Məhkəmə qərarları › İş №3(060)-1205/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1205/2023

08.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1205/2023 08.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X2 katibliyilə, protokol tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin yol nəqliyyat hadisəzi üzrə baş inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 333.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 327.2 və 333.3-cü maddələri ilə İXP ******* saylı, 05 may 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunub Sumqayıt Şəhər Məhkəməsinə göndərlmişdir. İnzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 08 may 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin yol nəqliyyat hadisəzi üzrə baş inspektoru, polis kapitanı X3 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 01:20 radələrində Sumqayıt şəhəri, S.Bədərbəyli küçəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Ford Fusion minik” markalı, **- VS-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən sürücü Şəxs idarə etməni itirərək yolun solunda 3 ədəd səki daşına dəyərək 14 saylı MKS-ya, cəmi 96,00 manat maddi zərər vurmuşdur. Maddi zərərlə bağlı 14 saylı MKS-dan “Zərər aktı” alınmış, lakin qeyd olunan səkilər kimin balansında olması və 14 saylı MKS iş üzrə zərərçəkmiş şəxs kimi tanınması barədə qərar qəbul edilməmişdir. İXM-nin 106.0.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialların bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib edilməməsini yoxlayır. Məhkəmə iclasında protokolu tərtib etmiş X3 izahatında hadisə barədə məlumat versə də, o Şəxs barəsində tərtib etdiyi inzibati xəta haqqında protokolda törədilən inzibati xətanın mahiyyətini, xətanın nədən ibarət olmasını, harada və nə vaxt törədilməsini, inzibati xəta nəticəsində kimə və nə qədər ziyan dəyməsini protokolda qeyd etməmiş, həmçinin zədələnən əmlakın kimin balansında olması ilə bağlı rəsmi sənəd əldə edib materiala əlavə etməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərdən başqa Şəxs tərəfindən törədilən yol nəqliyyat hadisəsi zamanı avtomobilin 3 ədəd səki daşına dəyərək 14 saylı MKS-ya cəmi 96,00 manat maddi zərər vurması izahatda qeyd olunsa da, lakin 3 ədəd səki daşının kimin balansında olması və 14 saylı MKS iş üzrə zərərçəkmiş şəxs kimi tanınması barədə qərar qəbul edilməmişdir. Qeyd edilən hallar Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun baxılmasını mümkünsüz etdiyindən, hazırkı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmadan onu tərtib edən orqana geri qaytarılmalıdır. İXM-nin 62.1-ci maddəsinə əsasən inzibati xəta nəticəsində mənəvi, fiziki və ya maddi zərər dəymiş şəxs zərər çəkmiş şəxs sayılır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Sumqayıt şəhər Polis idarəsi Dövlət yol polis şöbəsinin yol nəqliyyat hadisəzi üzrə baş inspektoru, polis kapitanı X3 tərəfindən Şəxs barəsində tərtib olunmuş 05 may 2023cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib edən oraqna, yəni Sumqayıt şəhər Polis idarəsi Dövlət yol polis şöbəsinə geri qaytarılsın. Bu qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar