Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1174/2025 14.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tətib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokola əsasən borclu Həbibov X4 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(056)-453/2023 nömrəli icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(056)- 453/2023 nömrəli icra sənədinə əsasən xx.xx.2021-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün borclu Şəxs hər ay qazancının 1/4 hissəsi məbləğində müvəqqəti aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borclu əvvəllər işlədiyi üçün alimentin tutulması onun əmək haqqına yönəldilmişdir. O, 2024-cü ilin aprel ayından etibarən işdən azad edilmişdir. Borclu yanvar ayında 250 manat, fevral ayında 250 manat, mart ayında 200 manat, sonuncu dəfə 2025-ci ilin aprel ayında 50 manat ödəniş etmişdir. Borclu 2024-cü ilin dekabr ayınadək dəvət olunmasına baxmayaraq idarəyə gəlməmişdir. Daha sonra iki dəfə çağırışa gəlmiş, yenidən çağırışlara cavab vermədiyindən 2025-ci ilin aprel ayında barəsində axtarış elan edilmişdir. Borclu bu gün də axtarışla gətirilmişdir. Qeyd edilənlərə əsasən protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, hazırda qalan borcun ödənilməsi ilə bağlı tələbkarla da aralarında razılıq əldə edilmişdir. Hal-hazırda borcundan 500 manat ödəniş etmişdir. Bundan sonra hər ay ödənişləri vaxtında ödəyəcəyinə dair söz verdiyini bildirmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Whatsapp tətbiqi ilə video görüntü vasitəsilə əlaqə yaradılmış Zərərçəkmiş şəxs bildirmişdir ki, borclu tərəfindən sonuncu dəfə bu ilin fevral ayında ödəniş edilmişdir. O, borcun vaxtlı-vaxtında hər ayın 20-də ödənilməsini tələb etdiyini, özü təkbaşına uşağına baxa bilmədiyini qeyd etmişdir. Hal-hazırda borclu tərəfindən ona 500 manat məbləğində ödəniş edildiyini, borcludan şikayətçi olmadığını, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(056)-453/2023 nömrəli, icra sənədinə əsasən xx.xx.2021-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün borclu Şəxs hər ay qazancının 1/4 hissəsi məbləğində müvəqqəti aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(056)-453/2023 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2023-cü il tarixdə tələbin könüllü icra edilməsi barədə bildiriş Şəxs ünvanına rəsmi qaydada göndərilmişdir. Borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi 130 nömrəli Hərbi Hissənin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Sabirabad Rayon Məhkəməsinin icra sənədi hərbi hissəyə gec daxil olması ilə əlaqədar sənədin icrası ləngimiş və nəticədə Şəxs Oqtay oğlunun pul təminatından tutulmamış 6 aylıq borc yaranmışdır. Şəxs Oqtay oğlundan tutulmalı olan aliment ödənişinin məbləği aşağıdakı qaydada olmuşdur: 1. Sentyabr 2023- 254,13; 2. Oktyabr 2023 -253,56; 3. Noyabr 2023 -271,18; 4. Dekabr 2023 -271,18; 5.Yanvar 2024 -149,64; 6. Fevral 2024 – 174,27. 2024-cü ilin mart ayından başlayaraq icra edilən tutulmanın son tarixi hərbi qulluqçunun xx.xx.2024-cü il tarixdə ehtiyata buraxılması ilə əlaqədar aprel ayının əmək haqqısında olmuşdur. Ödəniş mart ayında 174,27 manat, aprel ayında isə 17,94 manat təşkil etmişdir. Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, zəzərçəkmiş şəxsə 500 manat məbləğində ödəniş etdiyini, hər ayın 20-də 250 manat olmaqla aliment ödənişlərini yerinə yetirəcəyini qeyd etmişvə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (icra işi üzrə borclu) Şəxs hər ay qazancının 1/4 hissəsi məbləğində müvəqqəti aliment ödəməli olduğu halda ödənişləri tam həyata keçirmədiyi üçün 4581 manat aliment borcu yığılmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, qalıq borcla bağlı zərərçəkmiş şəxslə (icra işi üzrə tələbkar) aralarında razılıq əldə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (icra işi üzrə borclu) Şəxs xx.xx.2025-ci il tarixdə 500 manat ödəniş etmişdir. Məhkəmə iclasında Whatsapp tətbiqi ilə video görüntü vasitəsilə əlaqə yaradılmış zərərçəkmiş şəxs şikayətçi olmadığını bildirmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Göstərilənlərlə əlaqədar məhkəmə qeyd edir ki, qalan borcun ödənilməsi ilə bağlı isə tərəflər arasında razılıq əldə edilməsi ona dəlalət edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (icra işi üzrə borclu) aliment borcunun ödənilməsindən qərəzli olaraq yayınmamışdır. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıln şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktlarını icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, borcun tam ödənilməməsinə Şəxs münasibəti qərəzli olamamış, subyektiv mülahizələrə əsasən onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 03 saat vaxta görə müvafiq məbləğ hesablanaraq dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-1174/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1174/2025
14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver