Məhkəmə qərarları › İş №3(060)-1172/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1172/2023

05.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1172/2023 05.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis sahə rəisi, polis mayoru Elnur Hüseynovun, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1989-cu ildə Rusiya Federasiya, Çita şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, İsmayıllı ray., İsmayıllı şəhəri, Heydər Əliyev pros., ev 105, mənzil 23 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokolda göstərilənlərə əsasən, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:45 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanında sonuncunu nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Bununla da, Şəxs AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru Elnur Hüseynov tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 23:45 radələrində əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs 50 manat borcu olduğu üçün sonuncunun yaşadığı mənzilə getmişdir. Onun Zərərçəkmiş şəxs ilə 5 ilə yaxın dostluq münasibətləri olmuşdur. O, Məhbubə ilə birlikdə telefon almış və həmin telefonun ödənişindən onun Məhbubəyə əlli manat borcu yaranmışdır. xx.xx.2023-cü il tarixdə gecə saatlarında pulu vermək üçün Zərərçəkmiş şəxs yaşadığı mənzilin qapısını döysə də, açan olmamışdır. O, qapını asta döymüşdür. Qapıya Məhbubənin valideynləri çıxdığına görə onların arasında yüksək səslə münaqişə yaranmışdır. O, bu barədə DİN-nin “102” qaynar xəttinə zəng edərək məlumat vermişdir. O, növbəti gün rayona yola çıxacağı üçün pulu axşam vermək istəmişdir. Əməlindən peşmandır, təqsirini qəbul edir, himayəsində altı yaşlı qız övladı var, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, təxminən 6-7 il bundan əvvəl Şəxs tanımış və onların arasında dostluq münasibəti olmuşdur. Lakin sonradan Ramilin ona qarşı olan münasibətləri dəyişilmiş, bu səbəbdən onun ailəsi dağılmış və daha sonra o, Ramildən uzaqlaşmışdır. Bütün bu olanlara baxmayaraq Ramil mütəmadi olaraq onun və valideynlərinin yaşadıqları ünvana gələrək onları narahat edir, qapılarını döyüb, nalayiq ifadələr işlədir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 12:00-01:00 radələrində Şəxs sərxoş halda onun yaşadığı mənzilə gəlmiş, qapını möhkəm döyərək, onun ünvanına nalayiq ifadələr işlətmişdir. Səs-küyə onun anası çıxmış, Ramilin oradan getməsini tələb etmişdir. Ramilin belə davranışlara mütəmadi olaraq yol verir. Ramilin bu hərəkətlərindən həm o, ailə üzvləri, həm də onların qonşuları bezmişdir. Şəxs şikayətçidir, barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 zərərçəkmiş Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan “Sərxoşluq hallarının tibbi müayinəsi haqqında” xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 01:50-də orta dərəcədə alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarında olan 05 may 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 02:10-da tutulmuş, xx.xx.2023-cü il tarixdə, saat 15:00-da azad edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsi dinləyib və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazid xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş, və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesdab edilir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal əməlindən peşman olmasıdır. Şəxs məsuliyyətini ağırlaşdıran hal AR İXM-nin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda törədilməsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, şəxsiyyətini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində cərimə tənbehinin tətbiqi kifayət deyildir, onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 05 may 2023-cü il tarixdən, saat 15.00-dan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional vəkil Burosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 06 (altı) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs inzibati qaydada tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş inzibati tənbeh tədbirindən çıxılsın və Şəxs qəti olaraq 05 (beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin Həbsdə saxlama müddətinin əvvəli 05 may 2023-cü il tarixdən, saat 15:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar