Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1201/2024 10.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Sumqayıt Şəhər Statistika İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Sumqayıt Şəhər Statistika İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 29 may 2024-cü il tarixdə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Dövlət qeydiyyatına xx.xx.2003-cü ildə alınsa da, xx.xx.2024-cü il tarixinə qədər heç bir rəsmi statistika hesabatlarını elektron və ya kağız daşıyıcılarında təqdim etməmişdir. Protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq protokol tərtib edən “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Sumqayıt Şəhər Statistika İdarəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarından olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Sumqayıt Şəhər Statistika İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan müəyyən olunur ki, "xxxx" MMC (VÖEN **********) Dövlət qeydiyyatına əsasən xx.xx.2003-cü il tarixdə hüquqi şəxs kimi qeydiyyata alınmışdır. Sumqayıt şəhər statistika idarəsi 2023-cü il üzrə statistik vahidlərin dövlət reyestrinin aktuallaşması zamanı müəssisənizin fəaliyyəti olduğu müəyyən olunmuşdur. Lakin bu vaxta qədər statistika idarəsində qeydiyyatdan keçməyib və statistik hesabatlar təqdim etməmisiniz. Xahiş olunur qeyd olunanları nəzərə alaraq, müvafiq rəsmi statistik hesabatlarını elektron qaydada www.stat.qov.az internet səhifəsində real-vaxt rejimində və ya kağız formatda 29 may 2024-cü il tarixinədək şəhər statistika idarəsinə təqdim edəsiniz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə əsasən Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC Dövlət qeydiyyatına xx.xx.2003-cü ildə alınsa da, xx.xx.2024-cü il tarixinə qədər heç bir rəsmi statistika hesabatlarını elektron və ya kağız daşıyıcılarında təqdim etməmişdir. Onun təqsiri işdə olan sübutlarla təsdiq edilir, əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə tövsif edilmişdir və "xxxx" MMC həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-1201/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1201/2024
10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver