Məhkəmə qərarları › İş №3(060)-1173/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1173/2023

30.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1173/2023 30.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X2 iclas katibliyi, Şikayət vermiş şəxs – Məmmədov Nəsimi Səfiyar oğlunun və onun vəkili Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Abşeron Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi – X8 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 14 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X12 Səfiyar oğlu tərəfindən verilmiş şikayət ərizəsinə baxaraq, müəyyən etdi: X12 Səfiyar oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 14 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Abşeron Xızı regional şöbəsinin MN № ******* nömrəli, 14 aprel 2023-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Məmmədov Nəsimi Səfiyar oğlu Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli vəzifəli şəxs qismində 3000 manat miqdarında cərimə olunmuşdur. Həmin qərarı aşağıda sadalananlara əsasən əsassız və qanunsuz hesab edir. Cərimə olunmağına səbəb kimi guya X5 əmək müqaviləsi bağlamadan işə cəlb etməyi, əsas olaraq isə Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis bölməsinin məktubu və digər sənədlər olmuşdur. Qeyd edir ki, sahibkarlıq fəaliyyəti təhlükəli tullantıların emalı ilə bağlıdır. Əmək fəaliyyətinə nəzarəti bilavasitə özü həyata keçirir, işçiləri ilə əmək müqaviləsi vardır. Abbas onların müəssisəsinin fəaliyyəti ilə əlaqədar hər hansı işə cəlb edilməyib. Müəssisələri icarə müqaviləsi əsasında xx.xx.2023-cü il tarixdən, o cümlədən fevral ayında da Sumqayıt şəhəri, Kimyaşılar qəsəbəsi 8 ünvanında yerləşən 2060 kv.metr sahədə fəaliyyət göstərmişdir. Bir dəfə də olsa o, müəssisənin ərazisində olmamışdır. Onun onunla sahibkarlıq fəaliyyəti ilə əlaqəli işə aid hər hansı məsələsi olmayıb. Belə ki, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, ”Esmira”şadlıq sarayının arxasında yerləşən faktiki sahibliyində olan ərazinin məişət tullantılarından, daş-kəsək və alaqlardan təmizlənməsi məqsədilə Abbasla danışıb razılğa gəlmişlər, aralarında sövdələşmə olub ki, o, həmin ərazini məişət tullantılarından, daş-kəsək və alaqlardan “10" gün ərzində təmizləyir, onun müqabilində 400 manat məbləğində ona pul ödəyir. Bir neçə gün keçəndən sonra Abbas bildirdi ki, işi başa çatdırıb və pulunu tələb etdi. Ərazi alaq və sair tullantılar tam təmizlənmədiyi üçün ona işi tam başa çatdırılmasını bildirmişdir. Aralarında narazılıq yaranmış, amma buna baxmayaraq bir həftə sonra onun pulunu ödəmişdir. Amma buna baxmayaraq o, artıq AR DİN-nin 102 xidmətinə zəng edərək ondan şikayət etmişdir. Pulunu ödədiyindən təxminən 20 gün sonra şikayəti ilə əlaqədar polis bölməsinə çağırılmışdır. Polis bölməsində olduqda artıq aralarında hər hansı narazılıq qalmamışdır, bu barədə polis bölməsində də ona bildirilmişdir. Bir müddət keçdikdən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Abşeron Xızı regional şöbəsinə çağırılaraq barəsində hazırki iş üzrə protokol tərtib edilmişdir. Səbəb olaraq da guya X7 əmək müqaviləsi bağlamadan işə cəlb etməyi bildirilmişdir. Hansı ki, bu məsələylə bağlı əmək müfəttişliyi işin hallarını araşdırmamış, polis bölməsindən daxil olan sənədlərlə kifayətlənmişdir. Bir daha bildirir ki, ”Esmira” şadlıq sarayının arxasındakı ərazinin təmizlənməsinin fəaliyyət göstərdiyi müəssisəylə və fəaliyyətiylə hər hansı əlaqəsi olmamışdır. Onun fəaliyyəti təhlükəli məişət tullantılarının emalı olmaqla icarə müqaviləsi əsasında Sumqayıt şəhəri, Kimyaşılar qəsəbəsi 8 ünvanında yerləşən 2060 kv.metr sahədə aparılmışdır. X10 ilə isə aralarındakı müqavilə başqa bir torpaq sahəsinin təmizlənməsi ilə əlaqədar olmuşdur. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 14 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən qərardan şikayət vermiş şəxs Məmmədov Nəsimi Səfiyar oğlu şikayət ərizəsini müdafiə etdi və əlavə olaraq bildirdi ki, polis bölməsində verilən izahatı oxumamış, yalnız imza etmişdir. Məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən qərardan şikayət vermiş şəxs Məmmədov Nəsimi Səfiyar oğlunun vəkili Vəkil şikayəti müdafiə edərək bildirdi ki, inzibati orqan tərəfindən heç bir araşdırma aparılmadan qərar qəbul edilmişdir. Belə ki, qeyd olunan ərazinin həmin ərazi olması inzibati orqan tərəfindən müəyyən edilməmişdir. Məmmədov Nəsimi Səfiyar oğlunun X7 işə cəlb etməsi onun sahibkarlıq fəaliyyəti ilə əlaqəli deyildir. Buna görə də Məmmədov Nəsimi Səfiyar oğlu barəsində tərtib olunmuş 14 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsin nümayəndəsi X14 izahatında göstərdi ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-dən daxil olmuş məktuba əsasən araşdırma aparılmış, vətəndaş X10 DİN-nin 102 xidmətinə məlumat vermişdir ki, Məmmədov Nəsimi Səfiyar oğlu adlı sahibkar onu əmək müqaviləsi olmadan işlətmiş və əmək haqqısını ödəməmişdir. Sonradan polis idarəsində araşdırma zamanı X10 izahat verərək əmək haqqının ödənildiyini bildirmişdir. Bu da onu göstərir ki, Məmmədov Nəsimi Səfiyar oğlu X7 əmək müqaviləsi olmadan işlətmişdir və bu da pozuntudur. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 14 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxsin vəkilinin vəsatəti əsasında dindirilmiş şahid X10 bildirdi ki, tanışı ona bir iş olduğunu, əgər işi görərsə ona yaxşı pul veriləcəyini bildirmiş, o da həmin şəxsdən nömrə alaraq Məmmədov Nəsimi Səfiyar oğluna zəng etmiş və görüşmüşlər. Məmmədov Nəsimi Səfiyar oğlu ona bir sahə göstərərək həmin ərazini təmizləməsini və əvəzində 400 manat pul verəcəyini bildirmişdir. O da bir neçə gün işlədikdən sonra havaların sərt keçməsinə görə bacarmadığını görmüş və Nəsimiyə zəng edərək işi bacarmadığını bildirmiş, gördüyü işin pulunu ondan istəmişdir. Lakin Nəsimi onun işi tam görmədiyi üçün pulu verməmiş, o da əsəbləşərək DİN-nin 102 xidmətinə məlumat vermişdir. Sonra Nəsimi onun pulunu ödəmiş, o da bu barədə polis bölməsində bildirmişdir. İşlədiyi yer “Esmira” şadlıq sarayının arxasında boş bir sahə olmuşdur. Həmin sahəni ağaclardan və əlavələrdən təmizləmişdir. Məmmədov Nəsimi Səfiyar oğlundan şikayəti yoxdur. Məhkəmə şikayət vermiş şəxsin nümayəndəsi və vəkilinin, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Məmmədov Nəsimi Səfiyar oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 14 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməməlidir. İş materiallarından görünür ki, Məmmədov Nəsimi Səfiyar oğlu barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsi tərəfindən 07 aprel 2023-cü il tarixli, MN ******* saylı protokol protokol tərtib edilmiş və MN ******* saylı, 14 aprel 2023-cü il tarixli qərarla Məmmədov Nəsimi Səfiyar oğlu Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 3000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 2-ci PB-nin məsul növbətçisi, polis mayoru Möhdəbər Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 15:58-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, ev 10, mənzil 10-da yaşayan Vət: X10 DİN-nin 102 mərkəzi zəng xidmətinə verdiyi ********* nömrəli məlumatda Sumqayıt şəhər, Esmira şadlıq sarayının yaxınlığındakı binada Nəsimi adlı şəxsin yanında fəhlə kimi işləməsi 470 manat əmək haqqını ala bilməməsi barədə məlumat vermişdir. İş materiallarında olan Məmmədov Nəsimi Səfiyar oğlu tərəfindən Sumqayıt ŞPİ-nin 2-ci PB-də verilmiş xx.xx.2023-cü il tarixli izahatından görünür ki, onun barəsində DİN-nin 102 xidmətinə müraciət edən X7 ona məxsus Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsində yerləşən təkrar emal sexində fəhlə kimi işə götürmüşdür, günü 16 manat əmək haqqına razılaşmışlar. 21 gün işlədikdən sonra X10 işə gəlmədiyi üçün 3-4 gün keçdikdən sonra Vət. A.Abbasovu işdən uzaqlaşdırmışdır. Vət.Abbasov xx.xx.2023-cü il tarixdə sexə gələrək ondan əmək haqqısını istədikdə o, isə ona bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə gəlib əmək haqqını götürsün. Vət.Abbasov xx.xx.2023-cü il tarixdə əmək haqqısını tam şəkildə alıb. Vət.Abbasov iş müddəti 1 ay olmadığı üçün əmək müqaviləsi bağlamamışlar, vətəndaş Abbasov 1 ay işləyərək işin öhdəsindən gəldiyi təqdirdə müqavilə bağlanmasını istəmişdir. İş materiallarında olan Məmmədov Nəsimi Səfiyar oğlu tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsində verilmiş xx.xx.2023-cü il tarixli izahatından görünür ki, X10 həqiqətən də fevral ayında 21 gün onun yanında işləyib. 2-ci X17 Abbası məcbur edir ki, şikayət eləsin. Abbasov Abbas deyir ki, mənim heç bir şikayətim yoxdur, pulumu almışam. Abbasov Abbasın heç bir rəsmi yazılı şikayəti olmayıb. X10 2023-cü ilin fevral ayında 21 gün işləyib ona məxsus sexdə əmək haqqını da ödəmişdir. İş materiallarında olan əmək müqaviləsi bildirşlərinin surətindən görünür ki, X15, X6, X1 Nəsimi Səfiyar oğlu tərəfindən tullantıların emalı üzrə fəhlə kimi işə götürülmüşlər. İş materiallarında olan 02/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra müqaviləsindən görünür ki, "xxxx" ASC ünvan 2 ünvanında yerləşən 2060 kv.metr torpaq sahəsini Məmmədov Nəsimi Səfiyar oğluna icarəyə verir. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Məmmədov Nəsimi Səfiyar oğlu Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən xx.xx.2016-cı il tarixdə VÖEN ********** nömrə ilə qeydiyyata alınmış və təhlükəsiz tullantıların yığılması fəaliyyəti ilə məşğuldur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan səlahiyyəti çərçivəsində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 312-ci maddəsinə əsasən əmək qanunvericiliyini pozan işçi, işəgötürən və digər şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. Azərbayan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qərardan şikayət vermiş şəxs Məmmədov Nəsimi Səfiyar oğlunun və şahid X5 ifadələrini dinləyərək onların verdikləri ifadələri özünümüdafiə xarakteri daşıması kimi qiymətləndirir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Məmmədov Nəsimi Səfiyar oğlu X7 əmək müqaviləsi olmadan hər hansı işlərin yerinə yetirilməsinə cəlb etməsi iş materialları və məhkəmədə araşdırılan hallarla sübuta yetirilir. Belə ki, şahid X5 DİN-nin 102 xidmətinə etdiyi müraciətində özü Məmmədov Nəsimi Səfiyar oğlu tərəfindən əmək müqaviləsi olmadan işə cəlb edildiyini bildirmiş, Məmmədov Nəsimi Səfiyar oğlu da həm polis bölməsində, həm də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsində verdiyi izahatında X5 ona məxsus sexdə fəhlə kimi işlədiyini, əmək haqqını da ödədiyini bildirmişdir. Qərardan şikayət vermiş şəxs tərəfindən şikayətin əsaslı olmasına dair hər hansı mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77.2-ci maddəsinə əsasən maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Bununla da məhkəmə gəldiyi qənaətə görə Məmmədov Nəsimi Səfiyar oğlu tərəfindən Azərbayan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsinin 14 aprel 2023-cü il tarixli, MN ******* saylı qərarı ilə Məmmədov Nəsimi Səfiyar oğlunu 3000 manat məbləğində cərimə etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 14 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Məmmədov Nəsimi Səfiyar oğlu tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 14 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar