Məhkəmə qərarları › İş №3(060)-1199/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1199/2023

22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1199/2023 22.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 Rasim oğlunun, "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tərtib etdiyi "xxxx" MMC (VÖEN **********) barəsində xx.xx.2023-cü il tarixli, MN № ******* saylı protokol əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən "xxxx" MMC barəsində xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokoldan görünür ki, "xxxx" MMC tərəfindən Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən istehsalat müəssisəsində ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatı aparılmamışdır. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 göstərdi ki, protokolda göstərilənlər düzdür, amma bununla bağlı məsul şəxs müəssisənin direktorudur. Əgər cərimə olunacaqsa məsul şəxs kimi direktor cərimə olunmalıdır, MMCnin məsuliyyətə cəlb edilməsi düzgün deyildir. Buna görə də vəzifəli şəxs kimi direktorun cərimə olunmasını xahiş edir. Məhkəmə iclasında 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 Rasim oğlu göstərdi ki, bu barədə qərar qəbul etmək hüquqi şəxsin vəzifəsidir, hüquqi şəxsin məsuliyyəti birmənalıdır. Bu barədə hesabat il ərzində 1 dəfə verilməlidir. Qanunauyğun qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 79197 saylı aktdan görünür ki, idarənin 047 saylı, 20 aprel 2023-cü il tarixli sərəncamı əsasında “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun və bu sahədə mövcud olan digər normativ hüquqi aktlaın tələblərinə uyğun olaraq "xxxx" MMC tərəfindən Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən istehsalat müəssisəsində ətraf mühitin mmüəssisə monitorinqinin, ətraf mühitə atılan, axıdılan, yerıləşdirilən tullantıların uçot hesabatlarının aparılmaması, 2022-ci il üzrə 2TG statistik hesabatlarının 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə razılaşdırılmaması, Azərbaycan Respublikası NK-nin xx.xx.1992-ci il tarixli 122 saylı qərarı ilə təsdiq olunmuş “Ətraf mühitin çirklənməsinə görə ödənişlərin tətbiqi qaydalarına və həmin qərarda dəyişiklik edilməsi barədə NK-nin xx.xx.2022-ci il tarixli 308 saylı qərarına əsasən zərərli maddələrin ətraf mühitə atılmasına gör ödəniş haqlarının ətraf mühitin mühafizəsi üzrə Dövlət Fonduna ödənilməsinin təmin edilməməsi ilə əlaqədar "xxxx" MMC-nin səlahiyyəli nümayəndəsi Nümayəndə1 iştirakı ilə araşdırma aparılmışdır. Məlum olmuşdur ki, idarə tərəfindən yuxarıda qeyd olunanlarla bağlı aidiyyatı üzrə iş aparılması üçün "xxxx" MMC-nin rəhbərliyinə 3-14-43/2-105/2023 saylı, 02 mart 2023-cü il tarixli, 3- 14-43/2-247/2023 saylı, 16 mart 2023-cü il tarixli, 3-14-43/2-326/2023 saylı, 14 aprel 2023-cü il tarixli xəbərdarlıq məktubları göndərilmişdir. "xxxx" MMC tərəfindən ətraf mühitin müəssisə monitorinqinin və ya təsərrüfat fəaliyyətini ətraf mühitə təsirinin uçot və hesabatının aparılmamasına görə aparılan inzibati araşdırmada iştirak etmək üçün müəssisə rəhbərliyinə idarə tərəfindən 25 aprel 2023-cü il tarixli 3-14-43/2-352/2023 saylı araşdırmada "xxxx" MMC-nin 27 aprel 2023-cü il tarixli etibarnaməsi əsasında Nümayəndə1 iştirak etmişdir. Bununla da "xxxx" MMC tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 18,24-cü maddələrinin, Azərbaycan Respublikası NK-nin xx.xx.1992ci il tarixli 122 saylı qərarı ilə təsdiq olunmuş “Ətraf mühitin çirklənməsinə görə ödənişlərin tətbiqi” Qaydalarının, NK-nin 2002-ci il 15 aprel tarixli 63 saylı qərarı ilə təsdiq edilmiş “Atmosfer havasına zərərli kimyəvi, bioloji və fiziki təsir göstərən mənbələri olan hüquqi şəxslərin atmosfer havasının mühafizəsini hıyata keçirmə qaydasının tələbləri pozulmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsinə görə Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən həmin məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İşdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş "xxxx" MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 128- 130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Sumqayıt şəhəri, Bakı-Quba yolu, 46-cı kilometr ünvanında yerləşən hüquqi şəxs "xxxx" MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 8500 (səkkiz min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar