Məhkəmə qərarları › İş №3(060)-1207/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1207/2022

06.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1207/2022 06.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs-X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və 40 manat məbləğində cərimə olunması barədə Sumqayıt Şəhər Polis İdarəsi DYPŞ-nin TP ******* saylı, 05 may 2022-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs X2 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru polis kiçik serjantı X4 inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2021-ci il tarixli qərar ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. Həmin qərardan narazı qalan X3 şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində Sumqayıt şəhər Dövlət Yol Polis Şöbəsinin əməkdaşı tərəfindən 05 may 2022-ci il tarixli, İXP ******* saylı qərar tərtib olunmuşdur. Həmin qərara əsasən əsasszı olaraq o 40 manat cərimə olunmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdə ailəsi ilə birlikdə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisindən keçərkən Sumqayıt DYP əməkdaşı ona saxla əmrini verərək sənədlərinə baxış keçirtmiş və əsassız olaraq əvvəlcə piyadaya yol vermədiyini bildirmiş, uzun mübahisədən sonra cərimə olmayacağını bildirmiş və qeyd olunmuşdur ki, manevr qaydalarını pozduğu üçün cərimə olunur. Hesab edir ki, həmin qərar həm əsassız, həm də qanunsuzdur. Buna görə də sms ona gələn kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 və 902 qaynar xəttinə zəng edib şikayətini bildirmişdir. Şikayəti ilə əlaqədar araşdırma aparılacağını bildirmişlər. xx.xx.2022-ci il tarixdə Sumqayıt DYP şöbəsində 4-cü otaqda olmuşdur. Orada da bildirilmişdir ki, o heç bir manevr qaydasını pozmamışdır. Polis əməkdaşının ona bildirdiyi birinci iradı sübut edə bilmədiyi üçün (guya piyadaya yol verməmişdir) o gedəndən sonra hr hansısa bir cəriməni yazması ədalət baxımından yolverilməzdir. Həm də o polis şöbəsində olarkən ona yazılmış cərimənin əsası olaraq görüntünü tələb etmişdir. Lakin ona heç bir görüntü təqdim edə bilməmişlər. xx.xx.2022-ci il tarixdə ona zəng olunaraq həmin qərardan məhkəməyə şikayət etməsini tövsiyə etmişlər. Əgər belə bir hal olsa idi, həmin halı sübut edən foto şəkillər və video görüntü olmalı idi. SMS radar proqraminda heç br sübut əlavə olunmamışdır. Buradan belə nəticəyə gəlmək olur ki, mübahisələndirdiyi qərarda polis əməkdaşı vəzifəsindən sui-istifadə etmişdir. Yəni nə olur olsun, təki onun dediyi kimi olsun. Bu isə hüququn qanunçuluq prinsipinə ziddir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs X3 şikayətdə göstərilənləri təsdiq edərək bildirdi ki, 13-cü mikrorayonda məscidə gedən zaman onu saxlamışlar. Məscid tərəfə gəlmiş, üzü Şərq bazarına tərəf dönərkən polis əməkdaşı onu saxlamış, piyadaya yol vermədiyini demişdir. O da sol tərəfdən hərəkət etdiyi üçün belə şey olmadığını demişdir. Aralarında mübahisə yaranmış, polis əməkdaşı kömək çağıracağını bildirmişdir. Sonda onlar ona heç bir cərimə olunmayacağını deyərək sənədlərini qaytarmışlar. Lakin o evinə çatanda 40 manat cərimə olunması barədə ona sms gəlmişdir. Ona görə də, şikayətin təmin edilməsini, qərarın ləğv edilməsini və icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib, hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Sumqayıt Şəhər Polis İdarəsi DYPŞ-nin TP ******* saylı, 05 may 2022-ci il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün Sumqayıt Şəhər Polis İdarəsi DYPŞ-nə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən X2 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İXM-nin tələbləri pozulmuş, onun razılığı olmadan heç bir sübut gətirilmədən X1-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və cərimə olunmuşdur. Onun hansı qaydanı pozması, hansı şəraitdə inzibati xətanı törətməsini təsdiq edən heç bir sübut yoxdur. Hal-hazırda həmin halların, həmçinin barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs tərəfindən qeyd edilən digər məsələlərin məhkəmə tərəfindən araşdırılması və aradan qaldırılması, iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Yuxarıda qeyd edilən bütün hallar və Azərbaycan Respublikası İXM-nin tələbləri baxımından çıxış edərək məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Polis İdarəsi DYPŞ-nin TP ******* saylı, 05 may 2022-ci il tarixli qərarı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına görə ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs X2 iştirakı ilə yenidən baxılması üçün Sumqayıt Şəhər Polis İdarəsi DYPŞnə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Sumqayıt Şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru polis kiçik serjantı X4 inzibati xəta haqqında TP ******* saylı, 05 may 2022-ci il tarixli qərarı ləğv edilərək Sumqayıt Şəhər Polis İdarəsi DYPŞ-nə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134.1.4, 124.2, 124.3 və 135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 manat məbləğində cərimə olunması barədə Sumqayıt Şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru polis kiçik serjantı X4 TP ******* saylı, 05 may 2022-ci il tarixli qərarı ləğv edilsin və qərar inzibati xəta haqqında işə yenidən, barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə baxılması üçün Sumqayıt Şəhər Polis İdarəsi DYPŞ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar