Məhkəmə qərarları › İş №3(060)-1185/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1185/2024

06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1185/2024 06.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X2 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Qurbanlı Seymur Qeyrət oğlunun, Qərarından şikayət verilmiş şəxs Ekologiya YPX-nin baş inspektoru, polis X1 iştirakı ilə, Qurbanlı Seymur Qeyrət oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə X12 Xidməti tərəfindən qəbul edilmiş “X10 haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı X6 Qeyrət oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: Qurbanlı Seymur Qeyrət oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən X12 Xidməti tərəfindən qəbul edilmiş “X10 haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı Qərarın ləğv edilib inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsindən görünür ki, X12 Xidməti Baş İnspektoru Polis X1 TP ******* saylı X10 haqqında qərarı ilə vətəndaş X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İnzibati Xətalar Məcəlləsinin) 342.5-ci maddəsi ilə təqsirli bilinməsi və 50 AZN məbləğində cərimə edilməsi qərara alınmışdır. Səlahiyyətli orqan şifahi olaraq öz qərarını onunla əsaslandırmışdır ki, Hyundai HD 35 yük markalı, 77JF814 dövlət qeydiyyat nişanlı yük avtomobili atmosferə icazə verilmiş həddən artıq zərərli qaz buraxır. Hesab edir ki, aşağıdakı səbəblərə görə TP ******* saylı X10 haqqında qərar ləğv edilməlidir. Onun idarə etdiyi 77JF814 dövlət qeydiyyat nişanlı yük avtomobili 2023-cü ilin istehsal edilmiş, saz vəziyyətdə olan yük avtomobilidir. Həmin avtomobilin atmosferə icazə verilmiş həddən artıq zərərli qaz buraxması texniki cəhətdən mümkün deyildir. Polis əməkdaşı həmin yük avtomobilinin atmosferə buraxdığı qazı ölçərkən ölçü cihazının texniki göstəricilərini heç bir yerdə qeydə alaraq saxlamamışdır. Bundan başqa qərarda qeyd edilmişdir ki, qərar İXP ******* saylı protokola əsasən verilmişdir. Məhkəməyə bildirmək istəyirlər ki, İXP ******* saylı protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs protokolun tərtib edilməsi üçün dəvət edilməmiş, ondan izahat alınmamış, ona protokola imza etdirilməmiş və protokolun surəti ona təqdim edilməmişdir. Hesab edilər ki, qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilməsi üçün bütün hüquqi əsaslar vardır. X12 Xidməti Baş İnspektoru Polis X1 qəbul etdiyi TP ******* saylı X10 haqqında qərarı ləğv edib inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilən şəxs X5 bildirdi ki, Ekologiya postunda qeyd olunan nəqliyyat vasitəsini saxlamış, İXM-nin 342.5-ci maddəsi ilə protokol tərtib olunaraq 50 manat məbləğində cərimə olunmuş və cərimə ödənilmişdir. Nəqliyyat vasitəsinin yoxlanması üçün xüsusi qurğu vardır ki, həmin qurğunu avtomobilə qoşurlar və atmosferə buraxılan zərərli qazın miqdarı artıq olduqda protokol tərtib olunur və həmin protokolla qəbz sürücüyə təqdim olunur. Qeyd olunan nəqliyyat vasitəsində atmosferə buraxılan zərərli qazın miqdarı icazə verilən həddən 1,5 artıq olmuşdur. Həmin qurğunun sertifikasiyadan keçirilməsi barədə şəhadətnaməni məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Qurbanlı Seymur Qeyrət oğlu bildirdi ki, avtomobilə cərimə yazılarkən avtomobilin yürüyüşü 22000 km olmuşdur, avtomobil 2022-ci il istehsalıdı, lakin 2023-cü ildə istismara verilmişdir. Avtomobilin katalizatoru yerindədir və gözlə görülə biləcək heç bir tüstü yoxdur. Hesab edir ki, protokol əsassızdır, avtomobili yoxlayan qurğu da düzgün işləmir. Avtomobilə 50 manat cərimə yazılmış və avtomobilin üzərinə həbs qoyulmaması üçün məcbur olaraq şirkət tərəfindən həmin cərimə ödənilmişdir. Həmin vaxt ona cərimə barədə qərar təqdim olunmuş, heç bir şey demədən getmişdir. Daha sonra şirkət tərəfindən ona protokol verilməli olduğunu, izahatının alınmalı olduğunu və protokolun onun barəsində deyil, hüquqi şəxs barəsində tərtib olunmalı olduğunu bildirdiklərindən o, yenidən X12 Xidmətinə müraciət etmiş və ona prosedurun belə olduğunu bildirmişlər. Buna görə məhkəməyə şikayət etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı X10 haqqında qərardan görünür ki, Qurbanlı Seymur Qeyrət oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 50 (əlli) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamənin surətindən görünür ki, Vektor VK 505 markalı, Koreya istehsalı, B 22603 nömrəli qazanalizator ölçmə vasitəsi xx.xx.2024-cü il tarixdə yoxlanılmış və ölçmə zamanı hər hansı bir maneəyə rast gəlinməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən “Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir.” “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavənin Vİ hissəsinin 1-ci bəndinə əsasən işlənmiş qazlarda zərərli maddələrin miqdarı və onların tüstülənməsi dövlət standartlarında müəyyən edilmiş kəmiyyətlərdən çox olduqda nasazlıq aradan qaldırılır. “Yol hərəkəti haqqında” Qanununun 36-ci maddəsinin İ hissəsinin 1-ci bəndinə əsasən “yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər.” Həmin Qanunun 83-cü maddəsinə əsasən bu Qanunun tələblərinə ciddi əməl etməklə yollarda hərəkət təhlükəsizliyinə nəzarəti yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları həyata keçirirlər. İİ. Yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən stasionar və digər postlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya xüsusi texniki vasitələrin tətbiqi ilə həyata keçirilir. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. İİİ. Müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını və nəqliyyat vasitələrinin alkoqol və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halları müəyyənləşdirmək üzrə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşları yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər. (narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir). Belə halları müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə qazanalizator ölçmə qurğusu vasitəsi ilə yoxlanılan “Hyundai HD 35 yük” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobildə işlənmiş qazlarda zərərli maddələrin miqdarı dövlət standartlarında müəyyən edilmiş kəmiyyətlərdən çox olduğundan inzibati xəta haqqında protokol tərtib edilərək X10 haqqında qərar qəbul edilmiş və inzibati xətanın mahiyyəti nəqliyyat vasitəsinin sürücüsünə izah olunaraq həmin qərar yerində ona təqdim olunmuşdur. Sürücü tərəfindən izahat verilməsi, qeydlərin aparılması, etiraz verilməsi və s. buna oxşar hərəkətlər onun vəzifəsi deyil hüququdur. İşin hallarında göründüyü kimi, sürücü barəsində inzibati xəta aşkarlanaraq protokol tərtib edilmiş, sürücü etiraz etmədiyindən barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmiş və sürücü qərarı ((protokol, qəbz) alınıb işlədiyi şirkətə gedib vəziyyət barədə məlumat verildikdə ona etiraz etməli olduğu bildirilmiş və yalnız bundan sonra sürücü yenidən yol polisi əməkdaşlarının onu saxlanıldığı yerə qayıdıb öz hüququndan istifadə etmək istəyini bildirdikdə orada əməkdaşlar haqlı olaraq müraciət hüququnu izah etmişlər. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, X12 Xidməti tərəfindən qəbul edilmiş “X10 haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və Qurbanlı Seymur Qeyrət oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, Qurbanlı Seymur Qeyrət oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, X12 Xidməti tərəfindən qəbul edilmiş “X10 haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Qurbanlı Seymur Qeyrət oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. X12 Xidməti tərəfindən Qurbanlı Seymur Qeyrət oğlu barəsində qəbul edilmiş “X10 haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar