Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1175/2023 08.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X2 katibliyilə, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin sahə rəisi, polis kapitanı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, “Sumqayıt Tibb Mərkəzi”ndə tibb bacısı vəzifəsində işləyən, evli, orta ixtisas təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə (bundan sonra mətndə İXM-nin) 08 may 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2023-cü il tarixində saat 13:00 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən 37 saylı məktəbin dəhlizində vətəndaş Zərərçəkmiş şəxs ictimai yerdə söyərək təhqir etmişdir. Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 08 may 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin sahə rəisi X4 izahatında bildirdi ki, vətəndaş Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə, saat 10:56da Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək vətəndaş Şəxs xx.xx.2023-cü il tarixdə, saat 13:00 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən 37 saylı məktəbin dəhlizində, yəni ictimai yerdə onu söyərək təhqir etməsini, habelə Şəxs oğlu 5-ci sinif şargirdi Ömərin onun övladı Emini döyməsini və təhqir etməsi barədə məlumat vermişdir. Qeyd olunanların nəzərə alaraq məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətibq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək göstərdi ki, onun iki azyaşlı övladları Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən 37 saylı məktəbdə təhsil alırlar. xx.xx.2023-cü il tarixdə övladının arxasınca məktəbə getmişdir. Məktəbə daxil olarkən dəhlizdə övladı ilə eyni sinifdə oxuyan Emin adlı şagirdin dalaşdığını görmüş, uşaqlara yaxınlaşaraq onları aralayaraq hər iki uşağa iradını bildirmişdir. Bu zaman Eminin valideyini Zərərçəkmiş şəxs onun üzərinə cumaraq söyüb təhqir etmiş, lakin o Zərərçəkmiş şəxs söyüb təhqir etməmişdir. Qeyd olunan əsasən barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 13:00 radələrində azyaşlı övladı Emin Nəzrəliyevi məktəbdən götürmək məqsədi ilə məktəbə getmiş, həmin vaxt məktəbdə şəhid tədbiri var idi. Tədbiri davam edən zaman Şəxs onun üstünə hücum edərək küçə söyüşləri söyərək onu döyərək və xəsarət ytimişdir. Hadisə zamanı onun üzünə dırnağı ilə cırmaq atməş, qolunun müxtəlif nahiyələrinə xəsarət yetirmişdir. Hadisə məktəbin dəhlizində valideyinlərin qarşısında baş vermişdir. Mübahizə zəmnində onun çantasından 200,00 manat düşərək itmişdir. Hadisədən sonra o Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokol tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 510 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyi üçün həmin protokol üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi 3-cü polis bölməsinin təhqiqatçısı, polis leytenantı X1 NK-1/575 saylı, xx.xx.2023-cü il tarixli yoxlama materialı üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Zərərçəkmiş şəxs döyülərək bədən xəsarəti alıb-almamasını müəyyən etmək ötrü MTE təyin edilmiş, ekspertin 384 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2023-cü il tarixdə xırda xuliqanlıq etməsi qeyd olunsa da məhkəmə araşdırması zamanı Şəxs hərəkətlərində İXMnin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə həmin maddə ilə inzibati xəta haqqında icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114.1.4, 115, 115, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1175/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1175/2023
08.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver