Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1216/2025 12.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi, Azərbaycan Respublikasının ƏƏSM Nazirliyi yanında X11 Xidməti X3 xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarından X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının ƏƏSM Nazirliyi yanında X11 Xidməti X3 xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı ilə X9 “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan X9 şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X9 şikayətini onunla əsaslandırmışdır ki, X11 Xidmətinin X7 tərəfindən xx.xx.2025-ci ildə tərtib edilmiş MN № ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilmiş "xxxx" MMC İXM-nin 469.2-ci maddəsi ilə 1500 manat cərimə edilmişdir. Qərarda göstərilib ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərin nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanuna əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilsə də işçilərlə icbari sığorta müqaviləsi bağlanmamışdır. Bu səbəbdən də İXM-nin 469.2-ci maddəsi ilə "xxxx" MMCnin direktoru kimi (vəzifəli şəxs) 1500 manat cərimə edilmişdir. O, barəsində tətbiq edilmiş cərimə ilə razılaşmır. Beləki, həmin müəssisənin fəaliyyətindən xəbəri olmayıb. Onun heç bir işçisi yoxdur. Buna görə də hesab edir ki, əməlində inzibati xəta hadisəsi yoxdur. Bununla bağlı hər hansı xəbərdarlıq edilməmişdir. Qərarda göstərilən işçilər qərar qəbul edilərkən ödənişsiz əmək məzuniyyətində olmuşlar. Qərar ona 12 may 2025-ci ildə verilmişdir. Hesab edir ki, X11 Xidmətinin X7 tərəfindən xx.xx.2025-ci ildə tərtib edilmiş MN № ******* saylı qərarın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən orqan Azərbaycan Respublikası ƏƏSM Nazirliyi yanında X11 Xidməti Abşeron X13 nümayəndəsi X10 bildirdi ki, İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamışdır. Bununla əlaqədar olaraq protokol tərtib olunmuşdur. Həmin faktın aşkar olunması üçün tərəflərindən əmək müqaviləsi olan şəxslərin, yəni ƏMAS alt sistemi üzərindən bağlanmış müqavilələr götürülür, müfəttiş tərəfindən sonra icbari sığorta bürosunan həmin şəxslər barədə məlumatlar istənilir. Onların əmək müqavilələrinin icbari sığorta müqavilələrinin hüquqi qüvvədə olub-olmaması yoxlanılır. Həmin üzləşdirmə nəticəsində müəyyən edilir ki, əgər yoxdursa müfəttiş tərəfindən bilavasitə aşkar edilir və protokol tərtib olunaraq baxılması üçün hüquqi şəxslər barədə məhkəməyə, vəzifəli şəxslər barədə isə müvafiq vəzifəli şəxslərə təqdim edilir. İXM-nin 99.1-ci maddəsinə əsasən inzibati xətanı 3 formada aşkar etmək olur. Bilavasitə aşkar etmək, xüsusi cihazların köməyi ilə aşkar etmək və bir də elektron sistem vasitəsilə aşkar etmək olur. Hal-hazırda onların elə bir elektron sistem vasitəsilə aşkar etmə imkanıları yoxdur. Müfəttiş özü məlumatları alıb üzləşdirir, müəyyən edir və müvafiq protokol tərtib edir. İş materiallarına əlavə olunmuş qoşmalar mövcuddur. Həmin qoşmalara əsasən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş, xx.xx.2025-ci il tarixdə isə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Heç bir işçi isə icbari sığorta müqaviləsi bağlanmamışdır. Qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq qərardan şikayət etmiş şəxs X9 məhkəmə iclaslarında iştirak etməmiş, Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə qərardan şikayət etmiş şəxs X4 iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə isintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının ƏƏSM Nazirliyi yanında X11 Xidməti X3 xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarından görünür ki, X9 “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş **********4693 nömrəli xx.xx.2025-ci il tarixli İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsindən görünür ki, ARLİ MMC və Meqa Həyat Sığorta ASC arasında Sığortalının Qanunun 13-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tarifləri əsasında hesablanan bu müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqının ödəməsi müqabilində Qanunun 3.1-ci maddəsinə uyğun olaraq müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan Qoşmada həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşa xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə sığortaçı Qanunun 18-ci maddəsində müəyyən edilmiş qaydada sığorta ödənişlərinin verilməsi öhdəliyi götürməsi ilə müqavilə xx.xx.2025-ci il tarixdə müqavilə imzalanmışdır. İş materiallarına əlavə edilmiş MH ********** saylı icbari sığorta müqaviləsinin illik qoşmasından görünür ki, ümumillikdə 12 işçi ilə bağlı icbari sığorta təminat müddəti xx.xx.2025-xx.xx.2026-ci il tarixləri üçün nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş əmək müqaviləsindən görünür ki, xx.xx.2025-ci il tarixində ARLİ MMC-nin direktoru X9 ilə X6 arasında sonuncunun fəhlə vəzifəsinə işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə 07 nömrəli əmrdən görünür ki, xadimə vəzifəsində işləyən X2 ilə bağlanmış əmək müqaviləsinə MMC-nin direktoru X9 xx.xx.2025-ci il tarixindənn xitam verilməsini əmr etmişdir. İş materiallarına əlavə edilmiş 02 nömrəli əmrdən görünür ki, X1 "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilməsi ilə bağlı X9 xx.xx.2025-ci il tarixində qərar qəbul edilmişdir. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Həmin Qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, X9 barəsində Azərbaycan Respublikasının ƏƏSM Nazirliyi yanında X11 Xidməti X3 xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, İXM-in 469.2-ci maddəsi ilə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.4-cü bəndinə görəAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 191.2ci, 192.1 – 192.11-ci, 193-cü, 194-cü, 195.2-ci, 198.1-ci, 199 – 203-cü, 205-1.1-ci, 469.2ci, 477-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 477-1.1.5-ci, 477-1.2-ci, 539, 540.1, 540.2, 540.3, 540.4, 556 və 576-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. “Əməyin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə əsasən işverən müəssisələrin və təşkilatların işçilərini qanunvericilikdə müəyyənləşdirilmiş qaydada və şərtlərlə mütləq sosial sığorta etməlidir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli qanununa əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfi olmaqla, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta hadisəsi nəticəsində sığortaçının sığorta ödənişini həyata keçirmək öhdəliyini nəzərdə tutan yazılı razılaşmadır. Məhkəmə hesab edir ki, X9 MMC-nin xx.xx.2025-ci il tarixədək direktoru olmuş, MMC ilə isə yalnız xx.xx.2025-ci il tairxdə İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli əmək müqaviləsində işəgötürən (direktor) tərəf olaraq Vaqif Məmmədovun iştirak etməsi isə sonuncunun inzibati xəta hadisəsi qeydə alınan zaman "xxxx" MMC-də vəzifəli şəxs olmasını təsdiq edən faktdır. Məhz bu əlamətlərin mövcudluğu onun məsuliyyətə cəlb olunması və tənbeh edilməsi əsası kimi çıxış edir. Bundan başqa iş materiallarında olan digər sübutlar müdafiə tərəfinin sübutlarını təkzib edir və Vaqif Məmmədov barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın qanunilini və əsaslığı sübuta yetirir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 11 aprel 2025-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanuna əsasən İXM-in 469.2-ci maddənin dispozisiyası və sanksiyası 469-1-cu maddəsi olaraq dəyişdirilmişdir. İnzibati tənbeh vermə haqqında qərar qəbul edildikdən sonra mövcud norma dəyişildiyinə, həmçinin həmin dəyişiklik eyniməzmunlu olduğuna görə Azərbaycan Respublikasının ƏƏSM Nazirliyi yanında X11 Xidməti X3 xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məzmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda qeyd edilən bütün hallar və normaların tələbləri baxımından çıxış edərək məhkəmə hesab edir ki, X9 barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati işin icraata xitam verilməsi üçün İXM-nin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. X9 barəsində Azərbaycan Respublikasının ƏƏSM Nazirliyi yanında X11 Xidməti X3 xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.1 maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 şikayəti təmin edilməsin. X4 İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə olunmasına dair ƏƏSM Nazirliyi yanında X11 Xidməti Abşeron X13 xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-1216/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1216/2025
12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver