Məhkəmə qərarları › İş №3(060)-1219/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1219/2025

20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1219/2025 20.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov isfahan Abbas oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxsnın, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən borclu Şəxs barəsində İXM-nin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında MN ******* seriyalı, xx.xx.2025-ci il tarixli protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən borclu Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7055/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs olan 4854 manat aliment borcunu qərəzli olaraq ödəməmişdir. Protokolu tərtib etmiş icra məmuru Pərvanə Novruzova izahatında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7055/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi 03 mart 2020-ci ildə İcra İdarəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək icra edilməsi tərəflərə göndərilmişdir. Bu günə qədər borcluya dəfələrlə xəbərdarlıq edilmiş, borcun ödənilməsi tələb olunmuşdur. Borclu hər ay tələbkara 320 manat aliment və qlıq borcundan 80 manat ödəməyə dair vəd versə də, Şəxs həmin qaydada cəmi 2 ay ödəniş etmişdir. Qeyd edir ki, hazırda borclu tələbkara yığılmış aliment borcundan 2000 manat ödəniş etmiş, qalıq borcun 3 ay ərzində ödənilməsi barədə aralarında razılıq əldə edilmişdir. Qeyd edilənləri nəzərə qanunamüvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, tələbkar Zərərçəkmiş şəxs protokolda göstərildiyi kimi 4854 manat deyil, əslində 3600 manat borcu mövcuddur. Qeyd edir ki, "xxxx" MMC-də tornaçı vəzifəsində işləyir. Əmək haqqısı yetərli olmadığından ona maddi baxımdan həm anası, eləcə də bacısının ailəsi kömək edir. Qeyd edir ki, sonuncu dəfə Zərərçəkmiş şəxs bu ilin aprel ayında 350 manat, hazırda isə qalıq borcdan daha 2000 manatını ödəmişdir. Bildirir ki, Zərərçəkmiş şəxs ilə aralarında qalıq borcun ödənilməsi barədə razılıq əldə edilmiş, sonunu onun barəsində olan inzibati işin icraataına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, borclunun ona həqiqətən də 4854 manat ödənilməmiş aliment boru olmuşdur. Hazırda protokol məhkəməyə təqdim edildikdən sonra, Şəxs ona ödəməli olduğu aliment borcundan 2000 manat ödəmiş, 2854 manat aliment borcu qalmışdır. Qeyd edir ki, qalıq borcun 3 ay ərzində ödənilməsi barədə borclu ilə aralarında razılıq əldə edilmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edərək bu məzmunda yazdığı ərizəni məhkəməyə təqdim edir. Barəsində protokol tərtib edilmiş Şəxs vəkili Vəkil iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7055/2019 saylı, xx.xx.2019-cü il tarixli icra sənədinə əsasən xx.xx.2007-ci il təvəllüdlü Feriha Məmmədova və xx.xx.2008-ci il təvəllüdlü Mehdi Məmmədovun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabden Şəxs hər ay hər uşaq üçün 160 manat olmaqla ümumilikdə 320 manat məbləğində aliment tutularaq iddiaçı Larisa Məmməmovaya ödənilməli və 30 manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilməlidir “İcraata başlamaq haqqında” xx.xx.2020-ci il tarixli qərar və eyni tarixli “Qərarın könüllü icrası barədə” bildirişdən görünür ki, Şəxs qərarı və könüllü icra barədə bildirişi qəbul etmişdir. Elektron İcra İnformasiya sistemindən işə əlavə edilmiş məlumatdan görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Təqdim edilmş heabdan çıxarışdan görünür ki, borclu Şəxs 2019, 2020, 2021, 2022, 2023, 2024, 2025-ci illərdə aylar üzrə ödənişlər etmişdir. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsində ümumi aliment borcundan ona 2000 manat ödənildiyini, Şəxsla qalıq borcun hissə-hissə ödənilməsi barədə razılıq əldə etdiyini, bu səbəbdən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Qanunun 43-cü maddəsində qeyd olunan məcburi icra tədbirlərindən biri də tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə və tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsidir. Həmin Qanunun 43.1.5-ci maddəsinə görə bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər həyata keçirilməlidir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsin izahatını dinləyib inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları, o cümlədən zərərçəkmiş şəxsin ərizəsini tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən icra sənədindəki tələbin ödənilməməsi üzrsüz səbəbdən olmamış, onun hərəkətlərində inzibati xəta tərkibi yoxdur, bu səbəbdən barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktının müəyyən olunması zəruridir. Məhkəmə göstərilənlərlə bağlı aşağıdakıları qeyd etməyi vacib hesab edir: Belə ki, göründüyü kimi qeyd edilən icra vərəqəsi xx.xx.2020-cü il tarixdə İcra İdarəsinin icraatına daxil olmuş, icraata başlanılmış və borcluya dərhal icranı könüllü təmin etməsi təklif olunmuşdur. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş elektron icra informasiya sistemindən əldə edilmiş çıxarışdan borclunun "xxxx" MMC-də işlədiyi müəyyən edilmiş, icra məmuru icra sənədini üzün müddət hərəkətsiz saxlamış və yalnız xx.xx.2025-ci l tarixdə tələbi borclunun əmək haqqısına yönəltsə də, həmin sənədin icra vəziyyəti ilə maraqlanmadan protokol tərtib etmişdir. Bundan başqa məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs yığılmış aliment borcundan 2000 manatını aldığını qalıq borcun hissə-hissə ödənilməsinə razı olduğunu bildirərək inzibati xəta haqında iş üzər icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru qanuni tələblərinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. “İcra Haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi dinləyib inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən yığılmış aliment borcunun vaxtında və tam ödənilməməsi üzrsüz səbəbdən olmamış, sonuncunun hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktının müəyyən olunması zəruridir. Məhkəmə qeyd edir ki, icra məmuru borclu ilə zərərçəkmiş şəxs arasında borcun hissə-hissə ödənilməsi barədə protokol tərtib etməzdən öncə profilaktik söhbətlər aparmadan, tərəflərin bu hissədə razılıq əldə etmə ehtimalının olmasını nəzərə almadan sərt inzibati tədbirlərin tətbiq edilməsi üçün protokol tərtib edərək məhkəmə göndərmişdir. Məhkəmə iclasında hər iki şəxs izahat verərək məhkəmə prosesində 2000 manat alimentin ödənildiyini, qalıq borcun isə hissə-hissə ödənilməsi barədə razılığa gəldiklərini bildirmiş, bu səbəbdən inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişlər. Göründüyü kimi icra məmuru borclunun məhkəmə qərarını üzrsüz səbəbdən icra etməməsi görüntüsü yaradaraq sonuncu barəsində sərt inzibati tədbirlərin görülməsinə çalışmışdır. Bundan başqa icra məmuru borclunun iş yerini müəyyən etsə də bu hssisədə vaxtında qanunamüvafiq icra tədbirləri həyata keçriməmiş, uzun müddət keçdikdən sonra borclunun iş yerinə məktub yazmışdır. . İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh tərbiyəvi xarakter daşıdığından, həmçinin vətəndaşların hüquq şüurunun və mədəniyyətinin, qanunlara hörmət və əməl edilməli olması ilə bağlı vərdişlərinin formalaşmasında mühüm rol oynadığından icra məmurları müxtəlif qanuni vasitələrdən istifadə edərək qərarların icrasının təmin edilməsi üçün şərait yaratmalı, bunu qanunvericiliklə nəzərdə tutulmuş müddətlər daxilində etməli və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati təsir tədbirlərindən istifadə etməlidir. Göründüyü kimi bütün imkanlar tükənmədən və yuxarıda qeyd edilən xüsusatlara diqqət yetirmədən icra məmuru sərt inzibati təsir tədbirinin tətbiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkil oğluna həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə Vəkil cəmi 3 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarına və həmin fərmana dəyişiklik edilməsinə dair 28 aprel 2025-ci il tarixli qərara əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.4-cü maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar