Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1211/2024 20.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X4 iclas katibliyi, Qərarından şikayət verilmiş şəxs Sumqayıt ŞPİ-nin DYPŞ YPX inspektoru, polis leytenantı X1, Qərardan şikayət vermiş şəxs Haxov Nicat Mehdi oğlunun iştirakı ilə, Haxov Nicat Mehdi oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələri ilə Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X14 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı X8 Mehdi oğlu tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Haxov Nicat Mehdi oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələrinə əsasən Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X14 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı Qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsindən görünür ki, arvadına məxsus olan və nikah dövründə alınmış **- TD-*** Chevrolet Cruze marka və dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2024-cü il tarixdə Ü.Hacıbəyov küçəsində YPX avtomobili **-YP-*** tərəfindən saxla əmri verilərək saxlanılmışdır. Polis leytenantı X5 ona əvvəlcə yolayrıcı keçmə qaydalarını pozduğunu iddia etmişdir. O, qayda pozuntusu etmədiyini izah etsə də daha sonra etibarnamə olmadığı üçün avtomobilin duracağa aparılacağını demişdir. O, avtomobildə nikah haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətinin olduğunu bildirmişdir. O, yenə də ona duracağa getməli olduqlarını demişdir. O, maşını sürməyə icazə vermədiyini və evakuator çağırılmağını istəmişdir. Bu zaman ərzində artıq həyat yoldaşı X6 maşının yanına gəlmişdir. İnspektor Ələmov həm maşının sahibinin orda olmasını, həm də Konstitusiya Məhkəməsinin 24 iyul 2023-cü il tarixli Plenum Qərarını heçə sayaraq avtomobili evakuatorla cərimə meydançasına apartdırmışlar. Ona isə qərarsız olaraq İXP ******* nömrəli nömrəli protokol yazılmışdır. xx.xx.2024-cü il tarixdə isə protokola TP ******* nömrəli qərar verilmişdir. Ona çıxarılmış TP ******* nömrəli qərarın məhkəmədə baxılmasını və qərarın ləğv olunması üçün ona köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Haxov Nicat Mehdi oğlu şikayət ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, qərar İXM-nin 327.2 və 332.1-ci maddələri ilə qəbul olunsa da onun hazırki şikayəti İXM-nin 332.1-ci maddəsi və avtomobilin duracağa aparılması ilə bağlıdır. Məhkəmədən şikayətin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilən şəxs Sumqayıt ŞPİ-nin DYPŞ YPX inspektoru, polis leytenantı X5 bildirdi ki, xx.xx.2024-cü il tarixdə Yol hərəkəti haqqında Qanunun 75-76-cı maddələrinin tələbini pozmuşdur. Sürücü Babək küçəsində çıxarkən Ü.Hacıbıyov küçəsində gələn avtomobilə yol verməmiş, saxla əmri verilərək saxlanılmış, qayda pozuntusu izah olunarkən sürücü həmin yerdə “stop” işarəsi olmadığını bildirmiş, o da sürücüyə yol ayrıcına girdiyinə görə digər avtomobilə yol verməli olduğunu bildirmişdir. Daha sonra müəyyən etmişlər ki, şəxsin avtomobili idarə etmək üçün etibarnaməsi yoxdur. Ona avtomobilin duracağa təmin olunmalı olduğunu bildirdikdə sürücü etiraz etmiş və zəng edərək həyat yoldaşını çağırmışdır. Onlar da xanım gələnədək orada gözləmişlər. Xanım gəldikdə çəkiliş etməyə başlamış, narazılıq etmişdir. Avtomobil də yağ axıtdığından evakuator vasitəsi ilə avtomobili duracağa təmin etmişlər. Daha sonra həmin şəxsləri çəkilişlə bağlı Sumqayıt ŞPİ-nin 1-ci PB-nə vermişlər, həmin çəkilişi silmişlər. Daha sonra Dövlət X14ndə şəxslərin izahatı alınmış, videogörüntü vasitəsi ilə sürücüyə törətdiyi inzibati xəta izah olunmuş, sürücü də məhkəməyə şikayət edəcəyini bildirmişdir. Şəxs nikah haqqında şəhadətnamə olduğunu bildirsə də, ondan şəhadətnamə tələb olunmamışdır. Belə ki, nikah haqqında şəhadətnamə ilə avtomobili idarə etməsi üçün avtomobilin sahibi olan həyat yoldaşı da yanında olmalı və yaxud etibarnaməsi olmalıdı idi. Odur ki, qeyd olunanlara əsasən şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar İXM-nin 332.1-ci maddəsi ilə olan hissədə ləğv edilərək icraata xitam verilməli, İXM-nin 327.2-ci hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Haxov Nicat Mehdi oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələri ilə inzibati xəta törətdiyinə görə barəsində 80 (səksən) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən “Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir”. “Yol hərəkəti haqqında” Qanununun 36-ci maddəsinin İ hissəsinin 2-ci bəndinə əsasən “yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar.” Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həqiqətən də xx.xx.2024-cü il tarixdə “Chevrolet Cruze minik” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Haxov Nicat Mehdi oğlu Sumqayıt şəhəri, Ü.Hacıbəyov və Babək küçələrinin kəsişməsində nizamlayıcının tələbinə riayət etməyərək yol hərəkəti qaydalarını pozmuşdur. Qeyd olunan fakt iş materiallarına əlavə edilmiş videogörüntüdən müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar İXM-nin 332.1-ci maddəsi ilə olan hissədə ləğv edilməli və inizbati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Haxov Nicat Mehdi oğlu ilə X2 xx.xx.2021-ci il tarixdə nikah bağlamışlar. İş materiallarında olan nəqliyyat vasitəsinin uçot kartoçkasının surətindən görünür ki, “Chevrolet Cruze minik” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə X3 adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına dair Plenum Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda, nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi (ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) həmin Məcəllənin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi qanunvericilik ər-arvadın ümumi mülkiyyətində olan nəqliyyat vasitəsini idarə etməyə nikah haqqında şəhadətnamənin olması əsasında icazə verir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Sumqayıt şəhər Polis İdarəsi Dövlət X14 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı X11 Mehdi oğlu tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Sumqayıt şəhər Polis İdarəsi Dövlət X14 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı Qərar İXM-nin 332.1-ci maddəsi hissəsində ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, İXM-nin 327.2-ci hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Haxov Nicat Mehdi oğlu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Sumqayıt şəhər X13 Şöbəsi tərəfindən Haxov Nicat Mehdi oğlu barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı Qərar İXM-nin 332.1-ci maddəsi ilə olan hissədə ləğv edilsin və onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli TP ******* saylı Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1211/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1211/2024
20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver