Məhkəmə qərarları › İş №3(060)-1193/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1193/2023

08.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1193/2023 08.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Əliyev Fikrət Hüseyn oğlu, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiallara baxaraq, müəyyən etdim: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli, EP seriyalı, ******* №-li və xx.xx.2023-cü il tarixli, EP seriyalı, ******* №-li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, Şəxs MMC 100000 ABŞ dolları məbləğində vəsaiti 15 aprel 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 100000,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 16 aprel 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bundan başqa Şəxs MMC 40000,00 ABŞ dolları məbləğində vəsaiti 12 aprel 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 40000,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 13 aprel 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC-nin barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Hesab edirəm ki, Şəxs MMCnun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2023-cü il tarixli, EP seriyalı, ******* №-li və xx.xx.2023-cü il tarixli, EP seriyalı, ******* №-li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-1193/2023 və 3(060)-1186/2023 №-li işlər bir icraatda 3(060)-1186/2023 nömrə ilə birləşdirilməli, 3(060)- 1193/2023 №-li iş birləşdirildiyi üçün həmin nömrə üzrə işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2, 109, 118-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2023-cü il tarixli, EP seriyalı, ******* №-li və xx.xx.2023-cü il tarixli, EP seriyalı, ******* №-li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-1193/2023 və 3(060)-1186/2023 №-li işlər bir icraatda 3(060)-1186/2023 nömrə ilə birləşdirilsin. 3(060)-1193/2023 №-li iş birləşdirildiyi üçün həmin nömrə üzrə işin icraatına xitam verilsin. Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə inzibati xəta haqqında materiallar 3(060)-1186/2023 nömrə ilə məhkəmənin icraatına qəbul edilsin. İşin açıq məhkəmə baxışı «22» may 2023-cü il tarixə, saat 10:20-yə məhkəmə binasına təyin edilsin. Məhkəmə iclası Azərbaycan dilində aparılsın. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının işin baxılmasında iştirakı təmin edilsin. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar