Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1203/2025 20.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı Şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala işin baxılmağa hazırlanması mərhələsində baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 529.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialın Azərbaycan Respublikası İXM-in 106-cı maddəsinə müvafiq olaraq işin baxılmağa hazırlanması zamanı müəyyən etmişdir ki, inzibati xəta haqqında iş üzrə materiallar natamamdır və işə baxılarkən onu tamamlamaq mümkün deyil. Belə ki, iş materiallarında görünür ki, inzibati xəta haqqında protokol Şəxs barəsində "xxxx" MMC-nin direktoru kimi, yəni vəzifəli şəxs kimi tərtib edilmiş və inizbati xəta haqqına protokol ərazi aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə ona görə göndərilmişdir ki, Şəxs qeydiyyat yeri Sumqayıt şəhəri ərazisindədir. Bununla bağlı məhkəmə qeyd edir ki, İXM-nin 529.1-1-ci maddəsi ilə olan inzibati xəta hərəkətsizliklə törədilən inzibati xətadır və onun törədilmə yeri müvafiq hərəkətin edilməli, yerinə yerinə yetirilməli yer hesab edilir. İndiki halda Şəxs barəsində inzibati xəta haqqında protokol fiziki şəxs kimi deyil, "xxxx" MMC-nin direktoru kimi, yəni vəzifəli şəxs kimi tərtib edilmişdir. Göründüyü kimi Şəxs barəsində protokol "xxxx" MMC-nin direktoru kimi fəaliyyəti ilə bağlı tərtib edilmişdir. Belə olan halda hazırki iş üzrə hərkətsizliklə törədilməsi iddia edilən inzibati xətanın törədilmə yeri, Şəxs fiziki şəxs kimi yaşayış yeri deyil, "xxxx" MMC-nin hüquqi ünvanı hesab edilməldir. Lakin, indiki halda protokol tərtib etmiş orqan tərəfindən "xxxx" MMC-nin hüquqi ünvanı müəyyən edilmədən və işə baxmalı olan məhkəmə dəqiq müəyyən edilmədən inzibati xəta haqqında materiallar baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Elekton məhkəmə sistemi və Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində "xxxx" MMC ilə bağlı müvafiq axtarış panelindən istifadə edilsə də, qeyd edilən MMC ilə bağlı hər hansı məlumat əldə etmək mümkün olmamışdır. Göründüyü kimi inzibati xəta haqqında protokol tərtib etmiş orqan tərəfindən iş üzrə bütün zəruri hallar araşdırılmadan ("xxxx" MMC-nin reyestr məlumatları) və müvafiq sənədlər materiallara əlavə edilməməklə iş məhkəməyə göndərildiyi üçün işin məhkəmə aidiyyətini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə inzibati xəta haqqında protokol X1 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli 3-17-5/2-92588/2024 saylı məktubunun icrasının təmin edilməməsi əsası ilə tərtib edilsə də, həmin məktub və məktubun "xxxx" MMC-yə çatdırılması ilə bağlı sənədlər materiallara əlavə edilməmişdir. İş materiallarına portaldan çıxarış əlavə edilsə də, həmin çıxarışın nədən ibarət olması və orada hansı məlumatların olmasının oxunması mümkün olmamışdır (çıxarışın solğun olması və oxunması qeyri-mümkün olması səbəbindən). Digər tərəfdən müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol tərtib edilən zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs dəvət edilməmiş, protokolla tanış edilməmiş, protokolu imzalamasına və ona dair mülahizələrini təqdim etməsinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası İXM-in 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxılmağa hazırlanması zamanı işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı Şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı Şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1203/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1203/2025
20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver