Məhkəmə qərarları › İş №3(060)-1214/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1214/2025

29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1214/2025 29.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X11 Yadigar qızının sədrliyi, X4 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Həsənov Rüstəm Şamməd oğlunun, X1 iştirakı ilə Bakı şəhər X16 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərardan Həsənov Rüstəm Şamməd oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: Həsənov Rüstəm Şamməd oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Bakı şəhər X15 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2025-ci il tarixli Qərar əsassız olduğu üçün ləğv edilməsini və inzibati xətaya dair işə xitam verilməsini xahiş etmişdir. Həsənov Rüstəm Şamməd oğlu ərizəsini onunla əsaslandırmışdır ki, X12 Federasiyası vətəndaşıdır. Sürücülük vəsiqəsi vardır. O, müvvəqəti olaraq Sumqayıt şəhərində qeydiyyata alınmışdır. Bakı şəhərində Mersedes benz markalı ** LP *** dövlət nömrəli nəqliyyat vasitəsini idarə edən zaman yol patrul xidmətinin əməkdaşları onu saxlamış və xx.xx.2025-ci il tarixli protokol tərtib etmişdirlər. Protokol AR İXM-sinin 332.2-ci maddəsinə əsasən tərtib edilmişdir. Onun sürücülük vəqisəsi olan təqdirdə bu maddə ilə inzibati tənbeh almağı əsasız və qanunsuzdur. O, protokoldan şikayət bele vermişdir. Şikayəti ilə əlaqədar ona şifahi olaraq bildirilmişdir ki, protokolun və qərarın qəbulu üçün "’yol hərələkəti haqqında qanunun” 35-1-ci maddəsi əsas götürülmüşdür. Protokolu və Qərarı bu maddə ilə əsaslandırsalar da, ciddi pozuntuya yol vermişdirlər. Belə ki, maddənin də tələblərindən görsənir ki, bu müddəa məhz xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik Azərbaycan Respublikasının vətəndaşlarına aiddir. Amma o, Azərbaycan Respublikasının vətəndaşı deyil. O, Rusiya Federasiyasının vətəndaşıdır. O, nə müvvəqəti, nə də daimi yaşamaq icazəsi almamışdır. Belə olan təqdirdə ona bu maddənin tələbləri tətbiq edilə bilməz. Bu halları o, şikayətində göstərsə də, Qərar qəbul olunmuş və o, cərimə edilmişdir. İlkin olaraq qəbul edilmiş TP ******* saylı xx.xx.2025-ci il tarixli Qərardan Sumqayıt şəhər Məhkəməsinə şikayət vermişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli Qərarı ilə şikayəti qismən təmin edilmiş, mübahisələndirdiyi qərar ləğv edilmiş və iş yenidən araşdırlması üçün Bakı şəhər X15 İdarəsinə göndərilmişdir. İşi yenidən araşdırmalı olan orqan bunu etməyərək yenidən eyni qərarı qəbul etmişdir. Halbuki Məhkəmə qərarda əsaslandığı hallar araşdırılsa və onlara istinad olsa idi, eyni qərarın qəbulu mümkün deyildi. Həmçinin nəzərə almaq lazımdır ki: O, müvvəqəti yaşamaq icazəsi almadığı üçün ölkədə olma müddəti ərzində öz sürücülük vəsiqəsi ilə nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Bu səbəbdən qeyd edilən Qərar ləğv edilməli və inzibati xətaya dair işə xitam verilməlidir. Bu halları nəzərə alaraq Bakı şəhər X15 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2025-ci il tarixli Qərar əsassız olduğu üçün ləğv edilməsini və inzibati xətaya dair işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Həsənov Rüstəm Şamməd oğlu şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Bakı şəhər X16 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərara əsasən Həsənov Rüstəm Şamməd oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Bakı şəhər X16 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X16 İdarəsinə göndərilməlidir. İş materiallarına əlavə edilmiş 76 ******* nömrəli pasportdan görünür ki, xx.xx.1988ci il təvəllüdlü X2 Federasiyasının vətəndaşıdır. İş materiallarına əlavə edilmiş 99 12 797160 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, X6 etibarlılıq müddəti xx.xx.2029-cu ilədək müəyyən edilmiş Rusiya Federasiyasının sürücülük vəsiqəsinə malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul edilmiş X2 Federasiyasının vətəndaşı olmaqla xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. Şikayət verən şəxs Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malikdir. O, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən zaman Azərbaycan Respublikası ərazisində nə daimi, nə də müvəqqəti yaşamaq icazəsi almadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 332.2-ci maddəsinə əsasən “Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir.” Xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqələri əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrinin idarə olunmasının şərtləri isə “Yol hərəkəti haqqında” Qanunun 35-1-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə bu cür vəsiqələrin Respublika ərazisində etibarlıq müddətinə dair müddəalar birbaşa müəyyən edilməmişdir. Bununla belə, qanunverici həmin normada Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan xarici vətəndaşların və apatridlərin üzərinə xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti bitməmiş sürücülük vəsiqəsini dəyişdirmək vəzifəsini qoymuşdur. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin İİ bəndində isə göstərilmişdir ki, Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Qeyd edilən Qanunun normasının mənasından aydın olur ki, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququ yalnız Respublikaya qanuni əsaslarla gəlmiş, burada yaşamaq üçün icazəsi olmayan, turizm, şəxsi iş, xidməti ezamiyyət və sair bu kimi müvəqqəti xarakter daşıyan hallarla əlaqədar gələn şəxslərə məxsusdur. Həmin maddənin ikinci cümləsində isə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməli olduğu göstərilmişdir. Hazırki iş üzrə məhkəmə qeyd edir ki, barəsində qərar qəbul edilmiş X7 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən zaman Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşamaq üçün icazə almadığını məhkəmə araşdırması zamanı özü də təsdiq etmişdir. Lakin, qeyd edilən halın məhkəmə tərəfindən dəqiqləşdirilməsi mümkün olmadığından, həmçinin, inzibati tənbeh tətbiq edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmadığından, məhkəmə hesab edir ki, X5 barəsində Bakı şəhər X16 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarı ləğv edilməli və göstərilən halların araşdırılması məqsədilə iş yenidən baxılmaq üçün Bakı şəhər X15 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. -135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Həsənov Rüstəm Şamməd oğlunun şikayətində göstərilən halların mövcud olub-olmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümkün olmadığından, şikayət qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X16 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Həsənov Rüstəm Şamməd oğlunun şikayəti qismən təmin edilsin. Bakı şəhər X16 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X16 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar