Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-12/2022 17.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X3 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 X8 və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X6 iştirakı ilə "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 X8 və Təbii Sərvətlər İdarəsi tərəfindən "xxxx" MMC barəsində tərtib olunmuş protokol baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 26 iyun 2021-ci il tarixdə məişət tullantılarının zərərsizləşdirilməsi poliqonu ərazisində tullantıların yanması faktı müəyyyən edilmişdir. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2417/2021 saylı, 27 avqust 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X8 və Təbii Sərvətlər İdarəsi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən icraata xitam verilməsi qərar alınmışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X8 və Təbii Sərvətlər İdarəsi Sumqayıt şəhər Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 3(060)-2417/2021 saylı qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-627/2021 nömrəli, 28.10.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X8 və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2417/2021 saylı, 27 avqust 2021-ci il tarixli qərarının ləğv edilməsi qərar alınmışdır. İnzibati material yenidən araşdırılıb baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə yeni məhkəmə baxışına qaytarılmışdır. Məhkəmə iclası zamanı qərar qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 X8 və Təbii Sərvətlər İdarəsinin eibarnamə üzrə nümayəndəsi Taleh Əzizov bildirmişdir ki, İdarənin 01 iyun 2021-ci il tarixli 40 saylı sərəncamına əsasən “Ətraf-mühitin mühafizəsi” haqqında, “İstehsalat və Məişət Tullantıları” haqqında və “Atmofser havasının mühafizəsi” haqqında Azərbaycan Respublikası Qanunlarının tələblərinə riayət olunması ilə bağlı 26 iyun 2021-ci il tarixdə xidməti ərazidə aparılan monitorinq zamanı Sumqayıt inzibati rayonu Bakı-Quba avtomobil yolunun 30-cu km-də yolun sol tərəfində sənaye zonasında yerləşən Sumqayıt şəhər İ.H.MKTTİB-nin "xxxx" MMC-yə məxsus miəşət tullantılarının zərərsizləşdirilməsi poliqonunda təxminın 16:00 radələrində tullantıların yanması faktı müşahidə edilmişdir. Monitorinq zamanı poliqon ərazisində ümumi ölçüsü 1,5 ha sahədə tullantıların yanması, tullantıların basdırılması zamanı texnoloji proseslərə düzgün riayət edilməməsi və əraziyə nazarət olunmaması səbəbindən baş vermişdir. "xxxx" MMC-nin məişət tullantılarını zərərsizləşdirilməsi poliqonunun sahə rəisi X1 cavab olaraq poliqon ərazisində tullantların hansı səbəbdən yanmasının ona məlum olmadığını, isti hava şəraiti yüksək olduğundan tullantıların alışıbyanma hadisəsinin baş verdiyini bildirmişdir. Bununla da "xxxx" MMC tərəfindən Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli 74 saylı Qərarının 7-ci maddəsinin, “İstehsalat və Məişət Tullantıları” haqqında qanunun 9,10 və 12.1-ci və “Ətraf-mühitin mühafizəsi” haqqında Qanunun 47-ci maddəsinin tələbləri pozulmuşdur. Bütün bunları nəzərə alaraq qanuna müvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş etdi . Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs – "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında təmsil edilmədiyindən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin müdafiəçisi və nümayəndəsi Vəkil bildirmişdir ki, Məişət Tullantılarının zərərsizləşdirilməsi poliqonunda yanğın hadisəsinin kimin tərəfindən törədilməsi, qəsdən və ya ehtiyatsızlıqdan, kimin günahı səbəbindən yandırılması araşdırılmayıb. Poliqon çox böyük ərazidir, həmin ərazidə mühafizə xidməti mövcuddur və daxil olan bütün avtomobillər yoxlanılır. Yanğın hadisəsini araşdırmaq üçün müvafiq orqanlar tərəfindən araşdırmalar aparılmalı idi. Heç bir əsas olmadan "xxxx" MMC barəsində 26.06.2021-ci il tarixli, MN ******* №-li protokol tərtib olunmuş, lakin yanğının "xxxx" MMC tərəfindən törədilməsi faktı təsdiq olunmamışdır . "xxxx" MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarında dindirilmiş şahidlər X7 və X4 izahatlarında "xxxx" MMC tərəfindən “Ətraf-mühitin mühafizəsi” haqqında, “İstehsalat və Məişət Tullantıları” haqqında və “Atmofser havasının mühafizəsi” haqqında Azərbaycan Respublikası Qanunlarının tələblərinə riayət olunmaması səbəbindən, yəni, tullantıların basdırılması zamanı texnoloji proseslərə düzgün riayət edilməməsi və əraziyə nazarət olunmaması səbəbindən yanğın baş verdiyini qeyd etmişlər. İnzibati materialdan görünür ki, Məişət tullantılarının zərərsizləşdirilməsi poliqonu ərazisində tullantıların yanması faktına görə "xxxx" MMC barəsində protokol tərtib edilmişdir. Protokolun tərtib edilməsinə əsas isə 26 iyun 2021-ci il tarixli akt və fotoşəkillər olmuşdur. 26 iyun 2021-ci il tarixli, 70450 saylı aktdan görünür ki, "xxxx" MMC-ə məxsus məişət tullantılarının zərərsizləşdirilməsi poliqonunda təzminən 16:00 radələrində tullantıların yanması faktı müşahidə faktı müşahidə edilmişdir. Monitorinq zamanı poliqon ərazisində ümumi ölçüsü 1,5 ha sahədə tullantıların yanması faktı müəyyən edildi. Araşdırma zamanı müəyyən oldu ki, qeyd olunan poliqon ərazisində tullantıların yanması tullantıların basdırılması zamanı texnoloji proseslərə düzgün riayət edilməməsi və əraziyə nəzarət olunmaması səbəbindən baş vermişdir. "xxxx" MMC-nin məişət tullantılarının zərərsizləşdirilməsi poliqonunun sahə rəisi X2 cavab olaraq poliqon ərazisində tullantıların hansı səbəbdən yanmasının ona məlum olmadığını, isti hava şəraiti yüksək olduğundan tullantılatıların alışıb-yanma hadisəsinin hadisəsinin baş verdiyini bildirmişdir. İş materiallarında olan 4321-052 saylı, 30.06.2021-ci il tarixli Azərbaycan respublikası Ekologiya və X5 4 X8 və Təbii Sərvətlər İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanan məcburi göstərişdə bildirilir ki, “Ətraf-mühitin mühafizəsi” haqqında Qanunun tələblərinin pozuntularının aradan qaldırılması üçün "xxxx" MMC-yə 1.Poliqon ərazisində tullantıların basdırılması zamanı texnoloji proseslərə düzgün riayət edilməsi – icra müddəti: mütəmadi; 2. Poliqon ərazisinə kənar şəxslərin daxil olmasının qarşısının alınması məqsədi ilə poliqonun ərazi perimetri boyu çəpərlənərək girişin qadağan olunması barədə xəbərdaredici lövhələrin qoyulmasının təmin edilməsi – icra müddəti: 20 gün; 3.Tullantıların emalı və basdırılması işləri zamanı öz-özünə alışıb yanması hallarının qarşısının alınması məqsədi ilə qabaqlayıcı tədbirlərin görülməsinin təmin edilməsi – müddəti: mütəmadi olaraq tapşırılmışdır. İş materillarına əlavə edilmiş Azərbaycan Respublikası FHN-nin DYNX-in Sumqayıt regional X10 idarəsinin 07 fevral 2022-ci il tarixli, 37/34-00116 nömrəli məktubundan görünür ki, 26.06.2021-ci il tarixdə Sumqayıt şəhəri Bakı-Quba avtomobil yolunun 30-cu km-də yerləşən Sumqayıt şəhər İ.H.MKTTİB-nin "xxxx" MMC-yə məxsus miəşət tullantıları poliqonunda miəşət tullantılarında yanğın baş vermişdir. Hadisə nəticəsində xəsarət alan olmayıb, müəssisəyə, dövlət əmlakına və vətəndaşlara heç bir maddi ziyan dəyməmişdir. Fövqəladə Hallar Nazirliyinin 02 noyabr 2007-ci il tarixli, 100 nömrəli əmrinin 2.2.5ci bəndinə əsasən (açıq sahədə (zibilxana, koteyner meydançaları, açıq həyətyanı sahələr, yol kənarı, boş sahələr və s.) tullantıların və zibillərin, elecə də quru ot, qamışın, kol-kosun, ayrıca dura ağac və dirəyin, qovaq ağacının tüklərinin, qazonarda torfu, biçin qalıqlarının, kövşənlərin, mazut gölməçələrinin yanması) əsasən baş yermiş hadisəsi yanğınların vahid statistik uçotuna daxil edilmir. Beləliklə də, aparılmış araşdırma zamanı "xxxx" MMC tərəfindən Məişət Tullantılarının zərəsizləşdirilməsi poliqonu ərazisində basdırılması zamanı texnoloji proseslərə düzgün riayət edilməməsi və əraziyə nəzarət olunmaması səbəbi ilə yanğının baş verməsi faktı izahatlar, həm inzibati işin digər materialları ilə öz təsdiqini tapdığından "xxxx" MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İnzibati xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1-ci maddəllərini rəhbər tutaraq, qərara aldı: "xxxx" MMC (VÖEN **********, ünvan 2 ünvanında qeydiyyatda olan) Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətdilməsində təqsirli bilinərək 6500 (altı min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın İcrası Sumqayıt şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-12/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-12/2022
17.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver