Məhkəmə qərarları › İş №3(060)-1182/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1182/2023

23.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1182/2023 23.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, Protokol tərtib etmiş şəxsin nümayəndəsi – Sumqayıt Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin Təhqiqat bölməsinin rəisi X1 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 01 may 2023-cü il tarixli, EP seriyalı ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 487.4-cü maddəsinə əsasən 01 may 2023-cü il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, mobil gömrük şöbəsindən daxil olmuş 34/015/003776 saylı xx.xx.2022-ci il tarixli raportun araşdırılması zamanı müəyyən edilmişdir ki,beynəlxalq yük daşınma xidmətini göstərən hüquqi şəxs “R Group Azerbaijan" MMC Şimal Ərazi Baş Gömrük idarəsinin “Samur" gömrük postunda xx.xx.2022-ci il tarixli **********2978 sorğu nömrəli gömrük bəyannaməsi ilə “beynəlxalq tranzit” xüsusi gömrük proseduru altında bəyan edilən, Rusiya Federasiyasından Türkiyə Respublikasına “Ağac kömürü" yükü aparmalı olan “DAF FTXF 105” markalı 99ZP735/99ZH742 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi qeyd olunan yükü Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü" gömrük postuna (60 saat) ərzində çatdırılması üçün təyinat almasına baxmayaraq, “R Group Azerbaijan" MMC tərəfindən “beynəlxalq tranzit” xüsusi gömrük proseduru altında bəyan edilən “Ağac kömürü" yükünü öhdəliyi üzrə bugünədək təyinat gömrük orqanına çatdırılmasını yerinə yetirməmişdir. Faktla bağlı araşdırma zamanı “R Group Azerbaijan" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Azərbaycan Respublikasının vətəndaşı X4 20500 kq ağac kömürü yükünün“DAF FTXF 105” markalı 99ZP735/99ZH742 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin faktiki sahibi X7 tərəfindən müxtəlif maneələrin yaratdığını bildirmişdir. Həmçinin faktla bağlı qeyd olunan yük nəqliyyat vasitəsinin sahibi Azərbaycan Respublikasının vətəndaşı X7 izahat verərək bildirmişdir ki, onun icazəsi və etibarnaməsi olmadan Şəxs MMC tərəfindən yük nəqliyyat vasitəsi beynəlxalq yük daşımaçılığında istifadə olunur və ona etiraz edir. Faktla bağlı izahat verilməsi üçün “DAF FTXF 105” markalı 99ZP735/99ZH742 dövlət nömrə nişanlı уük nəqliyyat vasitəsinin sürücüsü Azərbaycan Respublikası vətəndaşı X6 ünvanına çağırış məktubu göndərilsə də adı qeyd olunan şəxs bu günədək gömrük orqanına gəlməmiş və ya gəlməməsinin səbəbi ilə bağlı məlumat verməmişdir. Raportdan məlum olur ki, xx.xx.2022-ci il tarixdə nəqliyyat vasitəsi Xocasən qəsəbəsi ərazisinə aparılmış, mobil şöbəsinin əməkdaşı tərəfindən nəqliyyat vasitəsinə həmin ərazidə baxış keçirilən zaman nəqliyyat vasitəsinin üzərinə vurulan GPS qurğusunun yerində olduğu, lakin gömrük plombunun qeyri-müəyyən şəxs tərəfindən qırıldığı müəyyən edilmiş, baş vermiş faktla bağlı mobil şöbə əməkdaşı akt tərtib etmiş və nəqliyyat vasitəsinin üzərinə yeni gömruk pulombu vurularaq fiziki müşayətlə “Meyvəli" gömrük terminalına gətirilmişdir. Raportda göstərilənlərlə əlaqədar olaraq, avtomaşının üzərində olan gömrük təminatının qırılmasını müəyyən edilməsi üçün xx.xx.2022-ci il saat 09:00-dan saat 14:00-dək olan müddət ərzində üzərindən nömrə nişanı çıxardılmış "Krone SDR 27" markalı yük nəqliyyat vasitəsinin qoşqusuna (qoşqunun üzərində R Group Azerbaijan 8276 yazısı) gömrük orqanı tərəfindən vurulmuş gömrük plombunun qırılmasının Bakı şəhəri Qaradağ rayonu, Xocəsən-Lökbatan şossesı Socar yanacaqdoldurma məntəqəsinin qarşısı) üzərində yerləşən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nəzarətində olan "Təhlükəsiz şəhər" xidmətinin “TŞ 11-052” nömrəli videonəzarət kamerasında qeydə alınıb-alınmaması barədə DGK vasitəsilə Azərbaycan Respublikası Daxili işlər Nazirliyinə sorğu verilmiş, alınmış video görüntülərdə avtomaşının qoşqusuna vurulmuş plombun qırılması müşahidə edilməmişdir. Bundan əlavə "Meyvəli” gömrük terminalında saxlanılan **********2978 sorğu nömrəli gömrük bəyannaməsi ilə "beynəlxalq tranzit” xüsusi gömrük proseduru altında bəyan edilən ümumi gömrük dəyəri 3536 manat təşkil edən 20500 kq “ağac kömürü" yükünün ölkə ərazisindən aparılması təyinat gömrük orqanına çatdırılması və ya malların gömrük qanunvercıliyinin tələblərinə uyğun digər gömrük prosedurunda bəyan edilməsi zəruriliyi Şəxs MMC-yə bildirilsə də bu günədək qeyd olunan yüklə bağlı heç bir tədbir görülməmişdir. Sonuncu dəfə isə 20 aprel 2023-cü il tarixdə 1500-013/0xx-xx/000800 saylı məktubla Şəxs MMC-nin hüquqi ünvanına məktub ünvanlanmış və məktubda qısa müddət ərzində kömür yükünün ölkə ərazisindən aparılması və ya digər gömrük prosedurları aİtında yerləşdirilməsi tələb edilmiş, tələb olunan hallar Şəxs MMC tərəfindən qısa müddət ərzində yerinə yetirilmədiyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyət tədbirləri həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 487.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 487.4-cü maddəsinə əsasən tərtib edilmiş 01 may 2023-cü il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Sumqayıt Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin Təhqiqat bölməsinin rəisi X2 bildirdi ki, “R Group Azerbaijan" MMC xx.xx.2022-ci il tarixli **********2978 sorğu nömrəli gömrük bəyannaməsi ilə “beynəlxalq tranzit” xüsusi gömrük proseduru altında bəyan edilən, Rusiya Federasiyasından Türkiyə Respublikasına “Ağac kömürü" yükü aparmalı olan “DAF FTXF 105” markalı 99ZP735/99ZH742 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi qeyd olunan yükü Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü" gömrük postuna çatdırılması üçün təyinat almasına baxmayaraq, “R Group Azerbaijan" MMC tərəfindən “beynəlxalq tranzit” xüsusi gömrük proseduru altında bəyan edilən “Ağac kömürü" yükünü öhdəliyi üzrə bugünədək təyinat gömrük orqanına çatdırılmasını yerinə yetirməmişdir. Yükün ölkə ərazisindən aparılması, təyinat gömrük orqanına çatdırılması və ya malların gömrük qanunvercıliyinin tələblərinə uyğun digər gömrük prosedurunda bəyan edilməsi zəruriliyi Şəxs MMC-yə bildirilsə də bu günədək qeyd olunan yüklə bağlı heç bir tədbir görülməmişdir. İnzibati xəta Sumqayıt şəhər ərazisində aşkar edildiyindən inzibati xəta haqqında protokol və materiallar aidiyyatı üzrə məhkəməyə göndərilmişdir. Məhkəmədən hüquqi şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Sumqayıt Baş Gömrük İdarəsinin Mobil Gömrük Şöbəsinin əməkdaşı tərəfindən nəqliyyat vasitəsinə həmin ərazidə baxış keçirilən zaman nəqliyyat vasitəsinin üzərinə vurulan GPS qurğusunun yerində olduğu, lakin gömrük plombunun qeyri müəyyən şəxs tərəfindən qırıldığı müəyyən edilmiş, baş vermiş faktla bağlı mobil şöbə əməkdaşı akt tərtib etmiş və nəqliyyat vasitəsinin üzərinə yeni qomruk pulombu vurularaq fiziki müşayətlə “Meyvəli" gömrük terminalına gətirilmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” informasiya resursundan "malların çatdırılması və boşaldılması”-na dair çıxarışdan görünür ki, , xx.xx.2022-ci il tarixdə Şimal Ərazi Baş Gömrük idarəsinin “Samur” gömrük postundan tranzit xüsusi gömrük proseduru altında yerləşdirilməklə Rusiya Federasiyasından Türkiyə Respublikasına “Ağac kömürü" aparmalı olan “DAF FTXF 105" markalı 99ZP735/99ZH742 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postuna təyinat almış, lakin nəqliyyat vasitəsi təyinat məntəqəsinə çatdırılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” çıxarışdan görünür ki, Şəxs MMC 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2019cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Şəxs MMC tərəfindən üzrsüz səbəbdən yükün ölkə ərazisindən aparılmaması, təyinat gömrük orqanına çatdırılmaması və ya malların gömrük qanunvercıliyinin tələblərinə uyğun digər gömrük prosedurunda bəyan edilməməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 487.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 487.4-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 174.1-ci maddəsinə əsasən beynəlxalq tranzit xüsusi gömrük proseduru xarici malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük nəzarəti altında bir yerdən başqa yerə daşınmasıdır. Normadan da göründüyü kimi, tranzit xüsusi gömrük proseduru gömrük nəzarəti altında malların daşınmasını ehtiva edib, yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda (Gömrük bəyannaməsinin təqdim edilməsi müddəti və bu müddətin uzadılmasına malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti çərçivəsində yol verilir.) gömrük nəzarəti altında saxlanmasını nəzərdə tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması Qaydaları”nın 12.1-ci bəndinə əsasən gömrük ərazisindən malları tranzit daşıyan nəqliyyat vasitələrinə əlavə malların yüklənməsinə, malların yüklənməsinə, malların nəqliyyat vasitəsindən boşaldılmasına və ya malları daşıyan nəqliyyat vasitəsinin dəyişdirilməsinə yol verilir. Həmin Qaydaların 12.4-cü bəndinə əsasən malların bir nəqliyyat vasitəsindən digər nəqliyyat vasitəsinə yenidən yüklənməsinə icazə həmin ərazidə fəaliyyət göstərən gömrük orqanı tərəfindən verilir. Belə ki, qeyd edilən müddəanın davamı kimi qaydaların 12.5-ci bəndinə əsasən malların məhvi, itirilməsi və ya əhəmiyyətli dərəcədə korlanması təhlükəsi varsa, daşıyıcı və ya mallara dair səlahiyyətli şəxs malların boşaldılması və ya yenidən yüklənməsi üçün tədbirlər həyata keçirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 487.4-cü maddəsinə əsasən gömrük nəzarəti altında olan malların və nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi təyinat yerinə çatdırılmamasına, yaxud itirilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin əlli faizindən yüz faizinədək məbləğdə cərimə edilir.. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs MMC şirkətinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, 3536 qərara aldı: ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 487.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların dəyəri – 3536 (üç min beş yüz otuz altı) manat pul vəsaitinin 50 (əlli) faizi məbləğində, yəni 1768 (bir min yeddi yüz altmış səkkiz) manat məbləğində cərimə olunsun. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar