Məhkəmə qərarları › İş №3(060)-1211/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1211/2021

06.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1211/2021 06.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «Şəxs” MMC-nin nümayəndəsi X1 iştirakı ilə «Şəxs” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən «Şəxs” MMC barəsində inzibati xəta haqqında 31 mart 2021-ci il tarixli, MN № ******* saylı protokol tərtib edilmişdir ona görə ki, «Şəxs” MMC 182000.00 ABŞ dolları məbləğində olan vəsaiti ödəniş tapşırığına əsasən bank hesabından 13.03.2019-cu il tarixdə ölkədən kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı tarixdən 2 (iki) il artıq müddət keçməsinə baxmayaraq, 182000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş və qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Buna görə də, «Şəxs” MMC barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «Şəxs” MMC-nin nümayəndəsi X2 bildirdi ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən «Şəxs” MMC barəsində inzibati xəta haqqında 31 mart 2021-ci il tarixli, MN № ******* saylı protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokol əsassızdır. Belə ki, eyni mahiyyət üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı 2020-ci ildə «Şəxs” MMC barəsində inzibati xəta haqqında protokolla Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, “CRYSTAL BUİLDİNG” MMC ilə «Şəxs” MMC arasında 06 fevral 2019-cu ildə bağlanmış 104/19 saylı müqavilənin təmin edilməsi məqsədi ilə “xxxx” ASC vasitəsi ilə satıcının hesabına müqavilə şərtlərinə uyğun olaraq 182.000.00 ABŞ dolları ödəniş edilmiş, lakin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində həmin məbləğ dəyərində olan mallar Azərbaycan Respublikasına daxil olmadığı üçün Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-282/2020 saylı, 26 fevral 2020-ci il tarixli qərar ilə «Şəxs” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş 182.000.00 ABŞ dolları valyuta məbləğinin 20%-i 36400 ABŞ dolları məbləğində ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatına olan məzənnə nisbətində cərimə olunmuşdur. Həmin qərardan apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-178/2020 saylı, 09 iyun 2020-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-282/2020 saylı, 26 fevral 2020-ci il tarixli qərarı ləğv edilərək «Şəxs” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Hal-hazırda həmin qərar qüvvədədir və qərardan şikayət və protest verilə bilməz. Ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının 31 mart 2021-ci il tarixli, MN № ******* saylı protokol ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)- 178/2020 saylı, 09 iyun 2020-ci il tarixli qərarından görünür ki, “CRYSTAL BUİLDİNG” MMC ilə «Şəxs” MMC arasında 06 fevral 2019-cu ildə bağlanmış 104/19 saylı müqavilənin tələblərinin pozulduğuna görə «Şəxs” MMC-yə cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-282/2020 saylı, 26 fevral 2020-ci il tarixli qərarı ləğv edilərək «Şəxs” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. İş materiallarında olan 13 mart 2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, 06 fevral 2019-cu ildə bağlanmış 104/19 saylı müqavilə üzrə «Şəxs” MMC tərəfindən 182.000.00 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə 20.02.2020-ci ildə dəyişiklik edilmiş və həmin dəyişiklik 28.02.2020-ci ildən qüvvəyə minmişdir. Həmin Qaydaların 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, eyni mahiyyət üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı 2020-ci ildə «Şəxs” MMC barəsində inzibati xəta haqqında protokolla Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, “CRYSTAL BUİLDİNG” MMC ilə «Şəxs” MMC arasında 06 fevral 2019-cu ildə bağlanmış 104/19 saylı müqavilənin təmin edilməsi məqsədi ilə “xxxx” ASC vasitəsi ilə satıcının hesabına müqavilə şərtlərinə uyğun olaraq 182.000.00 ABŞ dolları ödəniş edilmiş, lakin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində həmin məbləğ dəyərində olan mallar Azərbaycan Respublikasına daxil olmadığı üçün Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-282/2020 saylı, 26 fevral 2020-ci il tarixli qərar ilə «Şəxs” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş 182000.00 ABŞ dolları valyuta məbləğinin 20%-i 36400 ABŞ dolları məbləğində ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatına olan məzənnə nisbətində cərimə olunmuşdur. Həmin qərardan onun tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-178/2020 saylı, 09 iyun 2020-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-282/2020 saylı, 26 fevral 2020-ci il tarixli qərarı ləğv edilərək «Şəxs” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Həmin qərar halhazırda qüvvədədir. Ona görə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda baxılan iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7 və 114.2.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: ünvan 1 ünvanında yerləşən «Şəxs” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 31 mart 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. Hakim Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar