Məhkəmə qərarları › İş №3(060)-122/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-122/2022

26.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-122/2022 26.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, xx.xx.1983-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Laçın rayonu, Cicimli kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri Y/M, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsi 2-ci polis bölməsinin sahə rəisi, polis leytenantı Məhəmməd Əlirzayev tərəfindən 30 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 442-ci maddəsi ilə MN № ******* saylı li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, vətəndaş Şəxs 30.12.2021-ci il tarixdə Sumqayıt şəhərində istehsal və satılması qadağan edilmiş malların, protexniki maddələrin satışı ilə məşğul olmuşdur. Sumqayıt şəhər Polis İdarəsi 2-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 13.01.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 26 yanvar 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib etmiş orqan Sumqayıt şəhər Polis İdarəsi 2-ci polis bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən İXM-nin 442-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs İXM-nin 442-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Polis İdarəsi 2-ci polis bölməsinin sahə rəisi, polis leytenantı Məhəmməd Əlirzayev Sumqayıt şəhər Polis İdarəsi 2-ci polis bölməsinin rəisinə 30.12.2021-ci il tarixli raportla müraciət edərək göstərmişdir, 30.12.2021-ci il tarixdə “Yeni il” ərəfəsində küçələrdə, yaşayış yerlərində və ictimai yerlərdə atəşfəşanlıq məqsədilə pirotexniki məmulatların və yüksək səs yayıcılıq qabiliyyətinə malik olan oyuncaqlardan istifadə hallarının qarşısının alınması məqsədilə xidməti ərazidə keçirilən yoxlama zamanı H.Zeynalabdin qəsəbəsi ərazisində yerləşən “Qayalı” marketin qarşısında bu cür məmulatları satmışdır. Həmin şəxsin əməlində İXMnin 442-ci maddəsinin tərkib əlamətləri olduğundan maddi sübutlarla birlikdə PB-nə dəvət olunmuş və PB-də həmin şəxsin xx.xx.1983-cü ildə Laçın rayonunda doğulmuş, Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi, Xəzri yaşayış massivi fərdi evdə yaşayan Şəxs olduğu müəyyən edilmişdir. Odur ki, Şəxs barəsində tədbir görülməsi üçün göstəriş vermənizi xahiş etmişdir. İş materiallarından görünür ki, Şəxs izahatına qeyd etmişdir ki, maddi durumu zəif olduğu üçün ötən illərdən ona məxsus olan pirotexniki vasitələri satmaq məqsədi ilə 30.12.2021-ci il tarixində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən “Qayalı” marketin qarşısına təzəcə gətirmişdir ki, polis əməkdaşları ona yaxınlaşaraq onu Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət etmişlər. İXM-nin 442-ci maddəsinə əsasən İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə - inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-nin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə 400,00 (dörd yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar