması araşdırılmamışdır. Bununla da, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərinə əsasən Şəxs barəsində məhkəməyə təqdim edilmiş sənədlər natamamdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş 05.04.2021ci il tarixli, MN ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra idarəsinə geri qaytarılsın. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar