Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1232/2023 12.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X2 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinin sahə rəisi X1, Zərərçəkmiş şəxs X3, Müdafiəçi Şimal Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, orta təhsilli, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 16, mənzil 15 ünavnında qeydiyyatda olan və Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsindəki fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokollara və ona əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə (bundan sonra mətndə İXM-nin) 12 may 2023-cü il tarixli MN № ******* saylı və 12 may 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, vətəndaş Şəxs xx.xx.2023-cü il tarixdə 10:30 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə “Ailə” marketdən 10 ədəd rothmans siqareti oğurlayaraq 27,00 manat ziyan vurmuşdur; vətəndaş Şəxs xx.xx.2023-cü il tarixdə 20:52 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə “Ailə” marketdən 2 ədəd heldenşholderes şampunu, AXE dezodorantı, 10 ədəd rothmans siqareti və 1 butulka 1 litrlik Organic arağını oğurlayaraq ümumilikdə 61,20 manat ziyan vurmuşdur. Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 12 may 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Sumqayıt Şəhər Məhkəməsinin 12 may 2023-cü il tarixli qərardadı ilə Şəxs İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(060)-1232/2023 və 3(060)-1233/2023 №li işlər bir icraatda 3(060)-1232/2023 nömrə ilə birləşdirilmişdir. Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinin sahə rəisi X4 tərtib etdiyi protokollara uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə 10:30 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə “Ailə” marketdən 10 ədəd rothmans siqareti və təkrar olara xx.xx.2023-cü il tarixdə 20:50 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə “Ailə” marketdən 2 ədəd şampunu, AXE dezodorantı, 10 ədəd rothmans siqareti və 1 butulka 1 litrlik Organic arağını oğurlamışdır. Oğurladığı məhsulları evinə apararaq özü üçün istifadə etmişdir. Hazırda vurmuş olduğu ziyanı ödəməyə maddi imkanı yoxdur. Törətdiyi əməldən peşman olduğunu və ona yüngül inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında göstərdi ki, adını sonradan bildiyi Şəxs xx.xx.2023-cü il tarixdə 10:30 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə “Ailə” marketdən dəyəri 27,00 manat olan 10 ədəd rothmans siqaretini və təkrar olaraq xx.xx.2023-cü il tarixdə 20:50 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə “Ailə” marketdən 2 ədəd şampunu, AXE dezodorantı, 10 ədəd rothmans siqareti və 1 butulka 1 litrlik Organic arağını oğurlayaraq 61,20 manat ziyan vurmuşdur. Hazırda vurulmuş ziyan ödənilməmişdir. O şikayətçidir. Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə tənbeh verilməsini xahiş edir. İş materialında olan xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarxidə məhkəməyə gətirilmişdir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, Şəxs tərəfindən İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, onun özünün, protokolu tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin izahatları və inzibati xəta haqqında protokol ilə tam sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 227-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İnzibati həbsin əvvəli 10 may 2023-cü il tarixdən hesablanmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və hər inzibati xəta haqqında protokol üzrə 1 ay müddətinə inzibati qaydada həbs edilsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi tətbiq olunmaqla o qəti olaraq 02 (iki) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 10 may 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Sumqayıt şəhər polis idarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilən Şəxs Şimal Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə 18,00 manat dövlət büdcəsindən tutularaq Şimal Vəkil Bürosunun hesabına köçürülsün. Zərər şəkmiş şəxsə izah olunur ki, vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1232/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1232/2023
12.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver