Məhkəmə qərarları › İş №3(060)-1212/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1212/2022

17.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1212/2022 17.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakları ilə, xx.xx.1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin sahə rəisi polis kapitanı Muradov Orxan tərəfindən 17.05.2022-ci il tarixdə X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə barəsində MN ******* №-li protokol tərtib olunmuşdur. Protokolda göstərilmişdir ki, X3 29.01.2022-ci il tarixdə saat 23:00 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində “Hiper” marketin yanında sərnişin qismində əyləşdiyi Mercedes markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomaşından “Samsung J2” markalı mobil telefon oğurlamışdır. X1 tərəfindən Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən X3 barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 özünün təqsirli olduğunu bildirdi. O, 29.01.2022-ci il tarixdə saat 23:00 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində “Hiper” marketin yanında sərnişin qismində əyləşdiyi Mercedes markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomaşından “Samsung J2” markalı mobil telefon oğurlamışdır. Zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı ödəmişdir. Himayəsində 1 azyaşlı uşağı var. Hazırda əməlindən səmimi peşmandır. Ona görə də, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, X3 ilə barışmışdır və ona dəymiş ziyan ödənilmişdir. Buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 08.02.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, X3 barəsində cinayət işinin başlanılmasının rədd edilmiş və faktda xırda talamanın, yəni Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan təqsirkar şəxsin müəyyən edilib barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul olunmuş qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. İş materallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, X3 tərəfindən ona dəymiş ziyan ödənilmiş və onunla barışdığı üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, X3 16.05.2022-ci il tarixdə saat 17:00-da inzibati qaydada tutulmuş, 17.05.2022-ci il tarixdə saat 10:00-da azad edilmişdir. Zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi, təqsirləndirilən şəxsin səmimi peşmançılığı və himayəsində 01 azyaşlı uşağının olmasını məsuliyyəti yüngünləşdirilən hal kimi müəyyənləşdirildi. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Həmin maddənin qeydinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan materialları tədqiq edərək, X3 tərəfindən Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsini, onunla barışdığını və əməlindən səmimi peşmançılığını nəzərə alaraq hesab edir ki, X3 barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 227, 114, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək iş üzrə icraata həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar