Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1224/2022 18.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı Orxan Muradovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs oğlunun, Sumqayıt Regional Vəkil Bürosunun vəkili – Vəkil, Zərəçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Şabran rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 2-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Sumqayıt şəhər məhkəməsinin icraatına Şəxs AR İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 18 may 2022-ci il tarixli, MN ******* saylı, 18 may 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollar daxil olmuşdur. Ona görə ki, o 28.03.2022-ci il tarixdə, gecə saatlarında ünvan 3 qəsəbəsi, Dəmiryol Y/M, fərdi evdə yaşayan X3 evinin damından 30 ədəd işlənmiş 15 MM-lik dəmir boruları oğurlamış, X4 90 manat ziyan vurmuşdur. Bununla da, X12 oğlu Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmçinin Şəxs oğlu 16.03.2022ci il tarixdə, gecə saatlarında ünvan 3 qəsəbəsi, Dəmiryol Y/M, fərdi evdə yaşayan X2 evinin həyətindən ona məxsus 26-lıq ölçüdə velosipedi oğurlamışdır və ona 300 manat ziyan vurmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Sumqayıt şəhər Məhkəməsinin 18 may 2022-ci il tarixli qərardadı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(060)- 1224/2022 və 3(060)-1225/2022 №li iş bir icraatda 3(060)-1224/2022 nömrə ilə birləşdirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş X6 məhkəmə iclasında iştirak ettməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati xəta haqqında 18 may 2022-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 28.03.2022-ci il tarixdə, gecə saatlarında ünvan 3 qəsəbəsi, Dəmiryol Y/M, fərdi evdə yaşayan X3 evinin damından 30 ədəd işlənmiş 15 MM-lik dəmir boruları oğurlamış, X4 90 manat ziyan vurmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xətta haqqında 18 may 2022-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs oğlu 16.03.2022-ci il tarixdə, gecə saatlarında ünvan 3 qəsəbəsi, Dəmiryol Y/M, fərdi evdə yaşayan X2 evinin həyətindən ona məxsus 26-lıq ölçüdə velosipedi oğurlamışdır və ona 300 manat ziyan vurmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı Orxan Musayev tərtib etdiyi protokola uyğun izahat verərək bildirmişdir ki, Şəxs 28.03.2022-ci il tarixdə, gecə saatlarında ünvan 3 qəsəbəsi, Dəmiryol Y/M, fərdi evdə yaşayan X3 evinin damından 30 ədəd işlənmiş 15 MM-lik dəmir boruları oğurlamış, X4 90 manat ziyan vurmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. X1 16.03.2022-ci il tarixdə, gecə saatlarında ünvan 3 qəsəbəsi, Dəmiryol Y/M, fərdi evdə yaşayan X2 evinin həyətindən ona məxsus 26-lıq ölçüdə velosipedi oğurlamışdır və ona 300 manat ziyan vurmuşdur. Bununla da, Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən inzibati xəta törətmiş Şəxs oğlu məhkəmə iclasında özünü təqsirli bilərək göstərdi ki, həqiqətən də 28.03.2022-ci il tarixdə, gecə saatlarında ünvan 3 qəsəbəsi, Dəmiryol Y/M, fərdi evdə yaşayan X3 evinin damından 30 ədəd işlənmiş 15 MM-lik dəmir boruları oğurlamış, bundan başqa 16.03.2022-ci il tarixdə, gecə saatlarında ünvan 3 qəsəbəsi, Dəmiryol Y/M, fərdi evdə yaşayan X2 evinin həyətindən ona məxsus 26-lıq ölçüdə velosipedi oğurlamışdır və onu 50 manata satmışdır. Ziyanı ödəmək imkanı yoxdur, Hazırda törətdiyi əməldən peşmandır. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs oğlu barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 izahatında bildirdi ki, 16.03.2022-ci il tarixdə təxminən gecə saatlarında onun yaşadığı ünvan 3 qəsəbəsi, Dəmiryol Y/M, fərdi ev ünvanının həyətindən ona məxsus 26-lıq ölçüdə velosipedi oğurlamışdır və nəticədə ona 300 manat zərər dəymişdir, ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, zərərçəkmiş şəxsin n, inzibati xəta törətmiş şəxsin, inzibati protokol tərtib etmiş şəxsin izahatlarını, müdafiəçinin çıxışını dinlərəyək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirinin olması onun özünün etirafı, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. İş materiallarında olan “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” 28 aprel 2022-ci il tarixli qərardan görünür ki, cinayət işinin başlanılması rədd edilmiş, qərarın surətinin qeyd olunan hadisəni törətmiş naməlum şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qayada tədbir görülməsi üçün Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” 25 mart 2022-ci il tarixli qərardan görünür ki, cinayət işinin başlanılması rədd edilmiş, qərarın surətinin qeyd olunan hadisəni törətmiş naməlum şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qayada tədbir görülməsi üçün Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə həvalə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 3(060)-942/2022 saylı, 15 aprel 2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən Məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində müəyyən edilmiş həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 18 may 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib 02 (iki) ay müddətinə inzibati qaydada həbs olunsun. Həbs etmənin əvvəli 18 may 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protest verilə bilər. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-1224/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1224/2022
18.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver