Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1218/2022 17.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinin sahə rəisi polis leytenantı X2, zərərçəkmiş şəxslərin nümayəndələri X6 və X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə tarixdə Sumqayıt şəhərində doğulmuş, işləməyən, subay, natamam orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə olunmuş materiallara Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə (bundan sonra mətndə İXM-nin) 17 may 2022-ci il tarixli MN seriyalı ******* №li, 17 may 2022-ci il tarixli MN seriyalı ******* №li, 17 may 2022-ci il tarixli MN seriyalı ******* №li və 17 may 2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, 27.01.2022-ci il tarixdə vətəndaş Şəxs H.Z.Tağıyev qəsəbəsində yerləşən “313 dönər evi”nə quraşdırılmış "xxxx" ASC-yə məxsus dəyəri 248,00 manat olan Smart CSS markalı su sayğacını, 11.04.2022-ci il tarixdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində X4 evinin divarından 64,67 manat dəyərində olan SQİİ-nə məxsus qaz sayğacını, 25.04.2022-ci il taridə H.Z.Tağıyev qəsəbəsi, ünvan 3 ünvanında yaşayan X3 məxsus bağın hasarına quraşdırılmış "xxxx" ASC-yə məxsus dəyəri 88,58 manat olan su sayğacını və 01.03.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində "xxxx" MMC-yə məxsus 84,00 manat dəyərində 55 metr kabeli oğurlamışdır. Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 17 may 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Sumqayıt şəhər Məhkəməsinin 17 may 2022-ci il tarixli qərardadı ilə Şəxs İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(060)-1217/2022, 3(060)-1218/2022, 3(060)- 1219/2022 №li və 3(060)-1220/2022 №li işlər bir icraatda 3(060)-1217/2022 nömrə ilə birləşdirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(060)-1217/2022, 3(060)-1218/2022, 3(060)-1219/2022 №li və 3(060)-1220/2022 №li işlər bir icraatda 3(060)-1217/2022 nömrə ilə birləşdirilsin. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1218/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1218/2022
17.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver