Məhkəmə qərarları › İş №3(060)-1227/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1227/2024

24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1227/2024 24.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərar qəbul etmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış X2 müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şöbə rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsi barədə X7 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Qərardan şikayət vermiş şəxs X7 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şöbə rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X7 şikayətini onunla əsaslandırmışdır ki, 24 may 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamasına) maddəsinə əsasən 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, Qərar tamamilə qanusuz və əsassız olduğundan ləğv olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, 30 (otuz) ilə yaxıəndır ki, Azərbaycan Respublikasında yaşayır, əslən azərbaycanlıdır, Azərbaycan Respublikasının vətəndaşıdır, ailəlidir, 03 (üç) övladı vardır və onlar da Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. Şəxsi işləri ilə əlaqədar ölkə xaricinə gedib-gəlir. Sonuncu dəfə ölkəyə xx.xx.2024-cü il tarixdə gəlmiş, 15 yanvar 2024cü il tarixdə hər dəfə olduğu kimi müraciət edərək olduğu yer üzrə qeydiyyata alınmağı ilə bağlı rəsmi qaydada müraciət etmiş və 08 aprel 2024-cü il tarixədək qeydiyyata alınmışdır. Yuxarıda qeyd etdiyi kimi daimi olaraq Azərbaycan Respublikasında yaşadığı üçün 31 mart 2024-cü il tarixdə ərizə-anketlə müraciət edərək Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin müddətinin uzadılması üçün müraciət etmişdir. Həmin gün ona bildirmişlər ki, 23 aprel tarixədək müraciətin nəticəsi bəlli olarsa ona zəng edilərək sənədlərinin hazır olub-olmaması bildiriləcəkdir. Bundan sonra 23 may 2024-cü il tarixədək dövlət rüsumu ödəyərək Asan Xidmət Mərkəzinə yaxınlaşmalı, 23 may 2024-cü il tarixədək rüsumu ödəyib yaxınlaşmasa, icazəsi ləğv olunacaqdır. O, may ayının birinədək gözləsə də, Asan Xidmət Mərkəzindən ona heç bir zəng gəlməmiş, bu səbəbdən də xx.xx.2024-cü il tarixdə özü Sumqayıt Aasan Xidmət Mərkəzinə müraciət edərək sənədlərinin hazır olub-olmamsını öyrənmək istəmişdir. Həmin gün ona sənədlərinin hazır olduğunu bildirmişlər. 1-ci mərtəbədə rüsum ödəyərək yaxılaşıb sənədlərini götürə biləcəyim bildirmişlər. O, 1-ci mərtəbəyə düşdükdən sonra əməkdaş arxasıca gələrək rüsumu ödəməməyi, əvvəlcə 300 (üç yüz) manat cərimə ödəməli olduğunu bildirmişdir. O, bunun səbəbini soruşduqda onun inzibati qaydada cərimə olunduğunu bildirmişlər. Səbəbi isə vəsiqəsini gec götürdüyü bildirilmiş və Miqrasiya Xidmətinə müraciət etməli olduğunu bildirmişlər. O, həmin gün Miqrasiya Xidmətinə yaxınlaşmış, inspektor bildirmişdir ki, hansısa səhvlik olmuş, müraciət edin problem aradan qaldırılacaqdır. Həmin tarixdə Miqrasiya xidmətinin rəhbərliyinə müraciət etmiş, lakin üstündən uzun müddət keçməyinə baxmayaraq ona heç bir rəsmi cavab gəlmədiyindən yenidən müraciət etmiş və bildirmişlər ki, onda heç bir məhdudiyyət yoxdur, sənədlərini götrə billər. Lakin hazırda nahar fasiləsinin olduğunu bəhanə gətirərək saat 14:00-da yaxınlaşmağı və sənədləri götürməyi bildirmişlər. Beləliklə saat 15:00-dək onu gözlətdikdən sonra yenidən bilirimişlər ki, o, 16 aprel 2024-cü il tarixdə 300 (üç yüz) manat məbləğində cərimə olunmuşdur. Cəriməni ödəməsəniz sənədlərinizi verə bilmərik demişlər. O, cərimə olunmağı haqqında qərarı tələb etmiş, bundan sonra bir saatdan artıq da gözləməli olmuş və ona xx.xx.2024cü il tarixdə cərimə edilməsi barədə qərarı ona vermişlər. Hörmərli Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsi Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamasına görə məsuliyyət müəyyən edən maddədir. İXM-nin 25.1-ci maddəsinə əsasən inzibati cərimə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Lakin bunun üçün onun təqsiri sübut olunmalıdır. Çünki Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu İXM-i ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqan (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən işə inzibati məsuliyyət cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyi borclu deyildir. Qeyd olunan maddə ilə onun inzibati məsuliyyətə cəlb olunmağı qanunsuzdur. Belə ki, o, Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamamışdır. Onun ölkədə olma müddətimin bitməsinə 08 (səkkiz) gün qalmış (vatından əvəl) səlahiyyətli dövlət orqanına müraciət edərək ölkədə yaşama müddətinin uzadılması barədə niyyətini bəyan etmiş, zəruri olan bütün prosedurları keçmiş, analizlər verərək cavblar almış, sənədlər toplamış, onun əri və yaşadığı evin mülkiyyətçisindən yaşama müddətinin uzadılması barədə razılıqlar alınmış, mülkiyyətçidən isə mənzilə qeydiyyata düşməyinə etiraz etməməsi barədə razılıq ərizəsi alınmışdır. Bundan başqa bildirmək istəyir ki, Dövlət Moiqrasiya Xidmətinin qəbul etdiyi qərarların özündə uyğunsuzluqlar vardır. Belə ki, 24 may 2023-cü il tarixdə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamasına) maddəsinə əsasən 300 (üç yüz) manat məbləğində cərimə edilməyi barədə qərarda onun 09 aprel 2024-cü il tarixdən ölkədə yaşama hüququ verən sənədinin olmaması bildirilsə də, Dövlət Miqrasiya Xidmətinin eyni tarixdə tərtib olunmuş başqa bir qərarında ona 16 aprel 2024-cü il tarixədək yaşama icazəsinin verildiyi qeyd olunmuşdur. Göründüyü kimi cərimə tətbiq etmiş subyektin özünün qəbul etdiyi iki müxtəlif qərarlar bir biri ilə ziddiyyət təşkil edir. Bu isə şübhəli məqamlardan xəbər verir. Bundan başqa şərti olaraq əgər nəzərə alsaq ki, onun ölkədə yaşamaq hüququ verən sənədləri olmamışdırsa onda o, ya 09 aprel 2024-cü il tarixdə, ya daki 16 aprel 2024-cü il tarixdə inzibati məsuliyyətə cəlb olunmalı idi. Onun məhz xx.xx.2024-cü il tarixdə məsuliyyətə cəlb olunmağı isə onu göstərir ki, o, ümumiyyətlə yuxarıda qeyd olunan maddənin tələblərini pozmamışdır, pozsaydı vaxtında cərimə olunmalı idi. Onun qərarı tələb etdiyi vaxta qərəzli olaraq cərimə olunmağı qanunsuz və əsassızdır. Ona görə də, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şöbə rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarının ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış X2 müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil şikayəti müdafiə edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şöbə rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarının ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qərar qəbul etmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış X7 olduğu yer üzrə qeydiyyata alınmağı ilə bağlı rəsmi qaydada müraciət etmiş və 08 aprel 2024-cü il tarixədək qeydiyyata alınmışdır. Daimi olaraq Azərbaycan Respublikasında yaşadığı üçün 31 mart 2024-cü il tarixdə ərizəanketlə müraciət edərək Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin müddətinin uzadılması üçün müraciət etmişdir. T.İsayevaya Asan Xidmət tərəfindən bildiriş verilərək müraciətinin nəticəsinin xx.xx.2024-cü il tarixdə məlum olacağı, müvəqqəti yaşama icazəsi veriləcəyi təqdirdə bunun üçün tələb olunan dövlət rüsumunu ödəməklə icazə vərəqəsinin götürülməsinin zəruriliyi və xx.xx.2024-cü il tarixədək dövlət rüsumu ödənilmədikdə həmin icazənin ləğv ediləcəyi barədə məlumatlandırılmışdır. Onun tərəfindən xx.xx.2024-cü il tarixdə 160,40 (bir yüz altmış manat qırx qəpik) manat dövlət rüsumu ödənilmişdir. T.İsayeva rüsumu ödədiyi üçün icazəsi ləğv edilməmiş və ona xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək müvəqqəti yaşama icazəsi verilmişdir. Lakin o, gəlib icazə sənədini götürmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsi ilə təqsirli bilinmiş, barəsində xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inziabti tənbeh vermə haqqında qərar qəbul edilərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Şikayətin təmin olunmamasını və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şöbə rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şöbə rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Asan Xidmət tərəfindən verilmiş ******* nömrəli bildirişdən görünür ki, X7 müraciətinin nəticəsinin xx.xx.2024-cü il tarixdə məlum olacağı, müvəqqəti yaşama icazəsi veriləcəyi təqdirdə bunun üçün tələb olunan dövlət rüsumunu ödəməklə icazə vərəqəsinin götürülməsinin zəruriliyi və xx.xx.2024-cü il tarixədək dövlət rüsumu ödənilmədikdə həmin icazənin ləğv ediləcəyi barədə məlumatlandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı – X5 xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, X2 adından 160,40 (bir yüz altmış manat qırx qəpik) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 nömrəli fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə X3 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan X3 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, X2 ünvan 1 ünvana müvəqqəti qeydiyyata alınmasına etiraz etmir. İş materiallarında olan Vəkil xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, X2 Azərbaycan Respublikası ərazisində müvəqqəti qeydiyyata alınmasına etiraz etmir. İş materiallarında olan nikah və doğum şəhadətnamələrinin surətindən görünür ki, X7 ailəlidir və 03 (üç) övaldı vardır. Azərbaycan Respublikası İXM-nin 575.1.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamasına görə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə şikayət vermiş şəxs X2 şikayətini və ona ələvə edilmiş sənədləri araşdırıb və qərar qəbul etmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatını və vəkilin çıxışını dinləyib hesab edir ki, şikayət təmin olunaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şöbə rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərar ləğv olunaraq inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatından müəyyən olunur ki, X4 xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Azərbaycan Respublikasıda müvəqqəti yaşama icazəsi verilmişdir, lakin o, gəlib icazə sənədini götürmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsi ilə təqsirli bilinmiş, barəsində xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inziabti tənbeh vermə haqqında qərar qəbul edilərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Qanunvericiliyin tələbinə dörə şəxsin Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından da görünür ki, X2 xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikasıda müvəqqəti yaşama icazəsi olmuş və o, xx.xx.2024-cü il tarixdə müraciət edərək Azərbaycan Respublikasıda müvəqqəti yaşama icazəsinin vaxtının uzadılmasını xahiş etmişdir. Asan Xidmət tərəfindən X4 xx.xx.2024-cü il tarixli bildiriş verilmiş və müraciətinin nəticəsinin xx.xx.2024-cü il tarixdə məlum olacağı bildirilmişdir. Həmçinin ona xx.xx.2024cü il tarixdə Azərbaycan Respublikasıda müvəqqəti yaşama icazəsi verilmişdir. X1 Azərbaycan Respublikası İXM-nin 575.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyi ilə bağlı heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, X2 əməlində Azərbaycan Respublikası İXM-nin 575.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində olan inzibati xəta haqqında icraata Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 barəsində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şöbə rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2ci maddəsinə əsasən xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar