Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1236/2022 01.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyiilə, xx.xx.1977-ci ildə Şuşa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şuşa şəhəri, Təbriz küçəsi, ev 9, mənzil 4 ünvanda qeydiyyatda olan və Sumqayıt şəhəri, Əlvan Metal pansionatında məskunlaşan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X3 tərəfindən 18 may 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 529.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin MN № ******* aylı, 15.07.2019-cu il tarixli qərarına əsasən Şəxs İXMnin 264.0.1-ci maddəsi ilə təqsirli bilinib 2.500,00 manat cərimə edilmişdir. Qərar qüvvəyə mindiyi vaxtdan 03 ay keçməsinə baxmayaraq icra edilməmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmiş və qeyd olunan material 18 may 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 01 iyun 2022-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra idarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-nin 529.1-ci maddəsində qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, İcra idarəsinin böyük icra məmuru X3 tərəfindən 18 may 2022-ci il tarixdə Şəxs barəsində İXM-nin 529.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin MN № ******* aylı, 15.07.2019-cu il tarixli qərarına əsasən Şəxs İXM-nin 264.0.1-ci maddəsi ilə təqsirli bilinib 2.500,00 manat cərimə edilmişdir. Qərar qüvvəyə mindiyi vaxtdan 03 ay küçməsinə baxmayaraq icra edilməmişdir. Bununla da, həmin hərəkəti ilə İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan Şuşa rayon İcra və probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri Vaqif Hüseynov tərəfindən qəbul edilmiş 24.01.2020-ci il tarixli «icraata başlamaq haqqında» qərarının surətindən görünür ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin MN № ******* aylı, 15.07.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan Şuşa rayon İcra və probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri Vaqif Hüseynov tərəfindən Şəxs ünvanlanmış 24.01.2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Şəxs tələbin könüllü icrası haqqında bildirişin surətini qəbul etmiş və ona 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin MN № ******* aylı, 15.07.2019-cu il tarixli icra sənədinin könüllü icra olunması üçün 10 gün vaxt verilmişdir. İş materialında olan Sumqayıt şəhər Bələdiyəsi üzrə 1 saylı MKS-in arayışından görünür ki, Şəxs həqiqətən Şuşa şəhərindən məcburi köçkün düşüb, hazırda o, ailəsi ilə birlikdə Sumqayıt şəhəri, Əlvan Metal pansionatında müvəqqəti məskunlaşıb yaşayır. İş materialında olan Suqmayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Siyavuş Beydullayev tərəfindən Şəxs ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin MN № ******* aylı, 15.07.2019-cu il tarixli qərarına əsasən Şəxs İXM-nin 264.0.1-ci maddəsi ilə təqsirli bilinib 2.500,00 manat cərimə edilmişdir. İXM-nin 150.2-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən on gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Həmin Məcəllənin 150.7-ci maddəsinə əsasən barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilən fiziki şəxs işləmirsə, yaxud onun əmək haqqından və ya digər gəlirlərindən inzibati cərimənin ödənilməsi mümkün deyildirsə, eləcə də hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları barədə məlumat və ya hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, yaxud cərimə könüllü qaydada ödənilmədikdə inzibati cərimə tətbiq etmə haqqında qərar “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada məcburi icraya yönəldilir. Həmin Məcəllənin 150.8-ci maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı məcburi icraya yönəldilir. Həmin Məcəllənin 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. İXM-nin 529.1-cı maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Beləliklə qanunvericiliyin tələbindən də göründüyü kimi İXM-nin 529.1-cı maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə ictimai işlər tətbiq olunması nəzərdə tutulmuşdur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində Elektron nəzarət vasitəsi tətbiq edilməklə 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq olunsun. Qərarın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1236/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1236/2022
01.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver