Məhkəmə qərarları › İş №3(060)-1210/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1210/2025

19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1210/2025 19.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Rüfət Məmmədovun Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Tovuz rayonu, Böyük Qışlaq kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, fərdi evdə yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Rüfət Məmmədov tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Şəxs Tovuz Rayon Məhkəməsinin 2(062)-2147 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Rüfət Məmmədov bildirmişdir ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-2147 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə xx.xx.2010-cu ildə doğulmuş X3, xx.xx.2013-cü ildə doğulmuş X6 və xx.xx.2012-ci ildə doğulmuş X4 adlı uşaqları yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2023- cü il tarixindən başlayaraq hər ay hər uşağa 100 manat olmaqla, cəmi 300 ( üç yüz) manat məbləğində aliment Şəxs tutularaq Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Qeyd edilən icra sənədi aidiyyatı üzrə 2024-cü ilin yanvar ayında Sumqayıt şəhəri İcra İdarəsinə göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərar və bildiriş təqdim edilmişdir. Şəxs 2025-ci ilin aprel ayında 300 manat ödəniş etmiş, lakin yanvar, fevral, mart aylarında ödəniş etməmiş, 2024-cü ilin iyul, avqust, sentyabr, oktyabr, noyabr aylarında hər birində 300 manat olmaqla, dekabr ayında isə 150 manat ödəniş etmiş, buna baxmayaraq hazırda 2600 manat ödənişi mövcuddur. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, səhhəti ilə əlaqədar ödənişləri həyata keçirə bilməmiş və borcu yaranmış, hazırda ikinci ailəsindən övladı dünyaya gəlmişdir. Təqsirini etiraf edir, hazırda ödəniş etməyə imkanın olmadığını bildirmişdir. Göstərilənlərin nəzərə alınması xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Tovuz Rayon Məhkəməsinin 2(062)-2147 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə xx.xx.2010-cu ildə doğulmuş X3, xx.xx.2013-cü ildə doğulmuş X6 və xx.xx.2012-ci ildə doğulmuş X4 adlı uşaqları yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2023- cü il tarixindən başlayaraq hər ay hər uşağa 100 manat olmaqla, cəmi 300 ( üç yüz) manat məbləğində aliment Şəxs tutularaq Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlama haqqında qərardan görünür ki, Tpvuz Rayon Məhkəməsinin 2(062)-2147/2024 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə bildirişlə tanış olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, Şəxs iş yerinin olmadığı və səhhəti ilə əlaqədar aliment borcunu ödəmədiyini bildirmişdir. İş materiallarında olan olan elektron informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs hər hansı gəlir mənbəyi və ya adına daşınar, daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan izahatdan görünür ki, Şəxs icra sənədini iş yerinin olmaması və səhhətində olan problemlərlə bağlı icra edə bilmədiyini qeyd etmişdir. Elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs himayəsində xx.xx.2025-ci il təvəllüdlü X1 adlı övladı var. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-2147 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə xx.xx.2010-cu ildə doğulmuş X3, xx.xx.2013-cü ildə doğulmuş X6 və xx.xx.2012-ci ildə doğulmuş X4 adlı uşaqları yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2023- cü il tarixindən başlayaraq hər ay hər uşağa 100 manat olmaqla, cəmi 300 ( üç yüz) manat məbləğində aliment Şəxs tutularaq Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. İş üzrə icraata başlama barədə qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş rəsmi qaydada borcluya təqdim edilmişdir. Lakin, borclu icra sənədi üzrə tələbi tam yerinə yetirməmiş və onun 2600 manat borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, icra sənədini tam icra etməməsi, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan səbəblərdən Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Şəxs oğlunun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. X2 əməlindən peşman olması, himayəsində 3-ü yetkinlik yaşına çatmayan olmaqla 4 övladının olmasını onun məsuliyyətini yüngülləşdirən haldır. X2 əməlinin ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İş materiallarından görünür ki, Şəxs himayəsində 14 yaşına çatmamış 01 övladı var. Qeyd olunanlara əsasən onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs himayəsində azyaşlı övladının olması məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddələrinə əsasən Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar