Məhkəmə qərarları › İş №3(060)-1205/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1205/2025

11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1205/2025 11.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun, Əkbərli Nicat Mais oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X7, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının ƏƏSM Nazirliyi yanında X11 Xidməti X3 nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikasının ƏƏSM Nazirliyi yanında X11 Xidməti X3 xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarından X12 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının ƏƏSM Nazirliyi yanında X11 Xidməti X3 xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı ilə X12 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan X12 şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs X12 izahatında bildirmişdir ki, sözügedən mağazanı yeni açmış, həm mağazaya sahiblik etmiş, həm də satışı özü həyata keçirmişdir. O, mal almağa gətdiyi və ya uşağına görə getməli olduğu vaxtlarda tanışının övladı olan Şəbnəmi müvəqqəti olaraq mağazanın bağlı qalmaması üçün orada saxlamışdır. O, mağazada olmadığı zaman 2 xanım gələrək alış-veriş etmiş və ödənişi ABŞ dolları ilə etmişdir. Bu məsələ ilə bağlı o və Şəbnəm polis bölməsinə çağırılmış, izahatları alınmış, lakin həmin izahatları oxumadan imza etmişlər. O, ilk dəfədir ki, belə məsələ ilə qarşılaşdığını həyəcanlanaraq tez bir zamanda sənədləri imza ataraq oradan uzaqlaşmağa çalışmışlar. Şahid onun mağazasında işləməmişdir. Düşünmüşdür ki, mağaza yeni fəaliyyətə başladığından 1-2 ay işlədikdən sonra vergi məsələsini həll edə bilər. Həmin dövrdə VÖEN-i olmuş, lakin fəaliyyətini dayandırmışdır. Mağaza yeni açıldığından hələ normal satışı olmamışdır. Eyni zamanda onun barəsində inzibati xəta törətməsi ilə bağlı protokol tərtib olunmasından və cərimə edilməsindən xəbəri olmamışdır. O özünü təqsirli bilməmiş və məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X11 Xidməti X3 nümayəndəsi Nümayəndə ifadəsində bildirmişdir ki, X12 tərəfindən valyuta tənzimləmələri qaydalarını pozması ilə bağlı polis bölməsinə daxil olmuş ərizə əsasında araşdırma aparılmış, araşdırma zamanı sonuncunun VÖEN-nin mövcud olduğu lakin, işçi ilə əmək müqaviləsinin bağlanmadığı müəyyən edilmişdir. Sözügedən hissədə araşdırılmanın aparılması üçün materiallar müfəttişliyə göndərilmiş və tərəflərindən aparılan araşdırma zamanı X7 İXM-nin 192.1-ci maddəsinin tələblərini pozması faktı aşkar edilmişdir. Bununla bağlı müvafiq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bundan başqa orqanın nümayəndəsi bildirmişdir ki, X1 fəaliyyəti göstərdiyi təqdirdə “fəaliyyətinin dayandırılması haqqında” müvəqqəti arayışı vergi orqanına təqdim etməli idi, əgər etməyibsə, bu onu vəzifələrindən azad etmir. Eyni zamanda Vergi Məcəlləsinin 16.5-ci maddəsinə görə əgər şəxs fəaliyyətin dayandırılmasıyla bağlı müraciət edibsə və həmin dövr üçün Vergi orqanına bildiriş göndərmədən faktiki fəaliyyətə başlayıbsa, həmin arayış öz hüquqi qüvvəsini itirir. İşin hallarından da məlum olduğu kimi vəzifəli şəxs X2 Şəbnəm Vüqar qızını əmək müqaviləsi olmadan işə cəlb edib. Ellada Ağayevanın ona Vergi orqanına müraciət etməsi üçün vaxt verilməli olduğunu deməsinə münasibətdə nümayəndə bildirmişdir ki, X17 orqanına müraciət edərkən hələ aylıq gəlirinin olmadığını qeyd etməli idi. Göründüyü kimi tərəflərindən şahidlər dindirilmiş, sənədlər toplanmış və 2 inzibati xətanın törədilməsiylə bağlı müvafiq qərar verilmişdir. Qərarları tam qanuni və əsaslıdır. Bu səbəbdən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X11 Xidməti nümayəndəsi X13 ifadəsində X11 Xidməti X3 nümayəndəsi Nümayəndə ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərmişdir ki, mağazada olduğu zaman 2 xanım ora yaxınlaşaraq alış-veriş etmiş, ödənişi dollarla həyata keçirmişdir. Məsələ ilə bağlı Ellada Ağayeva ilə birlikdə polis bölməsinə dəvət edilərək izahatı alınmışdır. Polis bölməsində izahatını oxumadan imzalamışdır. O, ümumiyyətlə heç bir yerdə işləməmişdir. Anasının tanışı olan Ellada Ağayevanı 6 aydır tanıdığını, həmin dükana isə təxminən 2-3 aydır gedib-gəldiyini bildirmişdir. Lakin qeyd edir ki, daimi mağazada olmamış, ay ərzində təxminən 3-4 dəfə olmaqla 2-3 saatlıq mağazada olmuşdur. Orada olmasının səbəbi isə Ellada olmadığı halda mağazanın boş qalmaması əlaqədar olmuşdur. Dükanın təxminən 8-9 aydır fəaliyyət göstərdiyini, özünün isə yalnız son 2-3 aydır orada olduğunu, orada olduğu müddətdə Ellada tərəfindən ona günlük olaraq 10 manat ödəniş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının ƏƏSM Nazirliyi yanında X11 Xidməti X3 xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarından görünür ki, X12 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 manat məbləğində cərimə edilmişdir İş materiallarında olan uçota dair arayışdan görünür ki, X9 məxsus VÖEN-i bağlı sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırıldığı qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 3-PB-nin təhqiqatçısı Emin Alışov tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, təhqiqatçı tərəfində aparılmış yoxlamanın nəticələri cinayət işinin başlanması rədd edilmişdir. Qərarın surəti həmin fakt üzrə İXM-nin 430-cu maddənin tərkibi olduğundan, inzibati xəta törətmiş Şahid barəsində inzibati tənbeh tətbiq edilməsindən ötrü Sumqayıt Şəhər Prokuroru Mürvət Həsənov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, vəzifəli şəxs X5 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İş materiallarında olan Şahid Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsində vermiş olduğu izahatından görünür ki, təxminən 2 ay yarım olar ki, Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “Ella” iç geyimləri dükanında satıcı kimi fəaliyyət göstərir. Satıcı kimi fəaliyyət göstərdiyi 2 ay yarım ərzində onun dükanda işləməyi ilə bağlı heç bir müqavilə bağlanılmamışdır. Qeyd etdiyi dükanda aylıq 300 manat müqabilində işləmişdir. xx.xx.2025-ci il tarixdə saat 18 radələrində işdə olan zaman iki nəfər qadın müştəri dükana daxil oldu. Müştərilər ilə alacaqları geyimləri seçdikdən sonra 53 manat 60 qəpik ödəməli olduqlarını bildirmişdir. Bundan sonra onlardan biri ödəniş edəcəyini deyərək 50 dollar pul vermiş, o isə dollar ilə ödənişi özbaşına qəbul edə bilməyəcəyini, müdiri X6 icazə almalı olduğunu demişdir. Bundan sonra E.Ağayevaya zəng edib vəziyyəti izah etmiş və bundan sonra müştərinin tələsdiyini dediyi üçün o, E Ağayevaya ismarıc yazaraq məlumat vermişdir. Ellada da götürə biləcəyini demişdir. O, 50 dolları götürüb 53 manat 60 qəpik ödənişi çıxıb 31 manat 40 qəpik qalıq qaytarmışdır. İş materiallarında olan X7 Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsində vermiş olduğu izahatından görünür ki, təxminən 3 ay olar ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Ella” iç geyimləri dükanını icarə əsasında işlədir. Obyekti icarəyə götürən zaman icarədar ilə aralarında heç bir müqavilə olmamışdır. Təxminən 2 ay yarım olar ki, Şahid həmin obyektdə satıcı kimi fəaliyyət göstərir. Şahidm işə götürən zaman onunla heç bir müqavilə bağlamamışdır. Həmçinin Şahid aylıq 300 manat maaş verir. xx.xx.2025-cı il tarixdə saat 18 radələrində satıcı kimi fəaliyyət göstərən Şahid ona zəng edərək dükana gələn müştərinin ödəniş kimi 50 dollar pul vermək istədiyini dollar ilə ödənişi qəbul edibetməməli olduğunu soruşmuşdur. O da bu barədə məlumatının olmadığını deyərək ondan soruşmuş, bu zaman ödəniş edən xanımın başqa dükanlarda da dollar ilə ödəniş etdiyini dediyini eşitmişdir. Bundan sonra Ş. Əhmədovaya dollar ilə ödənişi qəbul edə biləcəyini demişdir. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Həmin Qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, X12 barəsində Azərbaycan Respublikasının ƏƏSM Nazirliyi yanında X11 Xidməti X3 xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün qanunverici iki əlamətin mövcudluğunu tələb etmişdir. 1) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minməməli; 2) işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Məhkəmə hesab edir ki, X4 Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şahid işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyyətə cəlb olunması və tənbeh edilməsi əsası kimi çıxış edir. Məhkəməyədək araşdırma müddətində alınmış izahatlarda, həmçinin məhkəmə iclasında Şahid ifadəsi Ellada Ağayeva barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini təsdiq edir. Ay ərzində müəyyən günlərdə işçinin əmək fəaliyyətinə cəlb edilməsi əmək müqaviləsinin bağlanmaması üçün əsas deyil. Bundan başqa məhkəmə əlavə olaraq qeyd edir ki, Ellada Ağayevanın VÖEN-in aktiv olmaması, həmin iaşə obyektinin vergi orqanında qeydiyyatda olmaması, sonuncunu vəzifəli şəxs statusundan azad etmir. Məhkəmə iclası zamanı da müəyyən edilmişdir ki, mağaza faktiki olaraq fəaliyyət göstərmiş, E.Ağayevanın müvafiq öhdəlikləri yaranmışdır. Bununla da, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16-cı maddəsinə əsasən E.Ağayevanın dayandırılmış VÖEN-i öz hüquqi qüvvəsini itirmişdir. Qeyd olunanlar Ellada Ağayevanın vəzifəli şəxs olaraq inzibati məsuliyyətə cəlb olunmasının düzgünlüyünü təsdiq edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məzmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.2-ci maddəsinə əsasən vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilir. Həmin məcəllənin 16.3-cü maddəsinə əsasən vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Həmin məcəllənin 16.5-ci maddəsinə əsasən bu Məcəllənin 16.2-ci və 16.3-cü maddələrində nəzərdə tutulan arayışlar vergi hesabatlarının verilməsi üzrə öhdəlik yarandığı gündən qüvvəsini itirir. Yuxarıda qeyd edilən bütün hallar və normaların tələbləri baxımından çıxış edərək məhkəmə hesab edir ki, X12 barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati işin icraata xitam verilməsi üçün İXM-nin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. X12 barəsində Azərbaycan Respublikasının ƏƏSM Nazirliyi yanında X11 Xidməti X3 xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.1 maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X8 şikayəti təmin edilməsin. X7 İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə olunmasına dair ƏƏSM Nazirliyi yanında X11 Xidməti Abşeron X14 xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar