Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1232/2021 07.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunu sədrliyi, X4 məhkəmə iclas katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru - X8 oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs oğlunun, “xxxx” ASC-nin etibarnamə üzrə nümayəndəsi X6 iştirakları ilə, 13.03.1973-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 tərəfindən 07 aprel 2021-ci il tarixdə vət. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2724/2015 saylı, 23.10.2008-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən Şəxs və X3 müştərək qaydada “Azərbaycan Mikromaliyyələşdirmə Qapalı Səhmdar Bankı”-nın xeyrinə 3953,41 ABŞ dolları məbləğində kredit borcu, 419,03 ABŞ dolları məbləğində faiz borcu və 8600 ABŞ dolları məbləğində cərimə, cəmi 12972,44 (on iki min doqquz yüz yetmiş iki tam yüzdə qırx dörd) ABŞ dolları məbləğində borc və 20 manat dövlət rüsumu tutulmalıdır. İcra sənədi üzrə cəmi 517,47 dollar ödəniş edilmişdir. Hal-hazırda 12455,44 dollar borc ödənilməmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2724/2015 saylı, 23.10.2008-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən Şəxs və X3 müştərək qaydada “X1 Səhmdar Bankı”-nın xeyrinə 3953,41 ABŞ dolları məbləğində kredit borcu, 419,03 ABŞ dolları məbləğində faiz borcu və 8600 ABŞ dolları məbləğində cərimə, cəmi 12972,44 (on iki min doqquz yüz yetmiş iki tam yüzdə qırx dörd) ABŞ dolları məbləğində borc və 20 manat dövlət rüsumu tutulmalıdır. İcra sənədi üzrə cəmi 517,47 dollar ödəniş edilmişdir. Hal-hazırda 12455,44 dollar borc ödənilməmişdir. Bu səbəbdən də birgə cavabdehlərdən olan Şəxs oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətaya dair protokol tərtib olunmuşdur. Ona görə də Məhkəmədən qanunamüvafiq qərar çıxarılmasını xahiş edir. Barəsində protokol tərtib edilmiş Şəxs izahatında bildirdi ki, həqiqətən də Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2724/2015 saylı, 23.10.2008-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən ondan və X3 müştərək qaydada “Azərbaycan Mikromaliyyələşdirmə Qapalı Səhmdar Bankı”-nın xeyrinə 3953,41 ABŞ dolları məbləğində kredit borcu, 419,03 ABŞ dolları məbləğində faiz borcu və 8600 ABŞ dolları məbləğində cərimə, cəmi 12972,44 (on iki min doqquz yüz yetmiş iki tam yüzdə qırx dörd) ABŞ dolları məbləğində borc və 20 manat dövlət rüsumu tutulmalıdır. İcra sənədi üzrə cəmi 517,47 dollar ödəniş edilmişdir. Borcunu ödəyə bilməməsinin səbəbi işsizlik olmuşdur. Hal-hazırda 12455,44 dollar ödənilməmiş borcu vardır. “xxxx” ASC-nin nümayəndəsi X7 ilə öz aralarında razılığa gəlmişlər və hazırda borcundan 400 yüz manat ödəniş edir. Məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmək kimi bir niyyəti yoxdur. Odur ki, barəsindəki inzibati iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İcra sənədi üzrə tələbkar- “xxxx” ASC-nin etibarnamə üzrə nümayəndəsi X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş Şəxs tərəfindən 400 manat ödəniş edildiyini və sonuncu tərəfindən borc məbləğinin 1500 dollar olmasında razılaşdıqlarını, borcunun çox hissəsini cərimələrin təşkil etdiyini nəzərə alaraq onun barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra sənədi üzrə tələbkarın izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati işin materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 2724/2015 saylı, 23.10.2008-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən Şəxs və X3 müştərək qaydada “Azərbaycan Mikromaliyyələşdirmə Qapalı Səhmdar Bankı”nın xeyrinə 3953,41 ABŞ dolları məbləğində kredit borcu, 419,03 ABŞ dolları məbləğində faiz borcu və 8600 ABŞ dolları məbləğində cərimə, cəmi 12972,44 (on iki min doqquz yüz yetmiş iki tam yüzdə qırx dörd) ABŞ dolları məbləğində borc və 20 manat dövlət rüsumu tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş 07.04.2021-ci il tarixli icra sənədi üzrə tələbkar və borclu şəxsin ərizələrindən görünür ki, “xxxx” ASC-nin etibarnamə üzrə nümayəndəsi X7 və Şəxs aralarında razılığa gəlmişlər və Şəxs 400 (dörd yüz) manat ödəniş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının «İcra haqqında» Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının «İcra haqqında» Qanununun 3-cü maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, Şəxs tərəfindən hazırda 400 manat ödənişin edilməsi onun qərəzli olaraq məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırmadığını göstərir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.0.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1232/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1232/2021
07.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver