Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1222/2023 11.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X4 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinin sahə rəisi, polis kapitanı X2, zərərçəkmiş şəxs X1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhəridə doğulmuş, işləməyən, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2şayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə (bundan sonra mətndə İXM-nin) 11 may 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, vətəndaş Şəxs xx.xx.2023cü il tarixdə saat 17:00 radələrində Sumqayıt Məhkəmə Kompleksinin qarşısında Lamiyə Əliyevanı döyərək ona xəsarət yetirmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 11 may 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin sahə rəisi X5 izahatında bildirdi ki, vətəndaş Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Sumqayıt Məhkəmə Kompleksinin qarşısında Lamiyə Əliyevanı döyərək ona xəsarət yetirmişdir. Qeyd olunanlara əsasən məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsində CM-nin 128-ci maddəsi ilə barəsindəki cinayət işi xx.xx.2023-cü il tarixdə saat 17:00-da növbəti məhkəmə iclasına təxirə salınmış, Sumqayıt Məhkəmə Kompleksinin binasından çıxdıqdan sonra o Lamiyədən evin açarını istəmişdir. Lamiyə isə evin açarını əlində tutaraq ona “ay tula, ay qodux gəl açarı götür" demişdir. Belə olduğu halda o və anası vəkili Elşadın maşınına əyləşdilər. Anası arxa sağ oturacaqda, o isə qabaq sərnişin oturacağında əyləşmişdir. Həmin vaxt Lamiyə maşına yaxınlaşıb onun əyləşdiyi qapını əli ilə tutub və ayağı ilə sıxıb açmağa çalışmışdır. Həmin vaxt anası maşından düşüb ona “nə istəyirsən, əl çək də bizdən” dedi və aralarında söz mübahisəsi baş vermiş, ancaq anası maşında arxa sağ oturacaqda əyləşən zaman Lamiyə anasının əyləşdiyi qapısını açmış və anasının saçından və sağ qulağından tutaraq onu çölə tərəf dartmışdır. Həmin vaxt o maşından düşmüş və onun qolundan tutub anasından kənarlaşdırmışıdr. Sonra vəkilinin maşına əyləşib həmin yerdən uzaqlaşmışdır. Lakin o Lamiyəni vurmamışdır. Qeyd olunanlara əsasən barəsində ədalətli qərar qəbul dilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Şəxs barəsində Sumqayıt Şəhər Məhkəməsində olan prosesdən sonra məhkəmin həyətinə çıxdıqda həmin vaxt Nəriman ondan qabaqda anası ilə getmişdir. Nəriman onu təhqir etmiş və üzünə tüpürüb kənarda gözləyən vəkili Elşadın avtomobilində qabaq oturacaqda əyləşmişdir. O Nərimanın onun üzünə tüpürməyindən əsəbləşib üzünə tüpürmək üçün onun əyləşdiyi avtomobilə yaxınlaşmışdır. O Nərimanın üzünə tüpürmək üçün avtomobilin qapısını açmağa çalışsa da sürücünün arxasında əyləşmiş, keçmiş qaynanası İzarə avtomobildən düşüb onu nalayiq ifadələrlə təhqir etmiş, İzarə də onun üzünə tüpürmüş və avtomobildə arxada əyləşmişdir. Bundan sonra Nəriman yenidən avtomobildən düşüb əliylə onun başının arxasından vurmuş, daha sonra saçından tutub yolaraq onun baş nahiyyəsinə vurmuşdur. Bundan sonra avtomobilə əyləşib oradan uzaqlaşmışlar. Münaqişə təxminən 2-3 dəqiqə davam etmişdir. Hadisə zamanı o İzarə Məmmədovanın saçından və sağ qulağından tutub dartmamışdır. Qeyd olunanlara əsasən məhkəmədən Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materialına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin 2(012)-4264/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, X3 ilə Şəxs arasında 11 iyun 2009cu il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 756 nömrə ilə qeyd edilmiş nikah pozulmuş və 30 may 2010-cu il təvəllüdlü X6 boşanmadan sonra Şəxs (atasının) yanında qalması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər MTE və PA şöbəsinin xx.xx.2023cü il tarixli 166 saylı ekspert rəyindən müəyyən edilmişdir ki, X1 bədəni üzərindəki xəsarətlər - «Ənsə nahiyyənin qansızma vardır» qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə saçlarının tutalaraq dartılması nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Polis İdarəsinin İŞ-nin müstəntiqi X8 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərarından görünür ki, 10 fevral 2023-cü il tarixdə, saat 17 radələrində Sumqayıt Məhkəmə Kompleksinin qarşısında Şəxsla Lamiyə Əliyeva arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Şəxs Lamiyə Əliyevanı qəsdən döyərək ənsə nahiyyənin qansızma sahəsi ilə nəticələnən sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarət yetirməsi əməlində cinayət tərkibi olmadığına görə barəsində cinayət təqibi rədd edilməli, lakin Şəxs əməlində İXM-nin 157-ci maddəsində nəzərdə tutulan "Döymə" İnzibati xətanın tərkib əlamətləri olduğuna görə inzibati məsuliyyətə cəlb edildir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsi dinləyib, məhkəməyə təqdim olunmuş DVD diskdə qeydə alınmış görüntüyə baxaraq və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirildiyi üçün o, həmin maddələr ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Eyni Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində on dörd yaşına çatmamış uşağını təkbaşına böyütməsini İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətaların xarakterini, Şəxs şəxsiyyətini, himayəsində on dörd yaşına çatmamış uşağını təkbaşına böyütməsini, məsuliyyətini yüngülləşdirən halı, təqsirinin dərəcəsini və işin hallarını nəzərə alır və hesab edir ki, Şəxs İXM-nin 157-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə bağlı həmin maddələrnin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh edilməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o 300,00 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1222/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1222/2023
11.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver