Məhkəmə qərarları › İş №3(060)-1181/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1181/2022

16.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1181/2022 16.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Məmmədovun sədirliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin polis leytenantı X2 İşıqlı İldırım oğlunun İXM-nin 211.2-ci maddəsi ilə 100 manat cərimə edilməsinə dair 14 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair İşıqlı Qasımovun verdiyi şikayətinə baxaraq müəyyən etdi: X4 oğlu Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin polis leytenantı Cahid İsgəndərlinin qəbul etdiyi 14 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. Belə ki, İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Materialdan görünür ki, mübahisələndirilən qərar 14 fevral 2022-ci il tarixlidir, şikayət isə 10 günlük müddət ötürülməklə, 13 may 2022-ci ildə, yəni 3 aydan sonra verilmişdir. Məhkəmə onu da qeyd edir ki, məhkəməyə göndərilən sənədlərlə mübahisələndirilən qərarın şikayətçi tərəfindən hansı tarixdə alınması müəyyən edilmir. Bundan başqa İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Şikayət verən şəxs tərəfindən belə bir vəsatət verilməmişdir. İXM-nin 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub olmamasının məsələlərini həll edir. Yuxarıda göstərilənlərə və İXM-nin 109, 118, və 132-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin polis leytenantı X2 İşıqlı İldırım oğlunun İXM-nin 211.2-ci maddəsi ilə 100 manat cərimə edilməsinə dair 14 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair İşıqlı Qasımovun verdiyi şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar