Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1200/2020 22.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 332.4-cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin baxılmağa hazırlanması məsələsinə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair barəsində protokol tərtib edilmiş, baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 04 fevral 2020-ci il tarixli, 3(060)333/2020 saylı qərardadı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1, 327.6 və 332.4-cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati xətaya dair iş icraata götürülərək baxılmağa təyin edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 3(060)333/2020 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 332.4-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 3(060)333/2020 saylı qərarından narazı qalan barəsində inzibati qaydada iş üzrə icraat aparılan şəxs Şəxs apellyasiya şikayəti vermiş, Sumqayıt Şəhər Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 3(060)333/2020 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 3(105)-212/2020 saylı, 18 iyun 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1, 327.6 və 332.4-cü maddələri ilə təqsirli bilinməsinə dair material üzrə Sumqayıt Şəhər Məhkəməsinin 3(060)333/2020 saylı, 04 fevral 2020-ci il tarixli inzibati xəta haqqında işin baxılmağa hazırlanması haqqında qərardadı və 18 fevral 2020-ci il tarixli yekun məhkəmə qərarı ləğv edilmiş, işə başqa hakim tərəfindən, yenidən baxılması üçün material Sumqayıt şəhər Məhkəməsinə, yeni məhkəmə baxışına göndərilmişdir. İnzibati xətaya dair iş Sumqayıt şəhər Məhkəməsinə işin baxılmağa hazırlanması mərhələsinə qaytarılmış, icraata verilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının qərarında göstərilən halların araşdırılması, iş üzrə icraatı istisna edən halların olub-olmaması, materiala bütövlükdə Sumqayıt şəhər Məhkəməsində baxılmasının mümkün olub-olmaması məsələlərinə aydınlıq gətirilməsi üçün Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin Vİ hissəsinə və Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə əsasən qanunun şərhi ilə bağlı müraciət olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 17 iyul 2020-ci il tarixli, 3(060)-1200/2020 saylı qərardadı ilə icraat dayandırılmışdır. Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumu 02 sentyabr 2020-ci il tarixdə “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” qərar qəbul etmişdir. Həmin Qərarda bu iş üzrə Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsinəmüraciət edilməsinə səbəb olan hallara hüquqi qiymət verildiyindən müraciət Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 3(060)-1200/2020 saylı qərardadı ilə icraat təzələnmiş, işin baxılmağa hazırlanması məsələsinə baxılmaq üçün təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi, işin icraatını rədd edən hallar mövcuddurmu, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı, işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı, iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Həmin Məcəllənin 109.1.6-cı mddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Həmin Məcəllənin 40-cı maddəsinə əsasən inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan), müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar. Həmin Məcəllənin 43.1-ci maddəsinin tələbinə əsasən İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxılması məhkəmələrin səlahiyətinə aid edilmişdir. Ancaq həmin madədə İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxılması məhkəmələrin səlahiyətinə aid edilməmişdir. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il, 795 nömrəli Fərmanının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 327.1-327-7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Məhkəməyə daxil olmuş materialda Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətalarla bağlı bir protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 327.1, 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən baxılmalı olduğundan materialların həmin madələrə aid hissəsi səlahiyyətli orqana geri qaytarılmalıdır. Eyni zamanda, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiallar da natamamdır, işə baxılarkən tamamlamaq mümkün deyildir. Bu səbəbdən, materiallar tam şəkildə səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, Şəxs inzibati xətanı hansı qaydada törətməsi, xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilib-yetirilməməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması ilə bağlı araşdırma aparılmamış, sübutlar toplanmamışdır. Məhkəmə baxışında bunların tam aradan qaldırılması mümkün deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən, . nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü mddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, daxil olmuş materiallar natamamdır, işə baxılarkən tamamlamaq mümkün deyildir. Şəxs törətdiyi inzibati xətalar ilə bağlı protokol tərtib edilərkən və araşdırma aparılarkən Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməmişdir. Səlahiyyətli orqan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininvə Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” qərarının tələblıərinə əməl edərək Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair materila baxaraq müvafiq qərar qəbul etməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə bağlı tam, obyektiv və hərtərəfli araşdırma aparılmasını təmin etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair tərtib olunmuş 08.09.2019-cu il tarixli, İXP ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Polis İdarəsinin geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-1200/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1200/2020
22.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver