Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-120/2022 13.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinin sahə rəisi polis leytenantı X2, zərərçəkmiş şəxs Al Market MMC-nin etibarnamə üzrə nümayəndəsi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, 19.07.2002-ci ildə tarixdə doğulmuş, işləməyən, subay, natamam orta təhsilli, Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi, fərdi evdə yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində cinayət işinin başlanmasının rədd olunması barədə qərarlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə (bundan sonra mətndə İXM-nin) 12 yanvar 2022-ci il tarixli MN seriyalı ******* №li, 12 yanvar 2022ci il tarixli MN seriyalı ******* №li, 12 yanvar 2022-ci il tarixli MN seriyalı ******* №li, 12 yanvar 2022-ci il tarixli MN seriyalı ******* №li, 12 yanvar 2022-ci il tarixli MN seriyalı ******* №li, 12 yanvar 2022-ci il tarixli MN seriyalı ******* №li və 12 yanvar 2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, 19.12.2021-ci il tarixdə Şəxs H.Z.Tağıyev qəsəbəsində "xxxx" MMC-dən 47,00 manat dəyərində qida məhsulları oğurlamışdır. Bundan başqa 14.12.2021-ci il tarixdə Şəxs H.Z.Tağıyev qəsəbəsində "xxxx" MMC-dən 15,00 manat dəyərində qida məhsulları oğurlamışdır. Bundan başqa 13.12.2021-ci il tarixdə Şəxs H.Z.Tağıyev qəsəbəsində "xxxx" MMC-dən 22,00 manat dəyərində qida məhsulları oğurlamışdır. Bundan başqa 16.12.2021-ci il tarixdə Şəxs H.Z.Tağıyev qəsəbəsində "xxxx" MMC-dən 45,00 manat dəyərində qida məhsulları oğurlamışdır. Bundan başqa 17.12.2021-ci il tarixdə Şəxs H.Z.Tağıyev qəsəbəsində "xxxx" MMC-dən 21,00 manat dəyərində qida məhsulları oğurlamışdır. Bundan başqa 18.12.2021-ci il tarixdə Şəxs H.Z.Tağıyev qəsəbəsində "xxxx" MMC-dən 36,00 manat dəyərində qida məhsulları oğurlamışdır. Bundan başqa 20.12.2021-ci il tarixdə Şəxs H.Z.Tağıyev qəsəbəsində "xxxx" MMC-dən 53,00 manat dəyərində qida məhsulları oğurlamışdır. Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 13 yanvar 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 12 yanvar 2022-ci il tarixli MN seriyalı ******* №li, 12 yanvar 2022-ci il tarixli MN seriyalı ******* №li, 12 yanvar 2022-ci il tarixli MN seriyalı ******* №li, 12 yanvar 2022-ci il tarixli MN seriyalı ******* №li, 12 yanvar 2022-ci il tarixli MN seriyalı ******* №li, 12 yanvar 2022-ci il tarixli MN seriyalı ******* №li və 12 yanvar 2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)- 114/2022, 3(060)-115/2022, 3(060)-116/2022, 3(060)-117/2022, 3(060)-118/2022, 3(060)- 119/2022 və 3(060)-120/2022 №li işlər bir icraatda 3(060)-114/2022 nömrə ilə birləşdirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(060)-114/2022, 3(060)-115/2022, 3(060)-116/2022, 3(060)- 117/2022, 3(060)-118/2022, 3(060)-119/2022 və 3(060)-120/2022 №li işlər bir icraatda 3(060)-114/2022 nömrə ilə birləşdirilsin. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-120/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-120/2022
13.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver