Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1198/2023 18.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin inzibati xəta haqqında protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən tərtib edilmiş 02 may 2023-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokola əsasən Şəxs MMC-nin ünvanına 19B83910/19B84010 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2023-cü il tarixli **********6744 sorğu nömrəli Gömrük Bəyannaməsilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir Belə ki, BBGİ-nin “Xüsusi gömrük prosedurları” şöbəsindən daxil olmuş 34/012/011565 nömrəli xx.xx.2023-cü il tarixli raporta əsasən "ALLBUY” MMC-nin ünvanına 19B83910/19B84010 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yüklər üçün Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan “malın çatdırılması və boşaldılmasına dair çıxarışdan görünür ki, 19B83910/19B84010 nömrəli nəqliyyat vasitəsi ilə 7MLBUY” MMC-nın ünvänma göndərilən mallar xx.xx.2023-cü il tarixdə saat 16:20 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. İş üzrə Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, “ALLBUY" MMC-nin ünvanına 19B83910/19B84010 nömrəli nəqliyyat vasitəsi ilə “X6 Co7 şirkətindən göndərilmiş mallara dair qısa idxal bəyannaməsi mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qaydada gömrük orqanlarına təqdim edilməmiş, lakin xx.xx.2023-cü il tarixli **********6744 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair tərtib edilmiş **********8668 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə daxil olduqdan sonra xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində gömrük orqanına rəsmiləşdirmək üçün göndərilmişdir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 mav 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 bildirdi ki, həmin gün onların bir maşını gömrük sərhədindən keçmiş və onlar qısa idxal bəyannaməsini vermişlər. İzahatında qeyd etmişdir ki, 19B83910/19B84010 eyniləşdirmə nömrəli nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixdə Gömrük ərazisnə daxil olmuş, qısa idxal bəyənnaməsi 16:30 radələrində gömrük orqanına rəsmiləşdirmək üçün göndərilmişdir. Gömrük Bəyannaməsi xx.xx.2023-cü il tarixli **********6744 sorğu ilə Bakı Baş Gömrük İdarəsinə göndərilmişdir. Qısa idxal bəyannaməsinin verilməsi üçün gömrük yığımı 30 manat və 18% əlavə dəyər vergisi olan 5.40 manat xx.xx.2023-cü il tarixdə saat 15:03-da elektron qaydada ödənilmiş elektron kabinetdən də göründüyü kimi borc məbləği sıfır manat təşkil etmişdir. Bu faktı təsdiq edən şəxsi kabinmetdən elektron ödəniş qəbzi də mövcuddur. Sadəcə gömrük orqanı tərəfindən qısa idxal bəyannaməsi sistemdə gec göründüyü üçün protokol tərtib edilmişdir. Şəxs MMC sahibarklıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. Onların qısa idxal bəyannməsinin verilməməsi kimi niyyətləri olmamış, əksinə şirkət olaraq qısa idxal bəyənnaməsinin vaxtında və düzgün olaraq verilməsi onların maraqlarında olan məslə olmuşdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq mallar ölkə ərazisinə gətirilməzdən öncə qısa idxal bəyannaməsi ilə əlaqədar ödəniş etmişlər. Həmin gün Dövlət Gömrük komitəsinə müraciətdə yeni “Pilot qaydalar” tətbiq edildiyindən belə bir hal baş vermişdir. Qısa idxal bəyənnaməsinin bir saat öncə verilməməsi onlardan asılı olan halla bağlı olmamışdır bu səbəbdən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi təsdiq edilmədiyindən, başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan **********6744 sorğu nömrəli gömrük bəyənnaməsindən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şəxs MMC-nin ünvanına “yağlılığı 50.55 % olan, netto çəkisi 5 kq plastik qablaşmada “X5 40% adlı, qatılaşdırılmamış və şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilməmiş qaymaq ” yükü daxil olmuşdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim edilməsi qaydalarını həmin məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin maddənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli, 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın 2.2ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli, 263 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 13-cü hissəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Elektron formada təqdim olunan qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Elektron formada təqdim olunan qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi ilə əlaqədar gömrük orqanına təqdim edən şəxs tərəfindən bu məqsəd üçün gömrük orqanlarının müəyyən etdiyi rəsmi informasiya sistemləri vasitəsilə verilir. Məlumatların elektron emalı üsullarından istifadə edilməklə təqdim olunan qısa idxal bəyannaməsi mallar gömrük sərhədini keçənədək təqdim edilir. Həmin hissənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Qısa idxal bəyənnaməsinin “Gömrük ödənişlərinin hesablanması” barədə 47-ci xanasında Şəxs MMC-nin 30 manat və həmin məbləğin 18%-i olan əlavə dəyər vergisi yəni 5 manat 40 qəpik cəmi 35 manat 40 qəpik məbləğində gömrük yığımı ödəməli olduğu əks olunmuşdur. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığını əks etdirən çıxarışdan görünür ki, Şəxs MMC 19B83910/19B84010 eyniləşdirmə nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2023-cü il tarixli **********6744 sorğu nömrəli Gömrük Bəyannaməsilə Bakı Bas Gömrük İdarəsində bəyan edilən mallar üzrə qısa idxal bəyannaməsinin verilməsi üçün gömrük yığımı məbləği cəmi 35 manat 40 qəpik məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə, saat 15:03-də elektron qaydada gömrük orqanının hesabına ödənilmişdir. Həmin bəyannamə üzrə 19B83910/19B84010 nömrəli nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə, saat 16:20 dəqiqədə ölkə ərazisinə daxil olmuş, qısa idxal bəyənnaməsi 16:30 radələrində gömrük orqanına rəsmiləşdirmək üçün göndərilmişdir. “Gömrük Yığımlarının təsdiq edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il qərarının 1.1-ci bəndində - “Gömrük yığımlarının məbləğləri” Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 231.2-ci maddəsinə əsasən hazırlanmışdır və gömrük orqanları tərəfindən həyata keçirilən xidmətlərə və hüquqi hərəkətlərə görə alınan gömrük yığımlarını müəyyən edir. Həmin qərarın 1.2-ci bəndinə əsasən Gömrük yığımlarının tətbiqi daxili bazarın müdafiəsi və fiksal məqsədlər üçün nəzərdə tutulmur, onların məbləği gömrük orqanları tərəfindən göstərilən xidmətin təxmini dəyərini əks etdirir. Azərbaycan Respblikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcllənin 13-cü maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs öz əməlinin hüquqazid xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən tərədilmiş xəta hesab edilir. Məhkəmə hesab edir ki, "ALLBUY” MMC-nin həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün aşağıdaki hallar mövcud olmalı idi. 1. Şəxs MMC-nin öz hərəkətlərinin hüquqazidd xarakterini dərk etməsi, 2 bu hərəkətlərin zərəli nəticələrini qabaqcadan görməsi. 3 bu nəticələri arzu etməsi 4. Belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verməsi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün əsas ola bilərdi. Lakin məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlardan da məlum olur ki, Şəxs MMC-nin qanunvericiliyin müəyyən etdiyi tələblərdən yayınmaq, qanunla qorunan ictimai münasibətlərə qəsd etmək, hüquqazid hərəkət etmək niyəti olmamış, yaxud təqsirli sayılan hansısa hərəkətə yol verməmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin ölkə ərazisinə gətirilən mallar üzrə qısa idxal bəyannaməsini verməkdən yayınmaq niyəti olsa idi, mallar ölkə ərazisinə gətirilməzdən öncə həmin bəyannamə üzrə xx.xx.2023-cü il tarixli “Qısa idxal bəyənnaməsinin” 47-ci xanasında göstərilmiş şirkət tərəfindən ödənilməli olan 35 manat 40 qəpik məbləğində gömrük yığımını 1 saat 17 dəqiqə öncə ödəməzdi. Buradan müəyyən etmək olur ki, Şəxs MMC qısa idxal bəyənnmaəsinin vaxtında verilmədiyi halda hüquqi şəxsin qanunla müəyyən edilmiş məbləğdə cərimə olunma ehtimalı olduğunu nəzərə alaraq belə nəticələrin baş verməsini arzulamadığı üçün məhz gömrük yığımı məbləğini 1 saat 17 dəqiqə öncədən ödəmişdir. Hüquqi şəxslər tərəfindən bir çox hallarda ölkə ərazisinə gətirilən mallar üzrə qısa idxal bəyannaməsinin verilməməsinin səbəbi müəyyən yğımlardan azad olmaq məqsədi daşıyır. Lakin hazırki iş üzrə Şəxs MMC-nin belə bir niyyətinin olmadığı onun həmin vəsaiti öncədən ödədiyi, lakin qeyd edildiyi kimi Gömrük orqanına bəyanammələrlə bağlı müracitələrdə yeni “Pilot” qaydaların tətbiq edilməsi səbəbindən həmin tarixdə Qısa idxal bəyənnaməsini 1 saat öncədən deyil avtomobil Gömrük ərazisinə daxil olduqdan 10 dəqiqə sonra verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1198/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1198/2023
18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver