Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1217/2022 17.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinin sahə rəisi polis leytenantı X2, zərərçəkmiş şəxslərin nümayəndələri X8 və X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə tarixdə Sumqayıt şəhərində doğulmuş, işləməyən, subay, natamam orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə olunmuş materiallara Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə (bundan sonra mətndə İXM-nin) 17 may 2022-ci il tarixli MN seriyalı ******* №li, 17 may 2022-ci il tarixli MN seriyalı ******* №li, 17 may 2022-ci il tarixli MN seriyalı ******* №li və 17 may 2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, 27.01.2022-ci il tarixdə vətəndaş Şəxs H.Z.Tağıyev qəsəbəsində yerləşən “313 dönər evi”nə quraşdırılmış "xxxx" ASC-yə məxsus dəyəri 248,00 manat olan Smart CSS markalı su sayğacını, 11.04.2022-ci il tarixdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində X4 evinin divarından 64,67 manat dəyərində olan SQİİ-nə məxsus qaz sayğacını, 25.04.2022-ci il taridə H.Z.Tağıyev qəsəbəsi, ünvan 3 ünvanında yaşayan X3 məxsus bağın hasarına quraşdırılmış "xxxx" ASC-yə məxsus dəyəri 88,58 manat olan su sayğacını və 01.03.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində "xxxx" MMC-yə məxsus 84,00 manat dəyərində 55 metr kabeli oğurlamışdır. Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 17 may 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Sumqayıt şəhər Məhkəməsinin 17 may 2022-ci il tarixli qərardadı ilə Şəxs İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(060)-1217/2022, 3(060)-1218/2022, 3(060)- 1219/2022 №li və 3(060)-1220/2022 №li işlər bir icraatda 3(060)-1217/2022 nömrə ilə birləşdirilmişdir. Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinin sahə rəisi X6tərtib etdiyi inzibati protokollara uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü təqsirli bilərək göstərdi ki, 27.01.2022-ci il tarixdə vətəndaş Şəxs H.Z.Tağıyev qəsəbəsində yerləşən “313 dönər evi”nə quraşdırılmış "xxxx" ASC-yə məxsus Smart CSS markalı su sayğacını, 11.04.2022-ci il tarixdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində X4 evinin divarından SQİİ-nə məxsus qaz sayğacını, 25.04.2022-ci il taridə H.Z.Tağıyev qəsəbəsi, ünvan 3 ünvanında yaşayan X3 məxsus bağın hasarına quraşdırılmış "xxxx" ASC-yə məxsus su sayğacını və 01.03.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində "xxxx" MMC-yə məxsus 55 metr kabeli oğurlamışdır. Naqilləri əridib satmışdır, sayğacı isə söküb dəmir yığanlara 10,00 manatdan satmışdır. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməyə maddi imkanı yoxdur. O, hazırda törətdiyi əməllərdən peşman olduğunu və ona yüngül inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X11 izahatında göstərdi ki, adını sonradan bildiyi Şəxs 27.01.2022-ci il tarixdə vətəndaş Şəxs H.Z.Tağıyev qəsəbəsində yerləşən “313 dönər evi”nə quraşdırılmış "xxxx" ASC-yə məxsus dəyəri 248,00 manat olan Smart CSS markalı su sayğacını və 25.04.2022-ci il taridə H.Z.Tağıyev qəsəbəsi, ünvan 3 ünvanında yaşayan X3 məxsus bağın hasarına quraşdırılmış "xxxx" ASC-yə məxsus dəyəri 88,58 manat olan su sayğacını oğurlamışdır. Hazırda vurulmuş ziyan ödənilmədiyindən Şəxs qanunla müəyyən olunmuş qaydada inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X9 izahatında göstərdi ki, adını sonradan bildiyi Şəxs 11.04.2022-ci il tarixdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində X4 evinin divarından 64,67 manat dəyərində olan SQİİ-nə məxsus qaz sayğacını oğurlamışdır. Hazırda vurulmuş ziyan ödənilmədiyindən Şəxs qanunla müəyyən olunmuş qaydada inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrini və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. İş materialında olan "xxxx" MMC-nin nümayəndəsin X7 ərizəsindən görünür ki, 01.03.2022-ci il tarixdə "xxxx" MMC-yə məxsus olan rabitə kabeli Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən köhnə “Kompressor” zavodu ərazisindən oğurlanmışdır. Hal-hazırda "xxxx" MMC-yə dəymiş zərər ödənilməmişdir. Xidməti zərurəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyindən məhkəmə iclasını onun iştirakı ilə baxılmasını xahiş etmişdir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi tətbiq olunmaqla o, 30 (otuz) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs inzibati qaydada tutulduğu 1 (bir) gün müddət nəzərə alınsın və üzərində qəti olaraq 29 (iyirmi doqquz) gün inzibati həbs saxlanılsın. Həbsdə saxlama müddətinin əvvəli 17 may 2022-ci il tarixdən, saat 17:55-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər polis idarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1217/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1217/2022
17.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver