Məhkəmə qərarları › İş №3(060)-1191/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1191/2025

16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1191/2025 16.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə müvafiq olaraq baxılması üçün hazırlanması zamanı müəyyən etmişdir ki, işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmamış, inzibati xəta haqqında materiallar natamamdır və işə baxılarkən tamamlamaq mümkün deyil. Belə ki, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsində araşdırma aparılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hazırda iddia edilən inzibati xəta haqqında iş üzrə izahatı alınmamış və ya izahat verməkdən imtina etmişsə bu barədə müvafiq sənədlər iş materiallarına əlavə edilməmişdir. İş materiallarında olan Şəxs izahatının məzmunundan müəyyən edilir ki, həmin izahat hazırki iş barədə deyil, Şəxs barəsində olan başqa araşdırma materialı ilə bağlıdır. xx.xx.2025-ci il tarixdə törədilməsi iddia edilən xırda xuliqanlıq hərəkətləri barədə izahat iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə iş materiallarından görünür ki, hazırda iddia edilən inzibati xəta Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin inzibati binasında baş vermiş, bununla bağlı bölmənin məsul növbətçisi tərəfindən raport tərtib edilmişdir. Lakin, raportu tətib edən polis əməkdaşının izahatı alınaraq iş materiallarına əlavə edilməmiş, həmçinin bölmədə olan video görüntülər materiallara əlavə edilməmişdir. Bundan əlavə şəxs inzibati qaydada tutulsa da inzibati qaydada tutma protokolunda onun yaxınlarına məlumat verilib-verilməməsi barədə qeydlər aparılmamışdır. Protokolun dəqiq tarixi göstərilməmişdir. Protokolun tarixi kimi yalnız “2024-cü il” qeyd edilsə də, müvafiq ay və gün qeyd edilməmişdir. Azərbaycan Respublikası İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxılmağa hazırlanması zamanı işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar