Məhkəmə qərarları › İş №3(060)-1216/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1216/2022

31.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1216/2022 31.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Porotokol tərtib etmiş şəxsin etibarnamə üzrə nümayəndəsi - Sumqayıt Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Bölməsinin təhqiqatçısı X2, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan hüquqi şəxs – Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 17 may 2022-ci il tarixli, 00700-0084/22 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, ev 1 olan Şəxs Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Şəxs QSC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 491.3-cü və 492.1-ci maddələrinə əsasən 12 may 2022-ci il tarixli 00700-0084/22 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Sumqayıt Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsindən Əməliyyat vvə Təhqiqat Şöbəsinin təhqiqat bölməsindən daxil olmuş 34/012/001610 saylı 11.05.2022-ci il tarixli raportun və raporta əlavə edilmiş 04.05.2022-ci il tarixli aktın icrası zamanı müəyən edilmişdir ki, 04.05.2022-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs QSC-nin (VÖEN: **********) ünvanına Gürcüstan Respublikasında yerləşən “JTİ CAUCASUS” şirkəti tərəfindən 99HE471/10ZE933 dövlət nömrə nişalı yük nəqliyyat vasitəsilə göndərilən, Qərb Ərzai Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş və Sumqayıt Baş Gömrük İdarəsində **********2234 sorğu nömrəli 30.04.2022-ci il tarixli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük proseduru altında bəyan edilən, ümumi çəkisi 6517,655 kq olan “Siqaret istehsalı üçün filterlər” yükü, Şəxs QSC-n in istifadəsində olan, ünvan 3 ünvanında yerləşən yük-boşaltma anbarında 99HE471/10ZE933 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin qoşqusunun üzərinə vurulmuş gömrük təyinatının (plomb) gömrük orqanının icazəsi olmadan qırılaraq, gömrük nəzarəti altında olan “Siqaret istehsalı üçün filterlər” yükü **********2234 sorğu nömrəli gömrük bəyannaməsi gömrük orqanı tərəfindən buraxılışa ödənilmədən boşaldılmışdır. Faktla bağlı araşdırma zamanı müəyyən edilmişdir ki, **********2234 sorğu nömrəli gömrük bəyannaməsinə həyata keçirilən baxış zamanı müəyyən edilmişdir ki, **********2234 sorğu nömrəli gömrük bəyannaməsi 04.05.2022-ci il tarixdə, saat 09:00-da rəsmiləşdirmə həyatakeçirmək üçün sistem tərəfiindən aavtomatik icraçı təyin edilmiş və qyed olunan bəyannamə malların boşadılması üçün buraılışa verilməmişdir. “17237 nömrəli tərəzi qəbinə həyata keçirilən baxış zamanı müəyyən edilmişdir ki, 99HE471 nömrəli nəqliyyat vasitəsi 04.05.2022-ci il tarixdə yük tərəzisində çəkilmiş və nəqliyyat vasitəsinin yük ilə birlikdə çəkisinin 25090 kq, boş halda 16890 kq, yükün ayrıca çəkisinin isə 8200 kq olduğu müəyyən olunmuşdur. 99HE471/10ZE933 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə aid AC №86497 və AD № 274491 nömrəli qeydiyyat şəhadərnamələrinə həyata keçirilən baxış zamanı müəyyən edilmişdir ki, “DAF XF 105/460” markalı 99HE471 nömrəli dartıcının yüksüz halda çəkisi 7310 kq, 10ZE933 nöməli “SCHZMİT” markalı yarımqoşqunun yüksüz halda çəkisi isə 9130 kq-dır. CMR sənədinə həyata keçirilən baxış zamanı müəyyən edilmişdir ki, 27.04.2022-ci il tarixdə “JTİ Caucasus” şirkəti tərəfindən tərtib edilən CMR sənədində malın ümumi çəkisi 8.101.500 kq qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Şəxs QSC barəsində İXM-nin 491.3-cü və 492.1-ci maddələrinə əsasən tərtib edilmiş 17 may 2022-ci il tarixli 00700-0084/22 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün məhkəməyə göndərilmişdir. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətinə baxır. İnzibati xəta haqqında işə baxılması 31 may 2022-ci il tarixə təyin edilmişdir. Porotokol tərtib etmiş şəxsin etibarnamə üzrə nümayəndəsi - Sumqayıt Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Bölməsinin təhqiqatçısı X5 izahatında tərtib edilmiş protokolu müdafiə edərək bildirmişdir ki, **********2234 sorğu nömrəli gömrük bəyannaməsinə həyata keçirilən baxış zamanı müəyyən edilmişdir ki, **********2234 sorğu nömrəli gömrük bəyannaməsi 04.05.2022-ci il tarixdə, saat 09:00-da rəsmiləşdirmə həyata keçirmək üçün sistem tərəfindən aavtomatik icraçı təyin edilmiş və qeyd olunan bəyannamə malların boşadılması üçün buraxılışa verilməmişdir. “17237 nömrəli tərəzi qəbinə həyata keçirilən baxış zamanı müəyyən edilmişdir ki, 99HE471 nömrəli nəqliyyat vasitəsi 04.05.2022-ci il tarixdə yük tərəzisində çəkilmiş və nəqliyyat vasitəsinin yük ilə birlikdə çəkisinin 25090 kq, boş halda 16890 kq, yükün ayrıca çəkisinin isə 8200 kq olduğu müəyyən olunmuşdur. 99HE471/10ZE933 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə aid AC №86497 və AD № 274491 nömrəli qeydiyyat şəhadərnamələrinə həyata keçirilən baxış zamanı müəyyən edilmişdir ki, “DAF XF 105/460” markalı 99HE471 nömrəli dartıcının yüksüz halda çəkisi 7310 kq, 10ZE933 nöməli “SCHZMİT” markalı yarımqoşqunun yüksüz halda çəkisi isə 9130 kq-dır. CMR sənədinə həyata keçirilən baxış zamanı müəyyən edilmişdir ki, 27.04.2022-ci il tarixdə “JTİ caucasus” şirkəti tərəfindən tərtib edilən CMR sənədinfə malın ümumi çəkisi 8.101.500 kq qeyd edilmişdir. Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan hüquqi şəxs – Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, Şəxs QSC-nin əməkdaşlarının elektron sistemlə bağlı məlumatları olmuşdur. İnzibati qanunvericiliyin tələblərinə əsasən, orqanın icazəsi olmadan gömrükə olan malların yerinin dəyişdirilməsi qadağandır. Şəxs QSC-nin sirafişi əsasında Gürcüstan Respublikasında yerləşən “JTİ CAUCASUS” şirkəti tərəfindən 99HE471/10ZE933 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə göndərilən “Siqaret istehsalı üçün filterlər” yükü 01.05.2022-ci il tarixdə Şəxs QSC-nin Sumqayıt şəhərində yerləşən Sumqayıt Kimya Sənaye Parkının inzibati ərazisinə daxil olmuşdur. Onun nümayəndəsi olduğu Şəxs QSC-nin ünvanına göndərilən “Siqaret istehsalı üçün filterlər” yükü əməkdaşlıq etdikləri "xxxx" MMC-nin əməkdaşı X8 şifahi şəkildə telefon vasitəsi ilə verdiyi məlumat əsasında yükü boş və dolu et dediyi üçün şirkətin əməkdaşları tərəfindən yük boşaldılmışdır, uzun illər formalaşmış praktikaya əsasən elektron sistem vasitəsi ilə göstəriş olmadan da, brokerin verdiyi məlumat əsasında yüklər boşaldılmışdır, eyni zamanda yükü boşaldan şirkətin əməkdaşı hüquqşünas olmadığı üçün ehtiyatsızlıqda plomb qırılmışdır, yəni birbaşa qəsb yoxdur, odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs QSC tərəfindən İXM-nin 491.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs QSC İXM-nin 491.3-cü və 492.1-ci maddələri ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan 06.05.2022-ci il tarixli raportdan görünür ki, Şəxs QSC-nin ünvanına 99HE471/10ZE933 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsində Gürcüstan respublikasından idxal olunan çəkisi 6517,665 kq olan “siqaret istehsalı üçün filterlər” yükünə sərhəd gömrük orqanı tərəfindən tərtib edilmiş **********15476 saylı malların qeydiyyat (barkod) kodunda göstərilən 739 kq artıq çəki ilə əlaqədar həmin mallara baxış keçirilmişdir. Mallara baxış zamanı məlum olmuşdur ki, sərhəd gömrük orqanları tərəfindən tətbiq olunmuş gömrük təminatı (plomb) qırılaraq, həmçinin gömrük orqanlarına rəsmiləşdirmə üçün təqdim olunmuş **********2234 saylı gömrük bəyannaməsi buarxılışa göndərilmədən malın boşaldılması həyata keçirilmişdir. İş materiallarrında olan 30.04.2022-i il tarixli, **********2234 saylı gömrük bəyannaməsindən görünür ki, "xxxx" QSC-nin ünvanına Gürcüstan Respublikasından 99HE471/10ZE933 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə yük daxil olmuşdur. İş materiallarında olan 13 may 2022-ci il tarixli barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında protokoldan görünür ki, "xxxx" QSC-nin nümayəndəsi X1 izahatından bildirmişdir ki, Şəxs QSC-nin sirafişi əsasında Gürcüstan Respublikasında yerləşən “JTİ CAUCASUS” şirkəti tərəfindən 99HE471/10ZE933 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə göndərilən “Siqaret istehsalı üçün filterlər” yükü 01.05.2022-ci il tarixdə Şəxs QSC-nin Sumqayıt şəhərində yerləşən Sumqayıt Kimya Sənaye Parkının inzibati ərazisinə daxil olmuşdur. Nümayəndəsi olduğu Şəxs QSC “Yaşıl Dəhliz” iştirakçısıdır və şirkət tərəfindən idxal edilən yüklər Sumqayıt Kimya Sənaye Parkında yerlşən yükləmə-boşalma anbarına daxil olduqdan sonra nəqliyyat vasitəsində olan yüklərin boşadılmasını həyata keçirir. 04.05.2022-cii il tarixdə 99HE471/10ZE933 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi iləşirkətin ünvanına göndərilən “Siqaret istehsalı üçün filterlər” yükü boşaldılması üçün şirkətin yükləmə-boşaltma anbarında Şəxs QSC-nin rəsmi işçisi olan anbardar, Azərbaycan Respublikası vətəndaşı X3 tərəfindən nəqliyyat vasitəsinin qoşqusunun üzərində olan, gömrük orqanı tərəfindən vurulmuş plomb qırılaraq, yük anbarına boşaldılmışdır. İnzibati xəta haqqında materildan görünür ki, “DAF” markalı 99HE471/10ZE933 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü X4 izahatı verərək bildirmişdir ki, idarə etdiyi yük nəqliyyat vasitəsində olan yükü, şirkətin nümayəndəsi L.N.Allahverdiyevanın göstərişi əsasında Şəxs QSC-nin anbardarı, Əlibala adlı şəxs tərəfindən qoşqunun qapısı açılaraq boşaldılmışdır. İzahatı alınmış "xxxx" MMC-nin brokeri X12 bildirmişdir ki, gömrük əməkdaşı Vüqar adlı şəxs onunla əlaqə saxlayaraq mal-müşaiyət sənədlərində əlavə sənədin oğlduğunu, yük nəqliyyat vasitəsinin sənədlərində qeyd edilən çəkidən artıq, əlavə çəkinin olduğunu söyləmişdir. Qeyd olunan artıq çəki ilə bağlı nəqliyyat vasitəsinin çəkilməsini və bu barədə akt tərtib edilərək göndərilməsini bildirmiş, onun tərəfindən şirkətin nümayəndəsi L.N.Allahverdiyevaya yükün boşaldılması barədə heç bir göstəriş verilmədiyini və yükün şirkət tərəfindən özbaşına boşaldıdığını qeyd etmişdir. İzahatı alınmış Sumqayıt Baş Gömrük İdarəsinin Əməliyyatları İdarəsinin baş inspektoru X6 yük nəqliyyat vasitəsində artıq çəki olduğu üçün onun tərəfindən "xxxx" MMC-nin brokeri X9 məlumatlandırmış və yükün boşaldılması barədə ona heç bir şey deməmişdir. İş materiallarında olan Gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, **********2234 sorğu nömrəli gömrük bəyannaməsi 04.05.2022-ci il tarixdə saat 09:00-da rəsmiləşdirilmə həyata keçirmək üçün sistem tərəfindən Vüqar Bağırov məsul şəxs təyin edilmişdir. Qeyd olunan bəyannamə mallarının boşaldılması üçün buraxılışa verilməmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 37.1-ci maddəsinə əsasən gömrük orqanları ilə dövlət orqanları, səlahiyyətli iqtisadi operatorlar, sahibkarlıq subyektləri, habelə gömrük orqanlarının özləri arasında sənəd və məlumat mübadiləsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallar istisna olmaqla, məlumatların elektron emalı üsulları vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 122.1-ci maddəsinə əsasən mallar yalnız gömrük orqanlarının icazəsi ilə və nəzarəti altında, onların müəyyənləşdirdiyi yerlərdə gömrük ərazisinə gətirilmə üçün istifadə olunan nəqliyyat vasitəsindən boşaldıla və bu ərazidən aparılma üçün istifadə olunan nəqliyyat vasitəsinə yenidən yüklənə bilər. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən malların və ya onların bir hissəsinin təcili boşaldılmasını zəruri edən təhlükə yaranarsa, gömrük orqanlarının icazəsi tələb olunmur. Lakin bu barədə gömrük orqanlarına təcili məlumat verilməlidir. İXM-nin 491.3-cü maddəsinə səsən Müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən Gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İşin araşdırılan hallarından görünür ki, Şəxs QSC-nin əməkdaşları nəqliyyat vasitəsinin qoşqusunun üzərinə vurulmuş gömrük təyinatının (plomb) gömrük orqanının icazəsi olmadan qıraraq, gömrük nəzarəti altında olan yükü buraxılışa verilmədən boşaldmışdılar. Şəxs QSC-nin nümayəndəsinin dəlillərinə gəldikdə məhkəmə qeyd edir ki, qanunvericiliklə müəyyən edilmiş istisnalar olmaqla, gömrük nəzarəti altında olan malın boladılması yalnız gömrük orqanın razılığı ilə yol verilir və brokerin belə bir göstəriş verməsinə səlahiyyəti yoxdur. Eyni zamanda MMC-nin əməkdaşının şüurlu şəkildə yük nəqliyyat vasitəsinin qoşqusunun üzərinə vurulmuş gömrük təyinatının (plomb) qırması ehtiyatsızlıq kimi qiymətləndirilməsi üçün əsas deyil. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Bundan başqa barəsində inzibati protokol tərtib edilmiş şəxs hüquqi şəxs olduğundan, göstərilən dəlillər üzürlü hesab edilə bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs QSC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1-ci və 491.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs QSC -yə Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Həmin maddənin sanksiyasında fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilməsi nəzərdə tutulmuşdur. Ona görə dəŞəxs QSC -yə həmin 1.000 (min) manat məbləğdə cərimə növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı AZ5002, Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, ev 1 olan Şəxs Qapalı Səhmdar Cəmiyyəti (VÖEN 2********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü və 492.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə 1,000 (min) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar