Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1219/2021 26.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta həqqında qərar çıxarılan şəxs Süleymanova Qızyetər Səttar qızının iştirakı ilə, Süleymanova Qızyetər Səttar qızının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə cərimə olunmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarı ilə Süleymanova Qızyetər Səttar qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 2000 (iki min) manat cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Qeyd edilən qərardan narazı qalan Süleymanova Qızyetər Səttar qızının şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Sumqayıt şəhəri, 2-ci mikrorayon, 11/17 saylı binanın qarşısında yerləşən hər hansı bir ağacı kəsməmişdir və bu əməliyyat həmin ərazidə yaşayan və onunla uzun müddət ədavət aparmış qonşular-Fəxrəddin, Samir və Məhərrəm adlı şəxslərin ona qarşı planlaşdırılmış bir əməliyyatıdır. Bunların tərəfində olan müfəttiş məşkur Fizuli oğludur. Çünki o işlədiyi pula nail olmadı. Onun verdiyi şəkillər danışdıqları qeyd olunmadı, əli qələm tutur deyə yalandan yazmışdır. Belə ki, Samir şər, böhtan atdığı ərizədə 4 ağac və yaşıllığa zərər verdiyi yazılmışdır. Halbu ki həyətdə yaşılıq yoxdur. Araşdırılmamış 4 ağac haradan qırılmışdır. Gəlsin göstərsin. Qışın vaxtı hansı yaşıllığa zərər vermişdir. Belə çıxır ki, hər yazılan ərizəni araşdırmadan həmin ərizəyə uyğun müfəttiş yazmalıdır. Belə qanun harda var. Həmin yerdə zeytun ştili ümumiyyətlə heç olmamışdır, cavan alça ağacı olmuşdur. Belə ki qeyd edilən sahədə Fəxrəddin özbaşına, istədiyi yerdə, sakinlərin binaya giriş-çıxış yolunun üstündə, buna lazımi icazə vərazılıq almadan daş çərçivəyə almaqla ağaclar əkmiş və sonradan Fəxrəddin lazımi icazə olmadan həmin ərazidə əkilmiş 3,5 illik cavan alça ağacını kökündən çıxardaraq qırıb əlbir olub təxribat yaradıb onu şərləyərək ağacı sən qırdın boynuna atdı və cavan alça ağacını qırıb kökündən çıxardıb təxribat yaratdığı insanlarla bir yerdə yox etdilər. Cavan alça ağacının yerində isə zeytun ştili gətirərək basdırmışlar. O isə şərlənəcəyini bilərək zeytun ştilini oradan çıxartmışdır. Təəssüflər olsun ki bunu araşdıran məsləhətçi müfəttiş X1 yalnız qarşı tərəfin sözlərinə inanaraq ona Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə protokol tərtib edərək onu 2000 manat məbləğində cərimə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs Süleymanova Qızyetər Səttar qızı şikayətini müdafiə etdi, təmin edilməsini xahiş etdi. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Süleymanova Qızyetər Səttar qızı Sumqayıt şəhəri, 2-ci mikrorayon, bina 11/17-nin həyətində xx.xx.2021-ci il tarixdə bir ədəd zeytun ağacını kökündən çıxararaq məhv etmişdir. İş materillarında olan və təqdim edilmiş sənədlərdən görünür ki, Süleymanova Qızyetər Səttar qızının bəzi qonşuları və Mənzil-kommunal Sahəsinin işçiləri ilə münasibətlərində problemlər mövcuddur və məhz buna görə onunla bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət olunmuşdur. İnzibati xəta haqqında protokol da Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin araşdırmasının nəticəsi ilə bağlı deyil, həmin şəxslərin müraciətləri əsasında tərtib edilmişdir. Məhkəmə tərəfindən Süleymanova Qızyetər Səttar qızının şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Süleymanova Qızyetər Səttar qızının əməlində inzibati xəta tərkibi yoxdur. Süleymanova Qızyetər Səttar qızının yaşıllığı hansısa qaydada məhv etməsi, zeytun ağacını qırması, kəsməsi barədə qanuni yolla əldə edilmiş, qərəzsiz, mötəbər sübutlar yoxdur. Səlahiyyətli orqan tam araşdırma aparmadan qərar qəbul etmişdir. Təqdim edilmiş diskdəki videogörüntülərin kim tərəfindən, nə vaxt çəkilməsi, mənbəyi məlum deyildir. Eyni zamanda, görüntülərin məhz xx.xx.2021-ci ildə, inzibati xəta törədilən vaxtda və yerdə çəkilməsi də müəyyən olunmur. Təqdim edilmiş arayışdan görünür ki, Süleymanov Qızyetər Səttar qızının oğlu, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, leytenant X3 həqiqətən xx xxxxxxxx 2020 - xx xxxxxx 2020-ci il tarixlərdə Azərbaycan Respublikasını ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə Tərtər rayonunun Talış və Suqovuşan kəndləri, həmçinin Murovdağ yüksəkliyi istiqamətində iştirak etmiş və onun adı "Vətən müharibəsi iştirakçısı" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunması üçün aidiyyatı üzrə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd edilən bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Süleymanova Qızyetər Səttar qızı barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.2, 134.1.3, 135.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Süleymanova Qızyetər Səttar qızının şikayəti təmin edilsin. Süleymanova Qızyetər Səttar qızının barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-1219/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1219/2021
26.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver