Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1214/2022 22.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Məmmədovun sədirliyi, məhkəmə iclas katibi X2 katibliyilə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin müdri vəzifəsini icra edən X5 tərəfindən qəbul edilmiş MN № ******* saylı, 06 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair X4 tərəfindən verilmiş şikayət ərizəsinə baxaraq müəyyən etdi: X1 Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin müdri vəzifəsini icra edən X5 tərəfindən qəbul edilmiş MN № ******* saylı, 06 avqust 2021ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1214/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından inzibati tənbeh vermə haqqında qərarından şikayət verən şəxs X4 tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin (hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə) 3(105)-403/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin olunmuş və Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1214/2022 saylı, 14 iyun 2022-ci il tarixli qərarı və 18 may 2022-ci il tarixli qərardadı ləğv edilmiş və işə yenidən baxılması üçün xx.xx.2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə yeni məhkəmə baxışına göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-403/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, inzibati xəta haqqında qərardan, qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində şikayət verilə bilər. Mübahisələndirilən qərardan şikayət verilərkən məhkəmə həmin şikayətə baxmaq səlahiyyətinin olub-olmamasını, şikayətin qanunvericiliyin tələblərinə uyğun verilməsini, o cümlədən şikayətin prosessual müddət daxilində verilməsini aydınlaşdırmalıdır. Əgər şikayət qanunvericiliyin tələblərinə uyğun olarsa, onda şikayət məhkəmənin icraatına qəbul edilməklə mahiyyəti üzrə baxılmalıdır. T.Hüseynov tərəfindən mübahisələndirilən xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət xx.xx.2022-ci il tarixdə verilmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, MN № ******* saylı, 06 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. Belə ki, İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Materialdan görünür ki, mübahisələndirilən qərar 06 avqust 2021-ci il tarixlidir, şikayət isə 10 gündən artıq müddət keçdikdən sonra verilmişdir. Məhkəmə onu da qeyd edir ki, məhkəməyə göndərilən sənədlərlə mübahisələndirilən qərarın X4 tərəfindən hansı tarixdə alması müəyyən edilmir. Bundan başqa İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Şikayət verən şəxs tərəfindən belə bir vəsatət verilməmişdir. İXM-nin 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub olmamasının məsələlərini həll edir. Yuxarıda göstərilənlərə və İXM-nin 109, 118, və 132-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin müdri vəzifəsini icra edən X5 tərəfindən qəbul edilmiş MN № ******* saylı, 06 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X4 tərəfindən verilmiş şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1214/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1214/2022
22.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver