Məhkəmə qərarları › İş №3(060)-1222/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1222/2022

24.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1222/2022 24.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsinin rəis müavini, kiçik vergi xidməti müşaviri X3 tərəfindən qəbul edilmiş 11.02.2022-ci il tarixli **********7377 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması məsələsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsi-nin rəis müavini, kiçik vergi xidməti müşaviri X3 tərəfindən qəbul edilmiş 11.02.2022-ci il tarixli **********7377 nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə olunmuşdur. Hal-hazırda qərardan şikayət vermiş şəxs X2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsinin rəis müavini, kiçik vergi xidməti müşaviri X3 tərəfindən qəbul edilmiş 11.02.2022-ci il tarixli **********7377 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpa olunması barədə vəsatət ilə məhkəməyə müraciət etmişdir. Qərardan şikayət vermiş şəxs X2 vəsatətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 3(060)-927/2022 saylı qərardadı ilə 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib olunmuş 11.02.2022-ci il tarixli, **********7377 nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsinə dair onun verdiyi şikayət ərizəsi geri qaytarılmışdır. Qərardadda şikayətin geri qaytarılması üçün səbəb kimi Azərbaycan Respublikası İXM-nin 57-ci maddəsinin tələblərinin pozulması göstərilmişdir. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “İnzibati tənbehvermə haqqında” qərarı ona 16 fevral 2022-ci il tarixində təqdim edilmişdir. Qapalı məkanda qoruyucu vasitələrin istifadə edilməsinə görə məhdudiyyətin ləğvinə dair Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qərar 01.05.2022-ci ildə ləğv edilmişdir. Bu səbəbdən də hesab edir ki, bu iş üzrə qərardad ləğv edilməli, şikayət ərizəsi mahiyyəti üzrə baxılaraq həll edilməldir. Ona görə də, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsi-nin rəis müavini, kiçik vergi xidməti müşaviri X3 tərəfindən qəbul edilmiş 11.02.2022-ci il tarixli **********7377 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin ötürülməsinin üzürlü sayılmasını və bərpa olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını və müddətin bərpasına dair dəlilləri araşdırıb belə hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsi-nin rəis müavini, kiçik vergi xidməti müşaviri X3 tərəfindən qəbul edilmiş 11.02.2022-ci il tarixli **********7377 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair şikayət vermiş X1 ərizəsi təmin edilməməlidir. Məhkəmə iş materiallarından və vəsatətdən görünür ki, şikayət vermiş X2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsinin rəis müavini, kiçik vergi xidməti müşaviri X3 tərəfindən qəbul edilmiş 11.02.2022-ci il tarixli **********7377 nömrəli inzibati tənbeh vermə haqqında qərardan xəbərdar olmadığını və həmin qərarı 16.02.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsindən rəsmi qaydada aldığını qeyd etmişdir. Ərizəçinin qərarı aldığı tarixdən 10 gündən artıq müddət keçdiyindən və qanunvericilikdə nəzərdə tutulmuş şikayət vermə müddətinin üzrlü səbədən buraxması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən vəsatət təmin edilə bilməz. Buna görə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsinin rəis müavini, kiçik vergi xidməti müşaviri X3 tərəfindən qəbul edilmiş 11.02.2022-ci il tarixli **********7377 nömrəli inzibati tənbeh vermə qərardan şikayət vermə üçün buraxılmış prosessual müddətin bərpası rədd olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 130.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsinin rəis müavini, kiçik vergi xidməti müşaviri X3 tərəfindən qəbul edilmiş 11.02.2022-ci il tarixli **********7377 nömrəli inzibati tənbeh vermə qərardan şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatəti rədd edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar