Məhkəmə qərarları › İş №3(060)-1190/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1190/2025

20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1190/2025 20.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızı, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Abşeron-Xızı regional şöbəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinə göndərilmişdir. Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(079)-59/2025 nömrəli qərardadına əsasən iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Həmin qərardadda işin aidiyyəti üzrə göndərilməsinin əsası kimi qeyd edilmişdir ki, şəxsin təqsirli bilindiyi İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməli formal tərkibli inzibati xəta hadisəsi olmaqla fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edildiyi andan başa çatmış sayılır və inzibati xəta hadisəsinin törədildiyi yer də fiziki şəxslərin işə cəlb edildiyi yer ilə müəyyən edilməlidir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin qeydiyyatda olduğu hüquqi ünvan (Babək rayonu Nehrəm kəndi) hazırki iş üzrə inzibati xətanın törədildiyi yer kimi qəbul edilə bilməz. Belə ki, inzibati xəta əməli fiziki şəxslərin işə cəlb edilməsi ilə hərəkətsizlik formasında deyil, hərəkət formasında müvafiq yerdə törədilərək başa çatmışdır və fiziki şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb olunduğu yer inzibati xəta hadisəsinin törədildiyi yer hesab edilməlidir. Məhkəmə hesab edir ki, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməli hüquqi şəxsin əmək müqaviləsini bağlamalı olduğu yer üzrə, yəni hüquqi şəxsin hüquqi ünvanı üzrə rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Belə ki, Dövlət Vergi Xidmətinin rəsmi saytından kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparlan hüquqi şəxsin hüquqi ünvanı AZ6720, ünvan 2i Xətalar Məcəlləsinin: 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. 192.1-ci maddəsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Qanununun: 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. 13.2-ci maddəsinı əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. 13.4-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarını tapmaq mümkün olmadıqda hüququn analogiyasından istifadə edilir. Bu zaman Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarda təsbit edilmiş hüququn konkret sahələrinə aid prinsiplərdən və hüququn ümumi prinsiplərindən istifadə olunur. Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. 13.5-ci maddəsinə əsasən cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası CPM-in 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində göstərilən xəta hərəkətsizlik formasında törədilən inzibati xətadır. Hüquqi şəxslərə münasibətdə nəzərə alınmalıdır ki, onlar qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə hüquqlarını həyata keçirir və vəzifələrini icra edirlər. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsindən göründüyü kimi qurumun dövlət reyestrinə daxil edilən məlumatlarına aid edilmiş hüquqi ünvanı onun daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerdir. Hazırki iş materiallarından isə məlum olur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs qeydiyyatda olduğu hüquqi ünvanı AZ6720, ünvan 3ibati ərazisində yerləşir. Buna görə də, məhkəmə, Babək Rayon Məhkəməsinin 3(079)-59/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadında göstərilən mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, 21 aprel 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol üzrə törədilməsi ehtimal edilən xətanın törədildiyi yer AZ6720, Babək rayonu, Şıxmahmud, Nəzərabad, ev 25 hesab edilir ki, Azərbaycan Respublikası 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə barəsində protokol tərtib edilmiş şəxsin hüquqi ünvanı üzrə olan rayon məhkəməsində baxılmalıdır. Beləliklə, məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hüquqi ünvanının AZ6720, ünvan 4n inzibati xətanın Sumqayıt şəhəri ərazisində törədilmədiyini, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxıldığını (yəni hüquqi şəxsin əmək müqaviləsini bağlamalı olduğu yerin), formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında işə Sumqayıt Şəhər Məhkəməsində baxılması mümkünsüzdür. İnzibati Xətalar Məcəlləsində Mülki və Cinayət Prossesual Məcəllərindən fərqli olaraq məhkəmələr arasında yaranan fikir ayrılığının aradan qaldırılmasının prosessual qaydası nəzərdə tutulmamışdır. Lakin, məhkəmə qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, yaranmış hüquqi anlaşılmazlığın və məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığının aradan qaldırılması üçün qanunun analogiyasından istifadə olunmalı və Azərbaycan Respublikası CPM-in 77.1-ci maddəsinə əsasən iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.7, 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsindən daxil olmuş hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar işin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar