Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1183/2025 29.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X10 Yadigar qızının sədrliyi, X3 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs X5 iştirakı ilə, X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə Baş X13 İdarəsi tərəfindən qəbul edilmiş “X11 haqqında” xx.xx.2025-ci il tarixli, EQ 26602254 saylı X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X8 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26602254 saylı X11 haqqında qərarına əsasən Azərbaycan Respublikası İXMin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 600 manat məbləğində cərimə edilmişdir Qərara əsasən X1 və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında- M-144.6 km, Sumqayıt şəhəri, H.Z.tağıyev, Quba istiqamətində hərəkətdə olmuşdur. Barəsində inzibati xəta haqqında qərar qəbul edimiş X8 inzbati xəta haqqında qərarın dəlilləri ilə razılaşmayaraq, Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnikleytenantı Elvin Abduləlizadənin xx.xx.2025-ci il tarixli, EQ 26602254 nömrəli X11 haqqında elektron qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadənin xx.xx.2025-ci il tarixli, EQ 26602254 nömrəli X11 haqqında elektron qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinərək, 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Hesab edir ki, Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadənin xx.xx.2025-ci il tarixli, EQ 26602254 nömrəli X11 haqqında elektron qərarı tam əsassızdır, buna görə də qərara məhkəmə qaydasında baxılmalı və inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilərək işi üzrə icraata xılam verilməsi haqqında qərar çıxarılmalıdır. Bildirir ki, barəsində qəbul edilmiş elektron qərarda göstərilmişdir ki, güya o, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev küçəsi Quba istiqaməti üzrə hərəkətdə olan zaman saaı 14:27 radələrində “MERCEDES BENZ” markalı, 3235 xüsüsi təy. **-LS-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran avtonəqliyyat ilə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən küllə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmək qaydalarını pozmuşdur. Buna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş “X11 Haqqında” xx.xx.2025-ci il tarixli, EQ 26602254 nömrəli qərar qəbul edilmişdir. O, bu qərarla razılaşmır. İlk öncə onu qeyd edir ki, onun barəsində “X11 Haqqında xx.xx.2025-ci il tarixli, EQ 26602254 nömrəli qərar qanunun tələblərinə zidd olaraq qəbul edilmişdir. Belə ki, sözügedən qərarda inzibati xətanın 94: A9: A8: D8 43:93 nömrəli kamera vasitəsi ilə qeydə alındığı göstərilmişdir. Həmin kameranın adından da göründüyü kimi, təhlükəsizlik kamerasıdır və yalnız müşahidə üçün nəzərdə tutulmuşdur. Həmin kameranın inzibati xəta hadisəsinin qeydə almaq və elektron qərar qəbul etmək funksiyası yoxdur. Təsadüf deyil ki, bu kamera İXM-nin 81-ci və 100.1.8-ci maddəsi ilə nəzərdə tutulmuş tələblərə cavab vermir. Bundan başqa qeyd olunmalıdır ki, sözügedən inzibati xətanın törədilib-törədilməməsini müəyyən etmək mümkün deyil. Belə ki, inzibati xatanın törədilməsinə dair “video görüntü” barədə qeyd elektron qərarda öz əksini tapmamışdır. Elektron qərarda yalnız “inzibati xəta hadisəsinin baş verdiyi və nəqliyyat vasitəsinin sürücü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunur” sözləri qeyd edilmişdir. “X11 Haqqında” xx.xx.2025-ci il tarixli. EQ 26602254 nömrəli qərarın əlavəsində olan foto şəkillərdə də inzibati xətanın törədildiyi tarix, saat və çəki əks olunmuş lakin inzibati xətanın aşkar olunmasında istifadə olunmuş texniki vasitənin sonuncu dəfə yoxlamadan keçdiyini sübut edən hər hansı bir qeyd və sənəd əlavə edilməmişdir ki, bu da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsində göstərilən tələblərlə uzlaşmışr. Bununla yanaşı o, “MERCEDES BENZ” markalı, 3235 xüsüsi təy. **-LS-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran avtonəqliyyat vasitəsini idarə edərkən onun Yük maşınında ümumilikdə tara ilə birlikdə 30t 400 kq., çəkidə yük olmuşdur. Yük daşımaların çəkisi ilə bağlı Nazirlər Kabinetinin qərarında göstərilib ki, ona məxsus “MERCEDES BENZ” markalı, 3235 xüsüsi təy 32 tondan artıq olduğu halda ona inzibati cərimə tətbiq edilə bilər. Sözügedən avtonəqliyyat vasitəsinin çəni zavod istehsalı olduğundan Beynəlxalq yükdaşıma və mövcud standartların tələblərinə uyğundur. Yəni ki, avtomobildə artıq yük olması texniki cəhətdən mümkün deyil. Bu isə onun deməyə əsas verir ki, hər hansı bir inzibati xətanın törədilməsindən söhbət gedə bilməz. İşin hallarından göründüyü kimi ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə yaranır. Nəqliyyat vasitəsi ona verilmiş sənədlərə əsasən zavod istehsalı olduğundan beynəlxalq yükdaşıma və mövcud standartlara uyğundur. Sadalanan bütün halları nəzərə alaraq, hesab edir ki, belə olan halda onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş əmələ görə inzibati tənbeh edilməsi işin faktiki hallarına uyğun deyil və İXM-nin prinsiplərinə ziddir. Bu səbəbdən də inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalı, onun barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26602254 nömrəli inzibatı tənbeh vermə haqqında elektron qərar ləğv edilməlidir. Göründüyü kimi AR İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta hadisəsinin videoyazısının üç aydan az olmayan müddətdə saxlanılmalı olması təsbit edilməsinə baxmayaraq, elektron qərara ümumiyyətlə həmin videoyazı əlavə edilməmişdir. X11 haqqında qərarda əks edilmiş fotoşəkillərdən isə sürücünün geriyə dönmənin qadağan edildiyi yerdə geriyə hərəkət etməsini müəyyən etmək mümkün deyildir. Yuxarıda qeyd olunan qanunun göstərilən müddəaları iddia olunan hərəkətlərdə İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətləri mövcud deyildir. Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadənin xx.xx.2025-ci il tarixli, EQ 26602254 nömrəli X11 haqqında elektron qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X8 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, izahatı dinləyib hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26602254 saylı X11 haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, EQ 26602254 saylı X11 haqqında qərardan görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 600 (altı yüz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. - Azərbaycan Respublikası DİN Baş X13 İdarəsi tərəfindən kamera vasitəsilə qeydə alınmış fotoşəkildən müəyyən olunur ki, Mercedes Benz 3235 xüsusi təy. markalı, 99- SL901 qeydiyyat nişanlı avtomobil maksimum kütlənin 32000 kq olmasına baxmayaraq, qeyd olunan normanı keçmiş, 34700 kq çəki ilə ümumi istifadədə olan avtomobil yolunda avtomobili idarə etmişdir. - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Mercedes Benz 3235 xüsusi təy. markalı, 99-SL901 qeydiyyat nişanlı avtomobil üçün icazə verilən maksimal kütlə 32000 kq-dır. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin və “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının: - 3.1-ci bəndinə əsasən İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə dair xüsusi icazəni almaq üçün həmin nəqliyyat vasitələrinin sahibləri (istifadəçiləri) tərəfindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müvafiq sənədlər təqdim olunmaqla icazə alınmalıdır. - 4.1. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. - 4.2. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin faktiki qabarit ölçüləri xüsusi ölçü alətləri və cihazları, hərəkətdə olan belə nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri isə yol örtüyünün altında yerləşdirilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texniki vasitələri (elektron tərəziləri) vasitəsilə, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarət məntəqələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ilə birlikdə yoxlanılır. - 4.4. Bu Qaydanın pozulması hallarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən pozuntuya yol vermiş hüquqi və ya fiziki şəxslər barəsində Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə cəlb edilməklə, tədbirlər görülür. - 4.7. Xüsusi icazə olmadan iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsinə görə və ya bu Qaydanın digər tələblərinin pozulmasına görə hüquqi, fiziki və vəzifəli şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə işin təsvir edilmiş hallarından görünür ki, X8 etibarnamə əsasında qeyd olunan nəqliyyat vasitəsini idarə edən şəxsdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinin tələbləri pozulduğundan, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 600 manat məbləğində cərimə olunmasına dair xx.xx.2025-ci il tarixli elektron qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə görə Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərinidaşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 2.1-ci maddəsinə görə Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 13-cü maddəsinə görə İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. - 21-ci maddəsinə görə İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 353.2-ci maddəsinə əsasən “İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir.” “Yol hərəkəti haqqında” Qanununun 36-ci maddəsinin İ hissəsinin 1-ci bəndinə əsasən “yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər.” Həmin Qanunun 57-ci maddəsinin İ hissəsinə əsasən daşınan yükün kütləsi və yüklərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalıdır. Məhkəmə şikayət verən X6 istinad edilən inzibati xətaya inzibati-xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 353.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2025-ci il tarixdə saat 14:27-də Sumqayıt şəhəri, H.Z.Tağıyev, Quba istiqamətində “Mercedes Benz 3235 xüsusi təy.” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin çəkisi icazə verilən çəkidən artıq, yəni 34700 kq olmuş (limit 32000 kq), şikayət vermiş şəxs öz şikayətini çəkinin 30400 kq olması ilə əsaslandırsa da, bunu təsdiq edəcək sübut təqdim edə bilməmişdir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, Baş X13 İdarəsi tərəfindən qəbul edilmiş “X11 haqqında” xx.xx.2025-ci il tarixli, EQ 26602254 saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və X5 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, X8 tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Baş X13 İdarəsi tərəfindən qəbul edilmiş “X11 haqqında” xx.xx.2025-ci il tarixli, EQ 26602254 saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: -128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər - 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: X8 tərəfindən verilmiş şikayət təmin edilməsin. Baş X13 İdarəsi tərəfindən X8 barəsində qəbul edilmiş “X11 haqqında” xx.xx.2025-ci il tarixli, EQ 26602254 saylı Qərar qanuni hesab edilsin və dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-1183/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1183/2025
29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver